Networking Azerbaijan iş adamları klubu və Acer Azerbaijan birgə tədbir keçirib
"Networking Azerbaijan" iş adamları klubu , "Azimut" və "Acer"
şirkətiylə birgə 4 oktyabr və 5 oktyabr tarixlərində iki gün Shah
Palace hoteldə "Tech Networking Night" mövzusunda növbəti tədbirlərini
keçirib.Tədbir iki gün gün davam edib. Ənənələrinə sadiq qalaraq,
"Networking Azerbaijan" hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar
cəmiyyətini bir araya yığmağa nail olub. Tədbirdə müxtəlif sahələrdə
fəaliyyət göstərən sahibkarlar və idarəçilər iştirak edib. Hər zaman
olduğu kimi, tədbirin əsas məqsədi qonaqlar arasında işgüzar əlaqələrin
qurulması və genişləndirilməsindən ibarət olub.
Sahibkarlar işgüzar mühitdəki son tendensiyaları canlı müzakirə etməyə,
fikir və təcrübələrini bölüşməyə müvəffəq olublar. 4 oktyabr tarixində
baş tutan tədbiri açıq elan edən Orxan Hacıyev gecənin qonaqlarını
salamlayıb, netvörkinqin faydalarından bəhs edib və Azimut şirkətinin
rəhbəri Balağa Cəfərovu səhnəyə davət edib. Balağa Cəfərov şirkəti
haqqında və rəsmi distryubutor olduğu Acer şirkəti haqqında qonaqlara
məlumat verib və qonaqların suallara cavab verib.
Gecənin növbəti spikeri Acer şirkətinin ölkəmizdə rəsmi nümayəndəsi
Həsən Həsənov şirkətin dünyada payından və həmçinin brend haqqında
maraqlı faktlarla bölüşüb.
İki gün ardıcıl keçirilən tədbirlərdə "Azimut" və "Acer" şirkəti
tərəfindən qonaqlara müxtəlif hədiyyələr təqdim olundu.
Tədbirdə qonaqlar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin
yaratdığı imkanlardan faydalana biliblər. "Networking Azerbaijan" biznes
klubunun bütün tədbirlərində olduğu kimi, budəfəki tədbirlər də rahat
ab-havada keçərək, iştirakçıların yüksək əhvali-ruhiyyədə olmağını təmin
edib.















Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Azərbaycanda dörd qanun ləğv ediləcək
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"