Novella Cəfəroğlu: "İki nəvəm hərbçi, oğlum isə həkim kimi İsraildə müharibədə iştirak edir"
"Həmişə demişəm, yenə də deyirəm ki, ölkəmizin çətin günlərində kim yanımızda olub, müharibədə kim dəstək göstərib, kömək edibsə, biz onların yanındayıq. Baxın, ermənilər sosial şəbəkələrdə nələr paylaşırlar, İranda Fələstin bayrağı ilə küçələrdə gəzirlər. Qarabağ savaşında bizə dəstək olmayan, kömək etməyən heç bir dövlətin yanında deyiləm. Görürəm ki, Azərbaycan dövləti də hələlik özünü neytral aparır. Müharibənin qanunları var. Müharibəni əsgərlərlə aparmalısan. İslamı o qədər biabır ediblər ki. "Allahu-Əkbər" deyib, qadınları, qocaları, mülki camaatı öldürmək, uşaqları it qəfəsinə salmaq, insanlara işgəncə vermək, onların şəkillərini çəkib paylaşmaq... Bütün bunlar mənə o qədər pis təsir edir. Axı buna bütün dünya baxır. Sənin nə ixtiyarın var ki, İslamı, müsəlmanlığı belə biabır edəsən? Sən bomba atırsan, o bomba atır - bunu başa düşdük. Qarşılıqlı müharibə aparırsınız, amma insanlarla belə rəftar etmələrini heç vaxt bağışlamaram. Ermənilərin tərəfində duran, onları dəstəkləyən həmin Mahmud Abbasdır də, erməni keşişləri ilə öpüşən..."
Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O bildirib ki, Azərbaycan dövləti İsraillə Fələstin arasında körpü ola bilər: "Başa düşürəm, Fələstində də insanlar həlak olur, amma müharibədə özünü kişi kimi göstər ki, sən müharibə aparırsan. Bu günə, sabaha hər bir millətə, doğrudan da, böyük faciə olacaq. İstəyərdim ki, bizim dövlətimiz Fələstin və İsrail arasında bir körpü qoysun, məhz bizim dövlətimiz. Bu gün İlham Əliyevin imkanları hamıdan çoxdur. Onlarla danışıqlara getsin, bir araya gətirsin ki, hansısa müqavilə ilə müharibəni saxlasınlar. Bircə bunu istəyərdim, çünki iki nəvəm hərbçi kimi, oğlum isə həkim kimi müharibədədir. Bomba atırlar, yoldaşları, uşaqları qaçır. Hər gün danışırıq, amma vəziyyət pis olaraq qalır. İsraildə təkcə ailəm olduğu üçün yox, həm də Fəlsətinin faşistliyini gördüyüm üçün İsrailin tərəfindəyəm. Bizdən İsrailə dəstək lazımdır. Çünki ən çətin günlərimizdə İsrail gəlib "mənim" yanımda durdu, bizə dəstək oldu, Fələstin yox..."
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Azərbaycanda dörd qanun ləğv ediləcək
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video