ABŞ-dən vətəndaşlarına İsrailə uçuşla bağlı kritik xəbərdarlıq: "Bizim köməyimizə arxalanmayın"
ABŞ-dən vətəndaşlarına kritik xəbərdarlıq gəlib.
ABŞ İsrailə və işğal altındakı İordan çayının qərb sahilinə səyahət xəbərdarlığını 3-cü səviyyəyə qaldırıb. Vətəndaşlarına ehtiyac olmadıqca bu bölgələrə getməmək barədə xəbərdarlıq edib.
Bu barədə ABŞ Dövlət Departamentindən açıqlama verilib.
Bildirilib ki, İsrail və işğal altındakı İordan çayının qərb sahili üçün səyahət xəbərdarlığı terrorizm, vətəndaş itaətsizliyi və silahlı qarşıdurma səbəbi ilə "Səyahətinizi nəzərdən keçirin" mənasını verən 3-cü səviyyəyə yüksəldilib. Blokada altındakı Qəzza zolağı üçün isə "Səyahət etməyin" mənasını verən 4-cü səviyyə xəbərdarlığı qüvvədə saxlanılıb.
"Terrorçu qruplar, təkbaşına hərəkət edən terrorçular və digər zorakı ekstremistlər İsrail, İordan çayının qərb sahili və Qəzzada hücumların planlaşdırılmasına davam edirlər. Terrorçular və zorakı ekstremistlər turistik məkanlar, nəqliyyat mərkəzləri, bazarlar/ticarət mərkəzləri və yerli hökumət obyektlərini hədəf ala və xəbərdarlıq etmədən zərbə endirə bilərlər", - deyə bununla bağlı açıqlamada bildirilib.
Açıqlamada Qəzza zolağında vəziyyətin təhlükəli və qeyri-sabit olduğu vurğulanıb.
Həmçinin Qəzza ilə İsrail və Misir arasındakı sərhəd keçidlərinin də bağlana biləcəyi ifadə edilib və bölgəyə səfər edəcəkləri təqdirdə vətəndaşlara qeyri-müəyyən müddətə orada qalmağa hazır olmaları ilə bağlı xəbərdarlıq edilib.
Səyahəti düşünən insanlara çağırış edilib ki, Qəzza zolağına girib-çıxış planlarında ABŞ hökumətinin köməyinə arxalanmasınlar.
Eyni zamanda İsrail və işğal altındakı İordan çayının qərb sahili üçün ABŞ hökuməti işçilərinin işdənkənar səyahətlərinin də məhdudlaşdırıldığı qeyd edilib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 691 Tarix: 12 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hörmüz boğazında neft tankerinə hücum edilib
Avropa mediasının Böyük Britaniya Dəniz Ticarət Ofisinə (UKMTO) istinadən verdiyi məlumata görə, neft tankeri Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. xəbər verir ki, məlumata görə, gəmidə yanğın baş verib. Başqa heç bir təfərrüat bildirilməyib. Neft dağılmasının baş verib-verməməsi barədə hələli
2 oktyabrİqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30 sentyabrAB Ukraynaya daha 2,9 milyard avro ayırdı
Avropa Komissiyası "Ukraine Facility" mexanizmi çərçivəsində Ukraynaya 2,9 milyard avro məbləğində növbəti tranşı ayırıb. xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb. Məlumata görə, vəsaitin bir hissəsi 90 milyard avro həcmində dəstək krediti hesabına təmin edilib. Qeyd edə
2 oktyabrUkrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirib
Ukrayna dronları Samara bölgəsinə hücum edib və səhər tezdən hakimiyyət orqanları raket təhlükəsi elan etdi və bölgə sakinlərini sığınacaq axtarmağa çağırıb. xəbər verir ki, bu fonda Samarada ictimai nəqliyyat dayandırılıb. Həyəcan siqnalının bitdiyini bir neçə saat sonra, Moskva vaxtı ilə səhər saa
2 oktyabrFinlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır
Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib
2 oktyabrTürkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir
1 oktyabrRus ordusu Xarkovun 3 kəndini işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Nesternoye, Rublenoye və Vısokoya Yaruqa yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
1 oktyabr