Abşeron və Binəqədinin bir hissəsi niyə Sumqayıta verilir? - Komitə sədri SƏBƏBİNİ AÇIQLADI
Abşeron və Binəqədi rayonlarının torpaq sahələrinin müəyyən bir hissəsinin ayrılıb Sumqayıt şəhərinə verilməsinin səbəbləri məlum olub.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Trend"ə açıqlamasında bildirib ki, bu ərazilərin Sumqayıta verilməsi reallıqdan irəli gəlir.
"Sumqayıtın daha da genişlənməsi, əhali sayının artması, burada bir sıra dövlət proqramlarının, layihələrinin həyata keçirilməsi bunu zərurətə çevirirdi. Bu gün Sumqayıt Azərbaycanın ən inkişaf edən şəhərlərindən biridir, burada bir çox beynəlxalq əhəmiyyətli tədbirlər həyata keçirilir, layihələr icra olunur, müəyyən iri müəssisələr, şirkətlər fəaliyyətə başlayıb.
Belə olan halda Sumqayıtın ərazisinin genişlənməsinə, əlavə torpaqların verilməsinə ehtiyac var idi", - deyə komitə sədri bildirib.
O əlavə edib ki, həmin ərazilərdə yaşayan sakinlər yenidən qeydiyyata alınmalıdırlar və onların sənədlərində düzəliş edilməlidir.
"Sözsüz ki, bunun üçün əvvəldən tədbirlər planlaşdırılıb və müvafiq orqanlara tapşırıqlar verilib", - deyə T.Rzayev qeyd edib.
Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin oktyabrın 3-də keçirilən iclasında "Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi deputatların müzakirəsinə təqdim edilib.
Dəyişikliyə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsi ərazisindən 1 213 hektar torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Digər dəyişikliyə əsasən, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2 223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1648 Tarix: 09 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabr"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
2 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabr