At ətini necə ayırd etmək olar? - MÜHÜM DETALLAR

At ətini necə ayırd etmək olar? - MÜHÜM DETALLARSon vaxtlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlaka yararsız bəzi ət məhsullarının satışının qarşısının alınması üçün bir sıra tədbirlər həyata keçirilir.

Oktyabrın 5-də vətəndaş şikayəti əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, döngə 1 ünvanında fəaliyyət göstərən ət satışı məntəqəsində aparılan yoxlama zamanı baytarlıq ekspertizasından keçməmiş, mənşəyi məlum olmayan, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə normativ tələblərə cavab verməyən 40 kiloqram istehlaka yararsız ət aşkarlanıb.

Ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında yoxlanılıb, at DNT-si və bakterioloji çirklənmə aşkar edilib.

Mal əti adı altında istehlakçılara təqdim olunan məhsulların satışa çıxarılmasının və dövriyyəyə buraxılmasının qarşısı alınıb, müəssisənin fəaliyyəti dayandırılıb və sahibkar inzibati məsuliyyətə cəlb olunub.

Bununla bağlı "Bizim.Media"ya açıqlama verən aqrar sahə üzrə ekspert Eyyub Hüseynov, Azərbaycanda at ətinin satışının qadağan edilmədiyini bildirib:

"Çox təəssüf ki, bununla bağlı heç bir sənəd yoxdur. Ölkəmiz üçün yeyilməsi ənənəvi olmayan heyvan ətlərinin satışının qadağan edilməsi üçün bir sənədin olması mütləqdir. Belə çıxır ki, qadağalar olmadığı üçün eşşək, hətta it ətinin yeyilməsi mümkün hesab edilə bilər".

Müsahibimiz, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bu kimi hallarla mübarizə tədbirlərində çox uğurlu fəaliyyət göstərdiyini diqqətə çatdırıb:

"İdarə təkcə cərimə etmir, eyni zamanda, ekspertiza edir, mənbəyini tapır, cinayət işi açır və bu işlə məşğul olanları həbs edir. Ancaq məhkəmələr qısa müddətdə onlara bəraət qazandıraraq həbsdən azad edir. Artıq bunun kökünü kəsmək çox müşkül bir işə çevrilib.
At kənd təsərrüfatında istifadə olunan bir heyvandır və sağlam heyvanı heç kim kəsmir. Qocalmış atı isə əti çox bərk olduğu üçün kəsmirlər. Yalnız xəstə olduğu zaman onu kəsirlər ki, bu zaman da onun xəstəliyi insana keçə bilər. AQTA küçə kəsimini və satışını qadağan etmək və ona qarşı mübarizə aparmaq istəyir, ancaq bacarmır".

Eyyub Hüseynovun sözlərinə görə, insanlar belə faktları görsələr də, yenə də əti qəssablardan almaq istəyirlər:

"Amma mağazalara və marketlərə getmək istəmirlər. Gözləri ilə gördükləri məhsulu almağa üstünlük verirlər. Bəzən isə gözlərinin qarşısında kəsilən heyvan da sağlam olmaya bilər, bununla belə insanlar ət və eşşək ətindən qaçmaq üçün belə etməyə məcbur olurlar".

Ekspert at ətini digərlərindən ayırmağın mümkün olduğunu da qeyd edib:

"At əti qırmızı olur, spesifik qoxuya malikdir və qabırğalarının enli olmasından tanınır. Əgər Maştağa kimi konservativ, milli adət və ənənələrinə malik bir məntəqədə at əti satılırsa, bundan artıq deməyə söz qalmır.

Bu ətin ölkəmizdə istifadəsinin qarşısı alınmalıdır. Eyni zamanda, alıcılar ehtiyatlı olsunlar və satış məntəqələrindən ətin mənşəyi ilə bağlı sənədləri tələb etsinlər, ona görə ki, bu hüquqa malikdirlər. Satıcı da bu sənədi göstərməyə borcludur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1800   Tarix: 08 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

Xəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA

Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin

2 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr
.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr