Kolonna Ağrı dağının fonundakı fotosuna yazır ki… - Ayrım
Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qətnaməsini şiddətlə qınayırıq. Qərarda "etnik təmizləmə" kimi cəfəng iddialar var. Halbuki 24 saat davam edən lokal antiterror tədbirlərindən sonra Azərbaycan BMT missiyasını bölgəyə çağırdı. Onlar da hər şeyi öz gözləri ilə müşahidə etdilər və mülki vətəndaşların, infrastrukturun hədəf alınmadığı, zərər görmədiyi haqda hesabat hazırladılar.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, millət vəkili Şamil Ayrım deyib.
Ayrım bildirib ki, Avropanın, özəlliklə Fransanın kin və düşmənçilik yayan düşüncələrinə biz heç də yad deyilik:
"Onlar 30 il boyunca Azərbaycan xalqının haqlı mübarizəsinə səssiz qalan, BMT TŞ-nin məlum qətnamələrini yerinə yetirməyən zehniyyətə sahibdir. Ancaq sonunda Azərbaycan öz torpaqlarını 3000-dən çox hərbçisini şəhid verərək azad etdi. Hazırda gəldiyimiz nöqtədə təbii ki, 24 saatlıq əməliyyat olduqca uğurludur. Qarabağın Azərbaycan torpağı olduğunu cənab Rəcəb Tayyib Ərdoğan BMT kürsüsündən yenidən bütün dünyaya elan etdi. Artıq bunu hər kəs qəbul etməlidir.
Bir neçə gün əvvəl Fransa xarici işlər naziri Ketrin Kolonna Ermənistana səfəri zamanı sosial şəbəkə hesabında Ağrı dağının görüntüsü fonunda "Ermənistana qayıtdım" mesajı ilə paylaşım etmişdi. O, eyni zamanda mətbuata açıqlamasında rəsmi İrəvana silah-sursat və hərbi texnikanın göndəriləcəyini bildirib.
Bunun mənası "Arxanızdayıq, müharibəyə davam edin" deməkdir. Lakin AP Parisin bu müharibə çağırışlarını və separatizmə dəstəyini görmək istəmir. Əgər onlar həqiqətən sülhdə maraqlıdırsa, onda özləri Qarabağa gələrək mövcud vəziyyəti, eyni zamanda Ermənistanın törətdiyi vəhşiliyi görə bilərlər. Əfsuslar olsun ki, AB nə sülhü, nə də Türkiyə və Azərbaycanın güclənməsini istəyir. Qəbul edilən qətnamə qardaşlıq münasibətlərimizə də qarşıdır".
Ayrımın sözlərinə görə, Fransa Afrikadan qovulduğu üçün başqa regionlarda özünə yeni nüfuz dairələri axtarışındadır:
"Ona görə də Ermənistanı ikinci Ukraynaya çevirmək niyyətindədir və kirli planlarına AP-ni də alət edir. Bu son dərəcə yanlış və şikəst siyasətdir. İnşallah, bölgədə bizim dediklərimiz olacaq. Sülh gələcək, insanlar bir-birilə dialoq içində olacaq, sərhədlər açılacaq. Biz buna çox yaxınıq. AP müəyyən qətnamələr qəbul etməklə Azərbaycanı geri addım atmağa məcbur edəcəyini düşünürsə, çox yanılır. Azərbaycan tək deyil, Türkiyə bütün hallarda qardaşının yanındadır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Azərbaycanda dörd qanun ləğv ediləcək
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video