İsrailli politoloq: "Ordumuz terrorçulara layiqli cavab verəcək"
"İsrail həqiqətən müharibədədir. Bu kiçik miqyaslı hərbi əməliyyat deyil. Bu səhər HƏMAS Qəzza zolağından geniş raket atışları və onlarla terrorçunun İsrailin yaşayış məntəqələrinə qanlı şəkildə soxulmasını özündə ehtiva edən, qəsdən planlaşdırılmış terror hücumu həyata keçirib. Biz bu terrora qətiyyətlə cavab verəcəyik və buna görə məsuliyyət daşıyan heç kim İsrail ordusunun cavab tədbirlərindən sığortalanmayacaq".
Bu fikirləri Bizim.Media-ya açıqlamasında israilli politoloq Eran Şayşon deyib.
Səhər saatlarından Fələstinin İsrailə etdiyi hücumları şərh edən politoloq, bu dəfə vəziyyətin daha da gərgin olduğuna diqqət çəkib:
"Livan, Suriya, İran, İraq və Yəmən kimi ölkələri əhatə edən digər arenalarda da eskalasiya potensialı yüksəkdir. İsrail təəccüblənsə də, biz güclü və möhkəm qalırıq. Düşmənlərimiz yaxşı bilirlər ki, bizi hərbi cəhətdən məğlub edə bilməzlər. Onların strategiyası, ilk növbədə, xalqımızda məğlubiyyət hissi yaratmağa yönəlib. İsrail HƏMAS-ın Qəzzada törətdiyi dəhşətli terror hücumuna lazımi güclə cavab verəcək. HƏMAS öz hərəkətlərinin cavabını alacaq".
E.Şayşon qeyd edib ki, terror təşkilatları savaşaraq deyil, sivillərə qarşı beynəlxalq hüququ tapdalayaraq nəticə qazanmağa çalışırlar:
"Günahsız insanlara zərər vermək niyyəti ilə fəaliyyət göstərən bir terror təşkilatı ilə qarşı-qarşıyayıq. Onların fəaliyyət prinsipi mülki insanlara zərər vermək və Qəzza sakinlərini canlı qalxan kimi istifadə etməkdir.
Mülki əhalini atəşə tutmaq məqsədi ilə İsrail şəhərlərinə, yaşayış məntəqələrinə soxulurlar. Bütün bunlar müharibə cinayətləridir. Bu çətin dövrlərdə dünyadakı dostlarımızın birliyi və dəstəyi çox şey deməkdir. Biz bölgədə tezliklə davamlı sülhün yaranmasına ümidliyik".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 807 Tarix: 08 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30 sentyabrYəmən ordusu husilərin mövqelərinə zərbələr endirib
Yəmənin hökumət qüvvələri Sənada husilərin mövqelərinə, həmçinin ölkənin şimal-qərbindəki Səədə əyalətinə və cənub-qərbindəki Taiz əyalətinə zərbə endirib. xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Yəmən ordusunun nümayəndəsi Məcid ən-Nüzeylinin bəyanatına istinadən məlumat yayıb. Onu
2 oktyabr"Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
2 oktyabrPolşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb
Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay
30 sentyabrUkrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirib
Ukrayna dronları Samara bölgəsinə hücum edib və səhər tezdən hakimiyyət orqanları raket təhlükəsi elan etdi və bölgə sakinlərini sığınacaq axtarmağa çağırıb. xəbər verir ki, bu fonda Samarada ictimai nəqliyyat dayandırılıb. Həyəcan siqnalının bitdiyini bir neçə saat sonra, Moskva vaxtı ilə səhər saa
2 oktyabrİrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb
İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl
30 sentyabr