14 yaşlı arvadını öldürən azərbaycanlı saxlanıldı - VİDEO
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Ləmbəli kəndində 14 yaşlı "həyat yoldaşı" Aytac Şahmarovanı qətlə yetirməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Alim Sadiqov 3 günlük axtarışlardan sonra saxlanılıb.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis cinayətdə istifadə edilmiş silahlı dəlil kimi müsadirə edib.
Aytac Şahmarovanın anası bildirib ki, qızı 2 ay əvvəl Alim Sadiqov tərəfindən "evlənmək" məqsədilə qaçırılıb. Yerli KİV-in məlumatına görə, azyaşlı bu müddət ərzində bir neçə dəfə qaçmağa da çalışıb, hətta bir dəfə qaçmağa müvəffəq olub. Lakin ailələrin bir araya gəlməsindən sonra Aytac Şahmarova "ər evi"nə qaytarılıb.
Qeyd edək ki, cinayəti törətməsi sübuta yetirilərsə şübhəlini 20 ilədək həbs cəzası gözləyir.
Xatırladaq ki, hadisənin oktyabrın 5-də gecə saatlarında, "cütlüyün" qohumlardan birinin toyuna hazırlaşdığı ərəfədə baş verdiyi bildirilir.
Yerli sakinlərin sözlərinə görə, A. Sadiqov qeyri-rəsmi nikahda olduğu Aytac Şahmarovaya odlu silahdan 3 dəfə atəş açaraq xəsarət yetirib, yeniyetmə aldığı güllə yarasından hadisə yerindəcə keçinib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2739 Tarix: 10 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüat açıqlanıb. -a istinadən xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış:. "9 yaşlı bacısı is
29 oktyabrHəmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş...
Dünən İsmayıllı rayonununun Balik kəndində ölümlə nəticələnən yol qəzası avtomobillərdən birinin nasaz vəziyyətdə olması səbəbindən baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Göyçay rayon sakini Yasər Mustafayev "VAZ"
17 oktyabrBakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd
7 oktyabrÖtən gün qəzada yaralanan sürücü vəfat etdi
Ötən gün Xəzər rayonunda baş verən qəzada yaralanan sürücü vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, Elmar Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobus Elçin Qədimovun idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub
8 oktyabrAnbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Zaqatalada gübrə satışı ilə məşğul olan böyük firmalardan birinin anbardarı həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Anbarda
31 oktyabrLerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda
21 oktyabrƏr-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı
Abşeron rayonunda 21 yaşlı oğul anasını yandıraraq öldürüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli atası, anası və iki bacısı ilə bir evdə yaşayıblar. Məlumata görə, onun valideynləri arasında mütəmadi mübahisələr olub
5 noyabr