Ermənilərin "Bolt"da Azərbaycanla bağlı təxribatının qarşısı alındı
"Bolt" taksi şirkətinin Azərbaycandakı mobil tətbiqində ermənilərin ölkəmizə qarşı növbəti təxribatı aşkarlanıb. Belə ki, mobil tətbiqdə Bakı ərazisində ünvan axtarışı zamanı "Бакуракерт, Армения" adlı adres görünürdü.
"Report" bununla əlaqədar şirkətin Estoniyada yerləşən baş ofisinə sorğu göndərib. Şirkətdən sorğuya cavab olaraq bildirilib ki, "Bolt" tətbiqi "Google" xəritələri əsasında çalışır və bu ünvan avtomatik olaraq tətbiqdə görünür.
"Tətbiqdəki bu səhvi gördüyünüz üçün təşəkkür edirik", - şirkətdən bildirilib. Həmçinin səhvin tezliklə aradan qaldırılacağı və adıçəkilən ünvanın tezliklə mobil tətbiqdən silinəcəyi deyilib.
Bundan sonra ünvan silinib və bununla da, ermənilərin daha bir təxribatının qarşısı alınıb.
Qeyd edək ki, ermənilər Bakı şəhərini Bakurakert adlandıraraq paytaxtımızın Ermənistanda hökmranlıq etmiş padşah Bakurinin adını daşıdığını iddia edir. Başqa bir mənbədə isə Bakurakert Ermənistanda yerləşən şəhər adı kimi də qeyd olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4052 Tarix: 09 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabr