Yeni ildən bu cərimələr artacaq (VİDEO)
Növbəti ildən etibarən bir sıra sahələrdə inzibati məsuliyyət tədbirləri sərtləşdirilir.
Yəni cərimələrin məbləği artılır. Yeni dəyişikliklər yol hərəkəti, mədəni quruculuq, ekoloji təhlükəsizlik və rəqəmsal mühit kimi sahələri əhatə edir.
Bu cərimələr Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, cərimələrin artırılması təkcə cəza məqsədi daşımır, əsas hədəf vətəndaşların məsuliyyətini gücləndirməkdir.
O deyir ki, növbəti ildən moto sürücülər dəbilqədən istifadə zamanı daha diqqətli olmalıdırlar. Cəzalar sərtləşdirilən daha bir istiqamət də Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama halı ilə bağlıdır.
Belə ki, dövlət tərəfindən mühafizə olunan bu abidələri qəsdən məhv etmə və ya korlamaya görə iki min manatdan dörd min manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyəcək.
Hüquqşünas Ramil Süleymanov deyir ki, bağlı İnzibati Xətalar Məcəlləsinin "Xırda xuliqanlıq" maddəsinə əlavələr təklif olunub. Bu əməllərə görə, şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə ediləcəklər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1513 Tarix: 31 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qubadakı 3 kəndin adı bu səbəbdən dəyişdirilir
"Qanun layihəsinin mahiyyəti rus mənşəli kənd adlarının dəyişdirilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsini
6 mayBakıda məhkum kamera yoldaşını qətlə yetirib
Bakıda cəzaçəkmə müəssisəsində məhkum kamera yoldaşını qətlə yetirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir neçə ay əvvəl Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Daha əvvəl haqqında məlumat yayılmayan qətllə bağlı məhkəmə prosesi bu gün başlayıb. İş materiallarınd
6 mayBaş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı müraciət
Baş Prokurorluq Milli Onkologiya Mərkəzində törədilən partlayışla bağlı yenidən məlumat yayıb. Qaynarinfo xəbər verir ki, açıqlamada deyilir:. "Partlayışla əlaqədar ağır xəsarətlər almış həmin tibb müəssisəsinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Nəsirli mayın 5-i saat 21:45-də müalic
6 mayOnlayn satış platformaları fiziki mağazaları üstələyir? - AÇIQLAMA
Son illərdə geyim pərakəndə satış sektorunda ciddi dəyişikliklər müşahidə olunur. Bir çox fiziki geyim mağazası fəaliyyətini dayandırır, eyni zamanda onlayn satış platformalarının sürətlə böyüməsi bu sahədə rəqabəti daha da kəskinləşdirir. Bu proses həm istehlakçı davranışlarının dəyişməsi, həm də bizne
6 mayUşaq bağçasında BİABIRÇILIQ - Elə qışqırdı ki...
Gəncə şəhərində fəaliyyət göstərən "Kuki Kids" uşaq bağçasından biabırçı görüntülər yayılıb. Bu barədə oxuculardan biri -in "qaynar xətti"nə şikayətlə müraciət edib. Bildirilib ki, bağçanın sosial şəbəkə hesablarında uşaqların psixoloji şiddətə məruz qaldığı görüntü paylaşılıb. Videod
5 mayBaş nazir bəzi həkimlərin maaşı ilə bağlı QƏRAR İMZALADI
COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19
6 mayQlobal aviasiyada böhran dərinləşir: uçuşlar azalır, biletlər bahalaşır
"Financial Times" yazır ki, İranda baş verən münaqişə fonunda artan yanacaq qiymətləri qlobal aviasiya sektoruna ciddi təsir göstərib. Məlumata görə, təyyarə yanacağının qiymətində ikiqat artım qeydə alınıb ki, bu da birbaşa olaraq aviabiletlərin bahalaşmasına səbəb olub. Nəticədə həm sərnişi
6 may