Xankəndidə dəhşətli partlayışı ermənilər buna görə törədib - DETALLAR
Ermənistan mediası sentyabrın 25-də Xankəndidəki benzin anbarında baş verən partlayışla bağlı yeni təfərrüatlar yayıb. Publika.az xəbər verir ki, yüzlərlə erməninin ölümünə səbəb olan partlayışla bağlı indiyə qədər müxtəlif versiyalar irəli sürülsə də, hadisənin dəqiq səbəbi açıqlanmır.
Ermənilər arasında Azərbaycanı ittiham edənlər də vardı, hərçənd, heç bir əsas tapa bilmədilər. Versiyalardan biri də separatçıların "rəhbərləri"nin helikopter, yaxud təcili tibbi yardım maşınlarında "yanğından zərərçəkmiş" şəxs kimi qaçması üçün bunu törədə biləcəyinə dair idi. Lakin separatçıların son "rəhbərliyinin" Ermənistana keçə bilməsi, azərbaycanlılara qarşı qətliamlar törətmiş əvvəlki "rəhbərlərinin" isə qandalanaraq, Bakıya gətirilməsi bu versiyanı zəiflədir.
"Haykakan Jamanak" qəzeti partlayışla bağlı yeni detallar əldə etdiyini iddia edib.
Qəzet keçmiş separatçı rejimdə təmsil olunmuş şəxslərdən birinə istinadən yazır ki, benzin çənini erməni sakinlər partladıb.
"Orada mövcud olan yanacaq "ordunun" (qondarma silahlı dəstələr-red) ehtiyatı idi. Lakin hər kəs çıxmağa başlayanda əhali arasında təşviş yarandı və insanlar yanacaq götürmək üçün anbara axışdılar. Proses nəzarətdən çıxmışdı, qarışıqlıq yaranmışdı. Hamı qabağa düşmək istəyir, tez benzin götürüb getməyə çalışırdı. Həmin vaxt sakinlərdən biri benzin çəninin başqa bir yerində qazma ilə (drel) deşik açmaq istəyib, nəticədə partlayış baş verib", - hadisə haqda məlumatlı mənbə bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4796 Tarix: 09 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabr