Son vaxtlar ölkədə geniş yayılan virusla bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA
"Payız və qış aylarında havaların soyuması baş verən zaman kəskin respirator virus infeksiyaları daha çox yayılır".
Bunu "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
"İstər böyüklər, istərsə də uşaqlar arasında çoxsaylı xəstələnmə halları törədir. Bu viruslar müxtəlifdir, hər mövsümdə bəziləri yenilənir. Onların törətdikləri xəstəliklərin əlamətləri oxşardır. Bu, koronavirusun klinik çalarları ilə eynidir. Ona görə hər bir şəxs özündə bu cür əlamətlər olduqda müraciət edərək özündə məhz koronavirus infeksiyasının olub-olmamasıını müəyyən edə bilər, yəni laborator üsullarla yalnız bu suala cavab verilə bilər. Onu da qeyd edək ki, qrip və koronavirusdan savayı adıçəkilən respirator viruslar yüngül keçir, çox az hallarda, əsasən risk qruplarına daxil olan insanlarda müəyyən fəsadlar verə bilir. Ona görə də bu cür mövsümi virus infeksiyaları xüsusi hallar olmadıqda heç bir ölkədə rutin identifikasiya olunmur", - deyə T.Eyvazov qeyd edib.
O bildirib ki, ümumilikdə isə epidemioloji durum stabil olaraq qalır, hər ildə olduğu kimi fon səviyyəni aşmır:
"O cümlədən statistik göstəricilər bizə deməyə əsas verir ki, ölkədə koronavirusun yayılması kiçik həddədir, son vaxtlar yoluxma sayında artımlar olsa da, bu hallar kütləvi deyil. İstər koronavirus, istərsə də bütün respirator viruslardan qorunma yolları eynidir. Yəni pandemiya dövründə öyrəndiyimiz qızıl qaydalar bizləri qoruya bilər. Risk qruplarına daxil olan insanların isə bundan əlavə qrip və koronavirusdan peyvənd vasitəsi ilə də qorunmaları tövsiyə olunur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1202 Tarix: 09 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabr"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
2 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabr