Hacıqabulda beş nəfərin ölümünə səbəb olan dəhşətli yanğınla bağlı cinayət işi AÇILDI - YENİLƏNİB + VİDEO

Hacıqabulda beş nəfərin ölümünə səbəb olan dəhşətli yanğınla bağlı cinayət işi AÇILDI - YENİLƏNİB + VİDEOOktyabrın 12-də saat 01 radələrində Hacıqabul rayonunun Navahı qəsəbəsində taxta konstruksiyalı barak tipli yaşayış yerlərində yanğın baş verməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, hadisə nəticəsində 5 nəfər şəxs - 1944-cü il təvəllüdlü Mütəllim Məmmədov, 1952-ci il təvəllüdlü Sara Abışova, 1981-ci il təvəllüdlü Aybəniz Abışova, 2010-cu il təvəllüdlü Zəhra Sadıqova və 2012-ci il təvəllüdlü Elgün Sadıqov ölüb, 1 nəfər şəxs - 1963-cü il təvəllüdlü Şölə Həsənova xəsarət alıb.

11:43

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Hacıqabulun Navahı qəsəbəsində baş verən yanğın zamanı xəsarət alanlarla bağlı açıqlama verib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 12-də saat bir radələrində Hacıqabul rayonunun Navahı qəsəbəsində taxta konstruksiyalı barak tipli yaşayış yerlərində yanğın baş verməsi barədə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə məlumat daxil olub:

"Baş verən yanğın nəticəsində xəsarət alan bir nəfər (qadın) sol-said nahiyəsinin birinci dərəcəli termiki yanığı diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Ona xəstəxanada ilk tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

11:25

Hacıqabulun Navahı qəsəbəsində baş verən yanğınla bağlı bəzi detallar məlum olub.

Oxu.Az-ın məlumatına görə, yanğın gecə saatlarında Hacıqabul rayonunun Navahı qəsəbəsində 80 yaşlı Mütəllim Mahmudovun taxta konstruksiyadan ibarət barak tipli yaşayış evində başlayıb.

Daha sonra yanğın digər evə də keçib.

Nəticədə ikisi azyaşlı olmaqla beş nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Hacıqabul rayonunun Navahı qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın nazirliyin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Güclü yanğın nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

06:59

Hacıqabulun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş verən güclü yanğın nəticəsində beş nəfər həyatını itirib, daha iki nəfər xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla beş nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.

Yanğın zamanı müxtəlif dərəcəli xəsarətlər alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3174   Tarix: 12 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb

Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye

20 sentyabr
.

Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO

Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur

20 sentyabr
.

Göygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir

Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl

20 sentyabr
.

Masajist əlavə yolpulu istədi, müştəri onu təhqir edərək evdən qovdu - VİDEO

Türkiyədə evinə 5 min lirə qarşılığında masaj üçün çağırdığı qadının əlavə yolpulu istəməsinə əsəbiləşən şəxsin davranışı kameraya düşüb. xarici mediaya istinadla xəbər verir ki, razılaşdırılan məbləğdən əlavə yolpulu tələb edilməsi tərəflər arasında mübahisəyə səbəb olub. Masajist baş verənlərə etira

29 sentyabr
.

"Daş abidə" parkının yerini kim alıb? - Anar Quliyev icazə verib?​

Ərazi hasarlanıb, "Daş abidə" parkı yerlə yeksan olunub.  . Bizimesr.media xəbər verir ki, söhbət Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Fərhad Babayev küçəsində tikilən böyük obyektdən gedir. Həmin ünvanda əvvəllər "Daş abidə"nin yerləşdiyi kiçik park olub. Uzun illər baxımsız vəziyyətd

26 sentyabr
.

Bakıda açıq ərazidə YANĞIN BAŞLADI

Paytaxtın Xətai rayonunda, "NZS" ərazisində təkər tullantıları yığılmış anbarda yanğın başlayıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hazırda yanğın baş vermiş əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınl

25 sentyabr
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

30 sentyabr
.

Sabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb

Sabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sabunçu rayonunda tikilməkdə olan evlərdən dəyəri 100 manat olan elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfində

26 sentyabr
.

Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri

2 oktyabr