Xəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA
Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsinə xitam verilə bilər.
Bəs, xəbərdarlıq müddəti gözlənilmədən işçinin işdən azad edilməsi hansı hallarda qanuni hesab olunur, belə qərarla razılaşmayan işçi hüquqlarını qorumaq üçün hansı addımları ata bilər və xəbərdarlıq müddətinin pozulması işəgötürən üçün hansı hüquqi məsuliyyət yarada bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, bu, yalnız bir halda mümkündür: əgər işçinin razılığı varsa. Əks halda bu, pozuntu hesab olunur və işçi mediasiya prosesindən keçməklə məhkəməyə müraciət edə bilər.
"İşəgötürən işçinin razılığı ilə Əmək Məcəlləsinin müvafiq maddəsində müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə birdəfəlik ödəniş etməklə əmək müqaviləsinə xitam verə bilər. Belə ki, azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə isə 2 misli məbləğində ödəniş edilə bilər. Əmək Məcəlləsinin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə isə orta aylıq əməkhaqqından az olmamaqla ödəniş bir dəfəyə həyata keçirilməklə əmək müqaviləsinə müvafiq əsasla xitam verilə bilər. Əgər əmək müqaviləsinə xəbərdarlıq müddəti başa çatmadan xitam verilirsə, həmin ödəniş xəbərdarlıq müddətinin keçmiş hissəsinə mütənasib olaraq azaldılır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 43 Tarix: 02 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabr"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabrTac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabrMasallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabr