Respublikanski"də nə baş verir: Elviz Qasımov kimə arxalanır?

Respublikanski"də nə baş verir: Elviz Qasımov kimə arxalanır?M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından ("Respublikanski xəstəxana" adı ilə daha çox tanınan bu səhiyyə ocağı) şikayət var.

Bu barədə xəstəxanadakı tibb işçiləri AzToday.az-a danışıblar.

Onlar bildiriblər ki, Respublika Klinik Xəstəxanası Səhiyyə Nazirliyindən alınıb TƏBİB-ə verildikdən bir müddət sonra Elviz Qasımov bu təşkilata rəhbər gətilildi və problemlər bir az da artdı.
"1962-ci ildən akademik Əziz Əliyev adını daşıyan Azərbaycan Dövlət həkimlərin Təkmilləşdirmə İnstitutu (ADHTİ) və akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanası ( RKX) lap əvvəldən Səhiyyə Nazirliyi nəzdində bir ərazidə fəaliyyət göstərib. Tibbin bütün müalicə sahələri (profilləri) üzrə kafedraları olan ADHTİ öz praktiki fəaliyyətini uyğun olaraq ölkənin çoxprofilli və ən böyük maddi-texniki bazası olan Respublika Klinik Xəstəxanası bazasında həyata keçirir.

ADHTİ-nin çoxsaylı əsas funksiyalarından sadəcə ikisi üzərində dayanmaq istərdik:

1) Aktiv fəaliyyət göstərən həkimlər üçün təkmilləşdirmə və ixtisasartırma kursları;

2) Universiteti bitirib ümumi tibbi biliklərə yiyələnmiş praktiki təcrübəsi olmayan gənc həkimlərin rezidentura şöbəsinə qəbul olunması və özləri seçdiyi profil üzrə ixtisaslaşmış həkim kimi yetişdirilməsi.

Əvvəla, həkim kimi yalnız vərdiş etdiyi gündəlik rutin müalicə metodlarından istifadə edərək deyil, tibbin inkişafını izləmək, yeni müalicə metodlarını mənimsəyə bilmək üçün ADHTİ-nin təşkil etdiyi yerli kurslar və iştirak etdiyi beynəlxalq konfranslarda həkimlərin yeni tibbi texnologiyalar, yeni müalicə metodları, yeni dərmanlar və s. tanışlığı təmin olunur. Bu, aktiv fəaliyyət göstərən həkimlərin zamanla ayaqlaşmasına, müntəzəm təkmilləşməsinə və ixtisaslaşmasına xidmət edir.

İkincisi, universitetdə ümumi təhsil alıb gəlmiş gənc həkim ADHTİ nin rezidentura şöbəsinə qəbul olur. Bu gənc həkim seçdiyi ixtisasa uyğun olaraq ADHTİ adından RKX-da praktiki fəaliyyət göstərən bir kafedra müəlliminə (müəllim-həkim) təhkim olunur. Seçdiyi ixtisasdan asılı olaraq o, 3-5 il ərzində təcrübəli həkim-müəllim yanında bütün müalicə və tədris proseslərində iştirak edrək təkmilləşir, ixtisasaslaşır və yeni mütəxəssis kimi yetişir", – deyə onlar qeyd ediblər.

"Respublika Klinik Xəstəxanası Səhiyyə Nazirliyindən alınıb TƏBİB-ə verildikdən bir müddət sonra Elvis Qasımov bu təşkilata rəhbər gətirilir. O gəldiyi gündən hər ikisi dövlət müəssisəsi olan ADHTİ və RKX arasında illər əvvəl bağlanmış birgə fəaliyyət müqaviləsini yoxmuş kimi sayır. Kafedra işçilərini RKX bazasında yerləşən həkim otaqlarından kobudca qovmağa və həmin otaqlara həkimlər arasında gizli qeyri-qanuni videoçəkilişlər aparan, gizli səsyazılırı edən aparan və həkim kollektivi arasında idarəolunan intriqalar yaradan savadsız, təcrübəsiz cavan qızlar otuzdurulur. ADHTİ rektoru Nazim Qasımov isə Elviz Qasımova qarşı dirəniş göstərmir. Elviz öz ambisiyaları arxasında, Nazim isə öz kreslosunun hayındadır. Nəticədə nə baş verir:

1) 15-20 il ərzində gərgin iş şəraitində işləyərək praktiki təcrübə qazanmış reanimatoloq, kardioloq, mama-ginekoloq və s kimi həkimlər üzgün və pərişan halda RKX-nın dəhlizlərində nə edəcəklərini bilmirlər.

2) Əslən Qərbi Azərbaycandan olan TƏBİB-in nümayəndəsi direktor Elviz Qasımov əslən Qaxdan olan Səhiyyə Nazirliyi nümayəndəsi rektor Nazim Qasımovu ciddiyə almır. Çünki Elvizs Qasımov gözqorxutmaq üçünmü, yaxud lovğalanmaq üçünmü özü yaydığı yalan məlumata görə, guya "Mərkəzi Klinik Xəstəxanası"ında sıravi həkim işlədiyi vaxtdan ölkə rəhbərliyində çalışan şəxslərin travmotolq-həkimi olub, ona görə də onu əvvəlcə "Elmi Tədqiqat Ortopedik və Travmotologiya" İnstitutuna, ordan da indiki "Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxs"ə direktor təyin ediblər. Hərçənd Elviz Qasımov RKX-ya gəldikdən sonra idarəçilikdə baş verən səriştəsizlik göz önündədir", – deyə narazı tibb işçiləri bildiriblər.

Onların sözlərinə görə, Elviz Qasımov safedra həkimlərini bir-bir çağırıb: "Sizə ehtiyacımız yoxdur, ərizənizi yazın!" – deyir.

Şikayətçilər Elviz Qasımovu bu vəzifəyə təyin edən aidiyyəti qurum rəhbərliyinə suallar da ünvanlayıblar:

"1) Əgər Elviz Qasımovun təcrübəli həkimə ehtiyacı yoxdursa, bəs işdən çıxarılmış işçilərin yerinə nə üçün yeni və məhz təcrübəsiz işçilər qəbul edilir?

2) Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tibbi-texniki bazası olmadıqda orada işləyən kafedra həkimlərinin aqibəti necə olacaq və universiteti ümumi tibbi biliklərlə bitirmiş gənc həkimlər praktiki təcrübə olmadan ixtisaslı həkim kimi necə və harda yetişdiriləcək?

3) Uzun illər regionlardan gələn patoloji xəstələrlə gərgin və kritik iş rejimində işləyərək savadlı uroloq, reanimotoloq, ginekoloq, travmatoloq kimi yetişmiş təcrübəli həkimləri dövlət xəstəxanalarından uzaqlaşdırmaqda özəl klinikilara istiqamətləndirməkdə məqsəd nədir?

4) Nə üçün biri arxalı-aqressiv, digəri qorxaq-komformist iki rəhbər arasında 20 illik təcrübəsi olan həkimlər bu cür stresslər keçirməli, əziyyət çəkməli, işindən olmalıdır?

5) Bütün bunlar TƏBİB-in tapşırığı yox, Elviz Qasımovun özbaşnalığı deyilsə, o zamana nə üçün TƏBİB tabeçiliyində olan "Sabunçu Tibb Mərkəzi"ndə analoji özbaşnalıqlar baş vermir?"

Yazıdakı iddialarla bağlı TƏBİB-in və Elviz Qasımovun da mövqeyini dərc etməyə hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2613   Tarix: 09 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr