Ən çox şikayət olunan İCRA HAKİMİYYƏTLƏRİ – ARAŞDIRMA

Ən çox şikayət olunan İCRA HAKİMİYYƏTLƏRİ – ARAŞDIRMASon zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir.

Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır.

Bizim.Media əhalinin ən çox narazı qaldığı icra hakimiyyətlərini araşdırıb.

Abşeron rayon İcra Hakimiyyəti

Məlum olub ki, ən çox şikayətlərin olduğu icra hakimiyyəti Abşerondur. Bu qurumun adı mətbuatda müxtəlif qalmaqallarda çəkilir. Təsadüfi deyil ki, ən çox məmur özbaşınalığı da məhz bu icra hakimiyyətində baş verir. Qurumun Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun, Memarlıq və Tikinti şöbəsinin keçmiş müdiri Akif Əliyevin, eləcə də Xırdalan şəhər 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin keçmiş rəisi Murad Əhmədovun həbs edilmələri buna nümunədir.

Həmin qurumda çalışan məmurların heç bir yeniliyə can atmaması, təşəbbüsə qoşulmaması, sakinlərlə görüşlərə maraq göstərməmələri dəfələrlə tənqid edilib.

Rayonun icraatında olan qəsəbələrdəki sosial problemlərin qabardılması, təyinatı üzrə olmayan torpaqların bələdiyyə və ərazi nümayəndəliyi tərəfindən satışa çıxarılması, qanunsuz tikintilərin qarşısının alınmaması, vətəndaş şikayətləri və qazi müraciətlərinə məhəl qoyulmaması ilə bağlı faktlar isə icra hakimiyyətinin fəaliyyətsizliyini ortaya qoyur.

Bu azmış kimi sıravi vətəndaş tərəfindən Abşeron rayon İcra Hakimiyyəti məhkəməyə də verilib. Belə ki, İbrahimov Rauf Yaqub oğlu Abşeron İcra Hakimiyyəti ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət ünvanlayıb. Müraciətin səbəbi İnzibati orqanların aktları və hərəkətləri, torpaq münasibətləri üzrə mübahisələrdən ibarətdir.

Xatırladaq ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Fərzəliyev Abdin Ələskər oğludur. O, bu vəzifəyə 1 ildir ki, təyin edilib. Bundan əvvəl icra başçısı isə İradə Gülməmmədova olub. Əslində icra hakimiyyətinin fəaliyyəti ilə bağlı narazılıqlar İradə Gülməmmədovanın başçı olduğu dövrdən başlayıb.

Nizami rayon İcra Hakimiyyəti

Bu rayonun sakinləri yerli icra hakimiyyəti və məmurların süründürməçiliyindən təngə gəldiklərini bildiriblər. İcra hakimiyyətinin fəaliyyətsizliyindən şikayətlənən vətəndaşların bildirdiyinə görə, Nizami rayonu son dövrlər tamamilə diqqətdən kənarda qalıb və burada heç bir şikayətə, müraciətə məhəl qoyulmur.

Yeni icra başçısı Coşqun Cəbrayılov bir ilə yaxındır ki, bu rayona rəhbərlik edir, amma sakinlər indiyə qədər icra başçısı ilə normal görüşüb, ünsiyyətə nail ola bilmədiklərini deyirlər.

Xətai rayon İcra Hakimiyyəti

Xətai rayon İcra Hakimiyyəti bu rayonda daha çox yaşıllığa qənim kəsilir. Məhəmməd Hadi küçəsindəki "Yellow market"lə üzbəüz ərazinin, Sarayevo küçəsindəki yaşıllığın ekoloji genosidə məruz qalması buna nümunədir. Qeyd edək ki, bu rayonun icra başçısı Rafiq Quliyevdir. O, 4 ildir ki, Xətai rayonuna başçılıq edir.

İmişli rayon İcra Hakimiyyəti

Fəaliyyətindən hədsiz narazılıq edilən icra başçılarından biri də Elçin Rzayevdir. İmişli əhalisi xüsusilə rayondakı su qıtlığından şikayətlənirlər.

Pambıqçılıqla məşğul olan İmişli fermerləri mediaya çıxaraq əkin sahələrinin susuzluqdan məhv olduğunu dilə gətirirlər. Fermerlər icra başçısına su qıtlığı ilə bağlı dəfələrlə müraciət etsələr də, icra başçısı bu məsələnin həllini Su idarəsinin üzərinə atmaqla işini bitmiş hesab edir. İmişli əhalisi digər sosial məsələlərdə də başçının qəbuluna düşməkdə çətinlik çəkdiklərindən gileylənirlər.

Suraxanı rayon İcra Hakimiyyəti

Şikayətlərin çox olduğu daha bir icra hakimiyyəti Suraxanıdır. Əhalinin şikayətləndiyi, yol, park və küçələrin baxımsızlığı, məişət tullantılarının vaxtı-vaxtında götürülməməsi, qanunsuz obyektlərin çoxalması, eləcə də Mənzil Kommunal Təsərrüfat Birliklərinin özbaşınalıqları bu rayonun da reytinqini xeyli aşağı salıb.

Siyahını uzatmaq da olar. Amma adlarını çəkdiyimiz icra hakimiyyətləri fəaliyyətsizlikləri ilə bağlı daha öncül sıradadırlar.

Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Biləsuvar və Ağcabədi rayon İcra Hakimiyyətlərində, Biləsuvar Şəhər Ərazi Nümayəndəliyi və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında əsassız ödəmələr aşkar edib. Vətəndaş müraciətlərinə əsasən, sözügedən qurumlarda yoxlama aparılıb. Nəticədə 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub.

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdur. O, 2019-cu ildən bu vəzifəni icra edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6195   Tarix: 09 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr