İsrail Müdafiə Qüvvələri təsdiqlədi: HƏMAS yaraqlıları uşaqların başlarını kəsiblər
Fələstin hərəkatının və 2007-ci ilin iyul ayından Qəzza zolağında hökmranlıq edən HƏMAS təşkilatının silahlıları Beeri kibutsunda (İsraildə sosial prinsiplər əsasında qurulmuş kənd təsərrüfatı icması - red.) yəhudi körpələrin başlarını kəsiblər.
Bu yer Qəzza zolağı ilə sərhəddə yerləşir.
Baş verən bu faciəni İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Conatan Konrikus təsdiqləyib.
"Hərbçilər əminliklə deyə bilərlər ki, şənbə günü Beeri kibutsuna hücum edən HƏMAS yaraqlıları körpələrin başını kəsiblər", - deyə Conatan Konrikus bildirib.
Qeyd edək ki, HƏMAS silahlılarının oxşar hərəkətləri barədə daha əvvəl İsrail hökumətinin nümayəndələri və bu dövlətin hərbi qulluqçuları da danışmışdılar. Lakin İsrail Müdafiə Qüvvələrinin nümayəndələri bəzi KİV-də yayılan bu açıqlamaları təkzib etmişdilər. Baş verən faciənin təfərrüatı, eləcə də bu qəbildən faktlar barədə rəsmi şəxslərdən hər hansı təsdiq gəlməmişdi.
Bununla belə, dünya mediasında da İsrail əsgərlərinin ölkənin cənubunda qadın və uşaqların öldürüldüyü qətliam barədə verdikləri məlumatlar dərc edilmişdi. Həmin məlumatlarda Kfar-Az kibutsunda körpələr də daxil olmaqla 200-dən çox başı kəsilmiş cəsədin aşkar edildiyi iddia olunurdu./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 958 Tarix: 12 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranda dolların məzənnəsi rekord həddə çatıb
İranda dolların məzənnəsi tarixi maksimumu yeniləyib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Bildirilir ki, dekabrın 28-də dolların məzənnəsi 141 550 tümənə çatıb. Avronun məzənnəsi 164 520, funt sterlinqin məzənnəsi isə 188 540 tümənə çataraq rekordlar
28 dekabr 2025Tramp BMT-ni sülhün qorunmasına kömək etmədiyinə görə tənqid edib
ABŞ Prezidenti Donald Tramp BMT-nin Ukrayna böhranının həllində kifayət qədər fəal olmadığını bildirib. "Report"un məlumatına görə, müvafiq yazı Amerika liderinin "TruthSocial" səhifəsində yerləşdirilib. O vurğulayıb ki, qlobal təşkilat daha çox təşəbbüs göstərməlidir. Ağ Evin rəhbər
28 dekabr 2025Putin ölkə liderlərini Yeni il münasibətilə təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampı və bir sıra digər xarici ölkə liderlərini Milad bayramı və Yeni il münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti Telegram kanalında məlumat yayıb. Məlumatda qeyd olunur ki, Vladimir Putin xarici dövlət və hökumə
30 dekabr 2025Kim Çen In ictimai tədbirlərin sayına görə rekord vurdu
Şimali Koreya lideri Kim Çen In 2025-ci il ərzində çox sayda ictimai tədbirdə iştirak edib. O, tədbirlərin sayına görə son doqquz ilin rekordunu qırıb. -ya istinadən xəbər verir ki, Şimali Koreyanın dövlət mediası Kim Çen Inın iştirakı ilə 131 ictimai tədbiri qeydə alıb. Bu, 2016-cı ildən bəri ən yüksə
28 dekabr 2025