Qaranlıq enerji dəyişir: Kainat "Böyük çöküş"lə sona çata bilər

Qaranlıq enerji dəyişir: Kainat "Böyük çöküş"lə sona çata bilərYeni astronomik müşahidələr alimlərə qaranlıq enerjinin təbiətini anlamaq və fundamental suala cavab tapmaq üçün açar verir: kainat sürətlənərək genişlənməyə davam edəcək, yoxsa sonda bu proses dayanacaq.

Qaynarinfo "Interesting Engineering"ə istinadən xəbər verir ki, təxminən üç onillik ərzində elmi ictimaiyyət kainatın getdikcə daha sürətlə genişləndiyini və soyuq, tənha sonluğa məhkum olduğunu düşünür. Lakin yeni araşdırma bu mənzərəni şübhə altına alır və kosmik "spidometrin" başlanğıcdan yanlış oxunmuş ola biləcəyini irəli sürür.

Xüsusilə Cənubi Koreyalı astronomlar əbədi genişlənmə nəzəriyyəsinə meydan oxuyan bir hipotez irəli sürüblər: kainat "Böyük çöküş" (Big Crunch) kimi tanınan qravitasiya kollapsına məhkum ola bilər. Seulda yerləşən Yonsei Universitetində aparılan tədqiqat iddia edir ki, kainatın genişlənməsi artıq sürətlənmir. Hətta bu prosesin yavaşıma mərhələsinə keçmiş ola biləcəyi bildirilir.

"Tədqiqatımız göstərir ki, kainat artıq yavaşıyan genişlənmə fazasına daxil olub və qaranlıq enerji əvvəl düşünüləndən xeyli sürətlə təkamül edir", deyə araşdırmanın rəhbəri, professor Yonq-Vuk Li bildirib.

Onun sözlərinə görə, bu nəticələrin təsdiqlənməsi 27 il əvvəl qaranlıq enerjinin kəşfindən bəri kosmoloji paradiqmada köklü dəyişiklik demək olardı.

Qeyd edilir ki, 1998-ci ildən bəri astronomlar kosmik məsafələri ölçmək üçün Ia tipli fövqəlnovalardan istifadə edirlər. Bu partlayışların daxili parlaqlığının eyni olduğu güman edilir və buna görə də onlar "standart şamlar" adlandırılır. Daha tutqun "şam" daha böyük məsafə demək idi. Həddindən artıq tutqunluq isə qaranlıq enerjinin təsiri ilə kainatın sürətlənən genişlənməsinin sübutu kimi qəbul olunurdu.

Lakin professor Linin komandası bu metodikada "nasazlıq" aşkar edib. 300 qalaktika-sahibini təhlil edən tədqiqatçılar müəyyən ediblər ki, fövqəlnovaların parlaqlığı ulduz-sələflərin yaşı ilə əlaqəlidir. Yaşlı ulduz populyasiyaları daha parlaq partlayışlar yaradır, gənc ulduzlar isə sistemli şəkildə daha tutqun olur.

Bu isə o deməkdir ki, əvvəllər kainatın sürətli genişlənməsi ilə izah edilən tutqunluq, əslində ulduzların yaşı ilə bağlı ola bilər. Başqa sözlə, "standart şamlar" zamanla dəyişir.

"Məhz 300 qalaktikadan ibarət geniş nümunə əsasında bu effekti son dərəcə yüksək statistik əhəmiyyətlə - 99,999 faiz səviyyəsində təsdiqlədik", deyə tədqiqat müəllifləri bildiriblər.

Standart kosmoloji model qaranlıq enerjinin sabit və dəyişməz olduğunu qəbul edirdi. Yeni məlumatlar isə bunu təkzib edir. "Yaş sürüşməsi" nəzərə alındıqdan sonra sabit qaranlıq enerjiyə əsaslanan klassik model artıq işlək deyil. Düzəliş edilmiş məlumatlar qaranlıq enerjinin sabit təzyiq olmadığını, zamanla zəiflədiyini göstərir.

Bu yanaşma relikt şüalanmanın - Böyük partlayışın "sonrakı işığı"nın - və baryon akustik osillasiyalarının müstəqil ölçmələri ilə də yaxşı uzlaşır. Bunlar məkanda "donmuş" səs dalğaları kimi xarakterizə olunur.

Bu məlumatların birləşməsi faktiki olaraq "kosmoloji sabit" anlayışını istisna edir və kainatı hərəkətə gətirən qüvvənin tədricən tükəndiyini göstərir.

"Yaş amilini nəzərə alan analizimiz göstərir ki, kainat artıq bu gün yavaşıma mərhələsindədir. Bu nəticə BAO və CMB əsasında aparılan müstəqil proqnozlarla təəccüblü dərəcədə yaxşı uyğunlaşır", deyə Li vurğulayıb.

Nəticələri qəti şəkildə təsdiqləmək üçün Yonsei komandası "təkamülsüz test" adlandırılan yanaşma aparır və yalnız eyni yaşlı qalaktikalardan olan fövqəlnovaları analiz edir. Bildirilir ki, yekun cavabı böyük ehtimalla Çilidə yerləşən Vera Rubin rəsədxanası verəcək. Dünyanın ən güclü rəqəmsal kamerası ilə təchiz olunan bu rəsədxana qarşıdakı beş il ərzində fövqəlnovalı təxminən 20 min yeni qalaktika aşkar etməlidir. Məhz bu məlumatlar müasir elmin ən böyük sirlərindən birinin - kainatın gələcəyinin taleyini həll edə bilər.

Xatırladaq ki, kainatdakı ən qəribə obyektlərdən biri qara dəliklərdir. Bəzi mütəxəssislərin fikrincə, biz holografik kainatda yaşayırıq və burada hər şey kainatımızın sərhədində ikiölçülü (üstəgəl zaman) kainatın üçölçülü (üstəgəl zaman) təsviri kimi kodlaşdırılıb. Hətta belə bir ehtimal da var ki, bizim kainat daha böyük bir kainatın qara dəliyinin içində yerləşir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1003   Tarix: 31 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib

Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə

20 sentyabr
.

Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi

ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib. xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məluma

20 sentyabr
.

Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Seulun Hörmüz boğazında gəmiçiliyin bərpasına əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb. "Ço Rubioy

20 sentyabr
.

İrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"

"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb

19 sentyabr
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20 sentyabr
.

Kim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"

ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd

20 sentyabr
.

Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib

Avstraliyada köpəkbalığının üzgüçüyə ölümlə nəticələnən hücumundan sonra Pert bölgəsindəki bir sıra çimərliklər bazar gününə qədər bağlı qalacaq. "Report" BBC-yə istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının səlahiyyətliləri köpəkbalığının tutulması və öldürülməsi barədə nadir qərar veriblər

20 sentyabr
.

Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir

Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı

20 sentyabr
.

KXDR öz istehsalı olan kamikadze dronları təqdim edib

Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib

20 sentyabr