Dünyada zəlzələlər niyə artıb?

Dünyada zəlzələlər niyə artıb?Son vaxtlar dünyada baş verən zəlzələlərin artması insanların bu mövzuya olduqca narahat və həssas yanaşması ilə müşayiət olunur. Zəlzələ təbii fəlakətlər arasında ən qorxulusu və dəhşətlisi olduğuna görə bəzən zəlzələ baş verəndə hansısa fəsadlar olmasa da bu, insanların psixologiyasına belə mənfi təsir edir. Bu mövzu xüsusilə də ilin əvvəlində, fevralın 6-da qardaş Türkiyədə baş verən güclü və dağıdıcı zəlzələdən sonra daha da aktuallaşıb. Elə son günlər də dünyanın ayrı-ayrı ölkələrində maqnitudası 6-dan yuxarı olan zəlzələlər baş verir. Elə bu günlərdə Əfqanıstanın Herat şəhərindən 40 km şimal-şərqdə 6,3 bal gücündə zəlzələ zamanı 2500-dən çox insan həyatını itirib. Minlərlə ev dağılıb. Təbii ki, bu cür hadisələrin baş verməsi insanları narahat edir. Onlarda qorxu, narahatlıq yaradır. Bir çox hallarda mövzu ilə bağlı sosial şəbəkələr üzərindən "proqnozlar"ın yayılması insanları narahat edir.

Bəs əslində real vəziyyət necədir? Doğrudanmı dünyada seysmik aktivlik artıb?

Respublika Seysmoloji Xidmət Mərkəzindən "Qafqazinfo"ya verilən məlumata görə, zəlzələlər piltələrin Yerdaxili tektonik hərəkətləri nəticəsində baş verdiyinə görə dünyanın müxtəlif seysmogen zonalarında baş verir. Bu ilin əvvəlində qardaş Türkiyədə baş verən zəlzələ də piltələrdə hərəkətliyin dinamikasının artması nəticəsində olub.

Mütəxəssislərin gəldiyi qənaət bundan ibarətdir ki, son vaxtlar, xüsusilə də Ərəbistan plitəsində hərəkətlilik artdığına görə bu həm qardaş Türkiyədə, həm də digər region ölkələrində zəlzələ ocaqlarının aktivləşməsinə səbəb olub. Amma bunu da nəzərə almaq lazımdır ki, yerdaxili proseslər həmişə getdiyinə görə bəzən zəlzələ ocaqları Yerin dərin qatlarında yerləşdiyi və təkanların gücü zəif olduğuna görə həmin təkanlar Yer səthinə gəlib çatmır və bu titrəyişlər ancaq seysmik stansiyalar vasitəsilə qeydə alınır. Bu tip zəlzələlər demək olar ki, hər gün qeydə alınır. Elə AMEA nəzdində RSXM-nin Zəlzələlərinin Tədqiqatı Bürosu tərəfindən də hər gün çoxlu xırda təkanlar qeydə alınır. Bu təkcə Azərbaycanda belə deyil. Dünyanın bütün seysmik zonalarında da var. Hansılar ki, o ölkələrdə ən müasir seysmik stansiyalar, avadanlıqlar var və alınan məlumatlar yüksək texnologiyalı proqramlar vasitəsilə emal olunur.

Bununla belə bəzi vaxtlarda maqnitudası 3-3.5-dən böyük olan və Yer səthində hiss olunan zəlzələlər də baş verir. Bu proses tam təbii baş verdiyinə və Yerin dərin qatlarında getdiyinə görə zəlzələləri heç bir halda proqnozlaşdırmaq hələ ki mümkün deyil. Yəni zəlzələlərin dəqiq proqnozu Azərbaycanda da yoxdur, dünyanın hər hansı ölkəsində də.

Sadəcə hansısa bölgədə seysmik aktiv zonadadırsa onsuz da həmin bölgədə hansısa vaxtlarda zəlzələ ola bilər və bunu heç kim istisna etmir.

Bu gün seysmologiya elminin qarşısında duran əsas sual da elə zəlzələlərin dəqiq proqnozu ilə bağlıdır və yuxarıda qeyd etdiyim kimi hələ də bu sual açıq qalır. Zəlzələ baş verən zaman telefonlara gələn xəbərdarlıqlara gəlincə isə qeyd etməliyik ki, bu xəbərdarlıqlar heç də hansısa proqnoz deyil. Zəlzələnin olduğu haqqında məlumatlar onsuz da hansısa ərazidə güclü zəlzələ olması ilə bağlı dünyadakı seysmik stansiyalar şəbəkəsi qeydə alır və Android proqramını hansısa ölkədən o sistemə qoşulublar. Ona görə də hansısa ərazidə zəlzələ baş verəndə bu sistem vasitəsilə dalğanı onlar da görürlər. Və bunun əsasında həmin dalğanın qeydə alındığı ərazi üzrə telefonlara göndərilir. Azərbaycanda baş verən bir-iki zəlzələ zamanı bildirişlər gəlmişdi. Biz o zaman da əhaliyə bu bildirişlərə görə panikaya düşməməyi tövsiyə etmişdik. Çünki son 2 ayda olan təcrübə göstərdi ki, bəzən gələn bildirişlərdə ərazi düzgün göstərmir. (Məsələn, 18.07.2023-cü ildə Xəzər dənizi-Türkmənistanda baş verən zəlzələ) eləcə də, 23.08.2023-cü il tarixində episentri Cəlilabad-Masallı inzibati sərhədində olan Masallı zəlzələsi zamanı bildirişdə ərazi Xəzər dənizi göstərilib.

Kürdəmirdə baş verən (maqnitudası 5.2 olan) və demək olar ki, bir çox rayonlarda hiss olunan güclü zəlzələ ilə bağlı isə ümumiyyətlə bildiriş gəlməmişdi. Yəni, bütün bunlar bir daha onu deməyə əsas verir ki, baş verən və yaxud baş verəcək zəlzələ ilə bağlı heç kim əvvəldən və hətta təkan baş verən ana qədər bu sahədə proqnoz verə bilməz. Eləcə də telefonlara zəlzələ baş verəndən sonra gələn bildirişlərdə bir çox hallarda məlumatlar (yer, ml) düzgün olmur. 19.09.2023-cü il tarixində Xəzər dənizində yerli vaxtla saat 14:22-də baş verən və maqnitudası 3.8 olan zəlzələ ilə bağlı bildiriş telefonlara 1 saat sonra və bütün parametrləri səhv olmaqla gəlmişdi.

Son 2 ayda olan zəlzələlərlə bağlı gələn bildirişləri müqayisə edib bu nəticəyə gəlirik ki, bu məlumatlar heç də reallığa uyğun olmur. Odur ki, insanlara bir daha Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatlarını izləməyi tövsiyə edirik.

Mərkəzdən, həmçinin bildirilib ki, dünyanın 90% əhalisi seysmogen bölgələrdə yaşayırlar. Heç kim təbii fəlakətlərdən sığortalı olmadığına görə insanlarımız təkcə zəlzələ deyil, ümumilikdə bütün təbiət hadisələri ilə bağlı maarifləndirici məlumatlarla tanış olmaq və hər hansı hadisəyə qarşı psixoloji hazırlamalıdırlar. Bu heç də hansısa zəlzələnin və ya digər təbiət hadisələrin baş verməsi anlamına gəlməməlidir. Sadəcə insanlar bilməlidilər ki, dünyada, eləcə də Azərbaycanda tarixən də zəlzələlər olub və təbii proseslər hər zaman Yerin təkində gedir. Yəni hansısa ərazidə aktivləşmə varsa, orada hiss olunmayan və ya zəif hiss olunan zəlzələlər də ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2005   Tarix: 09 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rumıniyaya pilotsuz uçuş aparatı düşüb

Rumıniyanın Ukrayna ilə sərhəddə yerləşən ərazisinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb. Bu barədə Rumıniyanın "Adevarul" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, oktyabrın 2-nə keçən gecə Rumıniya Milli Müdafiə Nazirliyinin radar müşahidə sistemi ölkənin Tulça rayonunun şimal hissəsində

2 oktyabr
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30 sentyabr
.

İsveçrə prezidenti istefa verdiyini elan edib

İsveçrə Prezidenti Qi Parmelen 2026-cı il dekabrın 31-də Federal Şuranın (nazirlər kabineti) tərkibindən ayrılmaq qərarına gəldiyini açıqlayıb. Bu barədə "Le Temps" qəzeti məlumat yayıb. İsveçrənin Federal Şurası yeddi federal müşavirdən (nazirdən) ibarətdir. Onlar bütün qərarları yekdillikl

2 oktyabr
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir

1 oktyabr
.

The Guardian: "ABŞ-da hakim televiziya kanalına qarşı cinayət işi başlatmağa çalışıb"

ABŞ-ın Luiziana ştatında bir hakim onun daşınmaz əmlak sövdələşməsi barədə yayımlanan araşdırmadan sonra televiziya kanalından şikayət edib. The Guardian yazır ki, hakim Kimya Holmes yerli CBS filialı WWL Louisiana barədə polisə müraciət edib. Mübahisə jurnalist David Hammerin hakimlə bağlı apardığ

30 sentyabr
.

Rus ordusu daha 3 kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Qraçevka və Serdobino, Sum vilayətinin Malaya Rıbitsa yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

2 oktyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı tətbiq olunan sanksiyaları genişləndirib. Ölkənin Xarici İşlər Nazirliyinin yenilənmiş siyahısına 23 fiziki və hüquqi şəxs, həmçinin 8 gəmi əlavə edilib. xəbər verir ki, yenilənmiş sanksiya siyahısı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb. Yeni sanksiyalar

1 oktyabr
.

Yəmən Hərbi Hava Qüvvələri Taiz əyalətində Husilərin hədəflərinə 20 hava hücumu həyata keçirib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü cümə günü bildirib ki, hava qüvvələrinin döyüş təyyarələri son üç saat ərzində Taiz əyalətindəki husi hərəkatlarına, gücləndirmə qüvvələrinə, toplanışlarına, şəxsi heyətinə, nəqliyyat vasitələrinə və hərbi texnikaya 20 dəqiq zərbə endirib. The Jerusalem Post-a istinadə

2 oktyabr
.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

1 oktyabr