Korsikada narazılıq artır: Makron "muxtariyyət"ə razılaşacaq? - TƏHLİL

Korsikada narazılıq artır: Makron "muxtariyyət"ə razılaşacaq? - TƏHLİLFransa prezidenti Emmanuel Makron artan etirazlar fonunda Korsika adasına muxtariyyət verilə biləcəyini açıqlayıb. Korsikaya muxtariyyət verilməsinin ölkənin digər regionlarına da təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır. Əgər bu qərar keçərsə, Fransanın digər əyalətləri də özlərinə oxşar hüquqlar tələb edə bilərlər.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Cənubi Qafqazda erməni separatizminə rəvac verən Fransa artıq özü də bu problemi yaşayır. Ölkə daxilində və xaricində yaşanan uğursuzluqlar Fransa Prezidenti Emmanuel Makronu bir sıra güzəştlərə getməyə məcbur edib. Keçmiş müstəmləkələri bir-bir əldən çıxır, tabeliyində olan ərazilərdə etirazlar səngimir.

Makronun "muxtariyyət" təklifi

Fransa prezidenti səfərdə olduğu Korsika adasında "Korsika üçün muxtariyyət yaradaq. Bu muxtariyyət dövlətdən ayrılmadan birlikdə gələcək qurmaq vasitəsi olmalıdır. Bu, nə dövlətə qarşı muxtariyyət, nə də dövlətsiz muxtariyyət olacaq", - deyib. Lakin yerli hakimiyyət orqanlarının konkret hansı səlahiyyətləri ala biləcəyini dəqiqləşdirmək istəməyib. Sadəcə, Korsika Assambleyasına "əvvəlcədən müəyyən edilmiş sahələr" üzrə qanunvericilik səlahiyyətlərinin verilməsini və təhsil müəssisələrində Korsika dilinin tədrisinin təkmilləşdirilməsini təklif edib. Makron ilk dəfə 2022-ci ilin aprelində Fransada keçiriləcək prezident seçkisi ərəfəsində Korsikaya inzibati muxtariyyət verilməsi ideyasını irəli sürsə də, buna əməl etməyib. Fransa prezidentinin son çıxışı zamanı Korsika "Libera" Partiyasının tərəfdarları etiraz əlaməti olaraq assambleyaya qatılmaqdan imtina ediblər. Makron Korsikaya muxtariyyət verilməsi prosesində tərəfləri birlikdə işləməyə çağırsa da, burada bir məsələ var. Belə ki, o, Korsika dilinə rəsmi statusun verilməsinin və ada xalqı ilə Fransa arasındakı bağın tanınması tələblərinin yer almamasını istəyib. Bu da adada indidən narazılıqlara yol açıb. Ada sakinləri Makronun muxtariyyət məsələsini qeyri-müəyyən qoyduğunu bildiriblər. Onların qənaətincə, həmişə olduğu kimi, bu dəfə də Makronun nə demək istədiyi məlum deyil. Korsika parlamentində 63 yerdən 46-na sahib olan millətçilər Korsika dilinin rəsmi statusunu və Korsika xalqı ilə torpaqları arasında bağlılıq statusunun tanınmasını tələb edirlər.

Napoleonun yurdu müstəqillik əldə edə biləcəkmi?

Bəlli olduğu kimi, Napoleonun doğma yurdu Korsika illərdir ki, müstəqilliyi uğrunda mübarizə aparır. Paris Korsika adası ətrafında baş verənləri Fransanın ərazi bütövlüyünə qarşı separatizm fəaliyyəti kimi dəyərləndirir. Korsikanın müstəqilliyini tələb edən yerli xalq bu adanın aborigen sahibləridir. Onların mübarizəsini separatizm hesab edən rəsmi Paris korsikalıların milliyyətini pasportlarda "fransız" yazmaqla, unutdurmağa çalışır. Hazırda Korsika Milli Azadlıq Cəbhəsi 9000 kvadrat kilometr əraziyə və 350 min əhaliyə sahib olan adanın Fransa müstəmləkəçiliyindən azad olunması üçün mübarizə aparır.

Adada gərginlik yüksəlir

Makronun bəyanatının verilməsinə səbəb həm də adada gərginliyin artmasıdır. Korsikalı millətçi İvan Kollonnanın Fransada öldürülməsi nəticəsində adada sosial iğtişaşlar artıb. O, 1998-ci ildə adanın prefektinin (polis rəisi) qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib. Kolonna Fransanın Arles şəhərindəki həbsxanada bir məhkumun hücumuna məruz qalaraq həyatını itirib. Bundan sonra həmkarlar ittifaqlarının çağırışı ilə Korsikada Kolonnaya dəstək nümayişləri keçirilib. Fransa polisi və hərbçilərinin zorakılığı nəticəsində çox sayda etirazçı saxlanılıb. Günlərlə davam edən nümayişlərdə bir çox iş yeri və avtomobil yandırılıb. Kolonnanın ailəsi səhlənkarlıq iddiası ilə Fransa dövlətini məhkəməyə verib. Kolonnanın ölümü Korsikada Fransadan müstəqillik tələblərini gücləndirib.

İvan Kolonnanın ölümü ilə bağlı müxtəlif fikirlər səsləndirilir. "Xüsusi məhbus" statusu ilə saxlanılan İvan həbsxanada daim xüsusi müşahidə altında olmalı idi və ona hücum mümkünsüz kimi dəyərləndirilirdi. Korsikalı gənclər kolleclərə, liseylərə və universitetlərə getməyərək, bu hadisəyə daha sərt reaksiya verirlər. Vəziyyəti sakitləşdirmək üçün adaya səfər edən daxili işlər naziri Jerald Darmanen muxtariyyət verməyə açıq olduqlarını deyir. Deyilənlərin seçki bəyannaməsi və ya dialoq vədi olmasını zaman göstərəcək.

Fransanın digər regionları da muxtariyyət tələb edəcək

Yeri gəlmişkən, Korsikaya muxtariyyət verilməsinin ölkənin digər regionlarına da təsirsiz ötüşməyəcəyi irəli sürülür. Əgər bu qərar keçərsə, o zaman Korsika Fransada muxtariyyət alacaq ilk region olacaq. Ölkə qanunvericiliyinə görə, Fransa unitar dövlətdir və ölkədə yaşayan bütün sakinlər fransızlardır. Buna baxmayaraq, Fransa hakimiyyəti fransız millətinin tərkibində ayrı-ayrı etnik qrupların - korsikalıların, bretonların, alzaların və ya baskların mövcudluğunu inkar etmir. Əksəriyyət hesab edir ki, regionların səlahiyyətlərini genişləndirməklə hakimiyyət yerli özünüidarəetmə orqanlarını da yenidən təşkil etməyə çalışır. Digər tərəfdən qeyd edilir ki, bu təşəbbüs ölkənin siyasi dairələrində ciddi mübahisələrə səbəb olacaq. Bir çoxları Korsikaya inzibati muxtariyyət verilməsinin "Pandora qutusu"nu açacağından qorxur, ehtiyat edirlər ki, bundan sonra digər əyalətlər də özlərinə oxşar hüquqlar tələb edəcəklər. Belə ərazilərdən biri Fransanın şimal-qərbindəki breton etnik azlığının yaşadığı Brittani ola bilər. Əvvəllər breton fəalları inadkar mübarizədən sonra Parisdən öz dillərində işarə və yol nişanlarına sahib olmaq hüququnu qazanmışdılar. Qeyd edək ki, breton dili hələ tükənməmiş bir neçə kelt dillərindən biridir və bu dildə hələ də təxminən 200 min adam danışır.

Beləliklə, Makronun yeni məcburi addımları ölkənin parçalanmasına gətirib çıxara bilər. Bəlkə onda Fransa hakimiyyəti başqa ölkələrdə separatizmə dəstək verməyin zərərini anlayar.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1413   Tarix: 07 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını

30 sentyabr
.

Yəmən ordusu husilərin mövqelərinə zərbələr endirib

Yəmənin hökumət qüvvələri Sənada husilərin mövqelərinə, həmçinin ölkənin şimal-qərbindəki Səədə əyalətinə və cənub-qərbindəki Taiz əyalətinə zərbə endirib. xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Yəmən ordusunun nümayəndəsi Məcid ən-Nüzeylinin bəyanatına istinadən məlumat yayıb. Onu

2 oktyabr
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

2 oktyabr
.

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb

Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay

30 sentyabr
.

Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirib

Ukrayna dronları Samara bölgəsinə hücum edib və səhər tezdən hakimiyyət orqanları raket təhlükəsi elan etdi və bölgə sakinlərini sığınacaq axtarmağa çağırıb. xəbər verir ki, bu fonda Samarada ictimai nəqliyyat dayandırılıb. Həyəcan siqnalının bitdiyini bir neçə saat sonra, Moskva vaxtı ilə səhər saa

2 oktyabr
.

İrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb

İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl

30 sentyabr
.

Yəmən Hərbi Hava Qüvvələri Taiz əyalətində Husilərin hədəflərinə 20 hava hücumu həyata keçirib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü cümə günü bildirib ki, hava qüvvələrinin döyüş təyyarələri son üç saat ərzində Taiz əyalətindəki husi hərəkatlarına, gücləndirmə qüvvələrinə, toplanışlarına, şəxsi heyətinə, nəqliyyat vasitələrinə və hərbi texnikaya 20 dəqiq zərbə endirib. The Jerusalem Post-a istinadə

2 oktyabr
.

The Guardian: "ABŞ-da hakim televiziya kanalına qarşı cinayət işi başlatmağa çalışıb"

ABŞ-ın Luiziana ştatında bir hakim onun daşınmaz əmlak sövdələşməsi barədə yayımlanan araşdırmadan sonra televiziya kanalından şikayət edib. The Guardian yazır ki, hakim Kimya Holmes yerli CBS filialı WWL Louisiana barədə polisə müraciət edib. Mübahisə jurnalist David Hammerin hakimlə bağlı apardığ

30 sentyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr