Ankara terroru və İranın ASALA-ya dəstəyi... - Haray
İkinci Qarabağ müharibəsində və 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərinin keçirildiyi ərəfədə İsrailin Azərbaycanın yanında olması İranın xoşuna gəlmədi. Buna görə də Tehran rejimi ASALA terror təşkilatı vasitəsi ilə İrəvandakı yəhudilərə qarşı belə bir hücuma əl atdı. Bilirik ki, İran bu terror təşkilatının arxasında dayanır.
Bu sözləri Axar.az-a güneyli jurnalist Məsud Haray İrəvanda yəhudilərin sineqoquna edilən hücum haqqında danışarkən deyib.
O bildirib ki, İran–Ermənistan dostluq münasibətləri belə bir ehtimalın yüksək olmasına əsas verir:
"ASALA və digər terror qrupları ilə Tehran rejiminin yaxın əlaqələrinin olması heç kimə sirr deyil və bu, dəfələrlə sübut olunub. İranda ASALA-nın komandiri Daruş Şayiqanın dəfnində İran nazirləri iştirak ediblər. Bu isə birbaşa İranın ASALA-nı dəstəklədiyi anlamına gəlir.
Tehran rejimi dəstəklədiyi terror qruplarını yenidən canlandırmaq niyyətindədir. Keçən həftə İran rejimi İraqdakı kürd terror təşkilatlarına tərki-silah olmaları haqqında əmr verdi. Sonra onun ardınca PJAK rəhbəri "İranın bütövlüyü bizim qırmızı xəttimizdir. İranda mövcud hökumət davam etməlidir. Biz İranın qulluğundayıq" - deyə Tehran hökumətini dəstəkləyən bir bəyanat verdi. Hətta açıq şəkildə qeyd etdi ki, Türkiyə onların düşmənidir. Bir neçə gündən sonra isə PKK tərəfindən Ankarada terror hadisəsi törədildi. Bu hadisələrin ardıcıllığına və bir-biri ilə əlaqəsinə baxanda aydın olur ki, İran bütün proksi qüvvələrini bir araya gətirmək və Zəngəzur bölgəsinə yerləşdirmək niyyətindədir".
O, erməni separatçıların İranda təlimə cəlb edilməsinə də toxunub:
"Hətta Qarabağ bölgəsindən qovulan erməni separatçılarının da İranda silahlı təlim keçirilməsinə şahid olduq. Tehran rejimi dəstəklədiyi terror qruplarını Zəngəzur bölgəsinə cəm edib, orada yenidən ASALA terror təşkilatını gücləndirməyə çalışır. Məqsədi bu güclərin vasitəsi ilə Zəngəzur dəhlizinin açılmasına əngəl olmaqdır".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1190 Tarix: 07 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya və Ukrayna lokal atəşkəs barədə razılığa gəliblər
"Ukrayna və Rusiya Zaporojye Atom Elektrik Stansiyasının (AES) yaxınlığında lokal atəşkəs barədə razılığa gəliblər. Bu, AES yaxınlığındakı elektrik ötürücü xətlərində təmir işlərinə başlamağa imkan verib". "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjis
28 dekabr 2025KİV: Polşada bomba sığınacaqları tikilməyə başlayıb
Polşa hökuməti ölkə əraizində bomba sığınacaqları tikməyə başlayıb. xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. Ölkənin Milli Təhlükəsizlik Bürosunun rəhbəri Slavomir Tsenkeviç bildirib ki, ölkə Rusiya tərəfindən artan təhlükə fonunda vətəndaşları qorumağa çalışır. O bildiri
28 dekabr 2025Kim Çen In ictimai tədbirlərin sayına görə rekord vurdu
Şimali Koreya lideri Kim Çen In 2025-ci il ərzində çox sayda ictimai tədbirdə iştirak edib. O, tədbirlərin sayına görə son doqquz ilin rekordunu qırıb. -ya istinadən xəbər verir ki, Şimali Koreyanın dövlət mediası Kim Çen Inın iştirakı ilə 131 ictimai tədbiri qeydə alıb. Bu, 2016-cı ildən bəri ən yüksə
28 dekabr 2025Dünyanın ən obez insanı Juan Pedro Franco vəfat etdi
Meksikanın Guanaxuato şəhərindən olan Juan Pedro Franco, 41 yaşında həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, bir zamanlar çəkisi 600 kiloqramı aşan Franco, böyrək infeksiyasına bağlı komplikasiyalar səbəbindən Meksikada xəstəxanada müalicə aldığı müddətdə dünyasını dəyişib. Franco, "Dünyanı
30 dekabr 2025Qaranlıq enerji dəyişir: Kainat "Böyük çöküş"lə sona çata bilər
Yeni astronomik müşahidələr alimlərə qaranlıq enerjinin təbiətini anlamaq və fundamental suala cavab tapmaq üçün açar verir: kainat sürətlənərək genişlənməyə davam edəcək, yoxsa sonda bu proses dayanacaq. Qaynarinfo "Interesting Engineering"ə istinadən xəbər verir ki, təxminən üç onillik ərzind
31 dekabr 2025Qadınların ilk doğuş yaşı artır: əhali artımı təhlükədə
Rusiyada qadınların ilk uşağı dünyaya gətirdiyi orta yaş 31 olaraq müəyyənləşdirilib. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Təhsil Akademiyasının (RAO) vitse-prezidenti Gennadi Onişenko TASS-a açıqlamasında bildirib. Onişenkonun sözlərinə görə, Avropa ölkələrində il
28 dekabr 2025Bir şarjla daha uzun yol: Çin elektromobillər üçün qaydaları dəyişir
Çin tam elektrikli minik avtomobilləri üçün enerji sərfiyyatını tənzimləyən ilk məcburi milli standartı tətbiq etməyə hazırlaşır. Yeni qaydalar 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək və indiyədək mövcud olan tövsiyə xarakterli normaları əvəz edəcək. xəbər verir ki, yeni standart əvvəlki tələblərlə müqayisəd
28 dekabr 2025