Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxış edərkən deyib.
"Son günlər Çexiya Respublikasının Baş naziri Andrey Babiş və Polşanın Baş naziri Donald Tusk Avropada bizi hansı cəhənnəmin gözlədiyi ilə bağlı sərt açıqlamalar veriblər. Neft və qaz qiymətlərinə baxdıqda, onların həqiqətdən uzaq olmadığını görmək olar. Almaniya və Avstriyada yanacağın qiymətlərinə nəzər saldıqda, bizi ciddi problemlərin gözlədiyi aydın olur", - deyə Vuçiç bildirib.
Serbiya liderinin sözlərinə görə, görüşün keçirilməsinin səbəblərindən biri region ölkələrinin daha sıx iqtisadi inteqrasiyasına ehtiyacın olmasıdır.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" formatının yaradıldığını açıqlayıb. Onun sözlərinə görə, bu formata Avstriya, Macarıstan, Polşa, Rumıniya, Serbiya, Slovakiya, Çexiya və Ukrayna daxildir. Bu format çərçivəsində ilk görüş sentyabrın 18-də İvano-Frankivsk vilayətinin Bukovel şəhərində başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 102 Tarix: 20 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrMariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
Rusiya və Gürcüstan xalqları artıq bir-biri üçün darıxıb və viza rejiminin ləğv edilməsi çoxdan gözlənilən bir addım idi. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS agentliyinə verdiyi müsahibəsində bildirib. "Düşünürəm ki, Gürcüstan nümayəndə heyətin
19 sentyabrRubio Danimarka ilə Qrenlandiya üzrə razılaşmanın detallarını açıqlayıb
Danimarka Qrenlandiyanın təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilmədiyi üçün ABŞ-la razılaşmağa gedib. "Report"un məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib. "Danimarka və Qrenlandiya anlayırlar ki, Qrenlandiyay
19 sentyabrBu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabrİstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb
İstanbulun Şişli rayonunda bir evə keçirilən əməliyyat zamanı 297 kiloqram sintetik narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb. "Report" xəbər verir ki
19 sentyabr