"Daş abidə" parkının yerini kim alıb? - Anar Quliyev icazə verib?
Ərazi hasarlanıb, "Daş abidə" parkı yerlə yeksan olunub.
Bizimesr.media xəbər verir ki, söhbət Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Fərhad Babayev küçəsində tikilən böyük obyektdən gedir. Həmin ünvanda əvvəllər "Daş abidə"nin yerləşdiyi kiçik park olub. Uzun illər baxımsız vəziyyətdə qalan ərazidə təxminən bir ay əvvəl abadlıq işlərinin aparılacağı bildirilsə də, sonradan burada ictimai-iaşə obyektinin tikintisinə başlanılıb.
Hazırda ərazi hasarlanıp, sürətli tikinti işləri gedir. Tikintinin qarşısında obyektin sifarişçisi, təyinatı və tikintiyə icazə barədə məlumatların əks olunduğu hər hansı lövhə yoxdur. Ərazidə konkret olaraq hansı obyektin tikildiyi də məlum deyil. Məlumata görə, burada avtomobillərin təmiri üçün sexlər, yuxarı mərtəbələrdə isə kafe, restoran olacaq.
Bizimesr.media bildirir ki, sözügedən tikinti ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğular göndərilib.
Lakin material hazırlanarkən qurumlardan sorğulara cavab daxil olmayıb. Digər tərəfdən, ərazidə əvvəllər parkın olması və hazırda həmin sahədə tikinti aparılması ilə bağlı suallar yaranır.
Əcəba, Fərhad Babayev küçəsində "Daş abidə"nin yerləşdiyi parkın ərazisində nə tikilir? Bu tikintiyə hansı qurum tərəfindən icazə verilib? Həmçinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin bu tikinti ilə bağlı hər hansı məlumatı və ya əlaqəsi varmı? Məsələ ilə bağlı aidiyyəti qurumların və Anar Quliyevin mövqeyini dərc etməyə hazırıq. Görüntüləri buradan izləyə bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 684 Tarix: 26 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Gecə saatlarında fermaya daxil olan ac qurd sürüsü həyətdəki itə hücum edib. xarici mediaya istinadla xəbər verir ki, hadisə yaşayış məntəqəsinə yaxın ərazidə yerləşən fermalardan birində baş verib. Gecə yarısı ac qaldıqları ehtimal edilən qurdlar ferma ərazisinə daxil olaraq həyətdəki itə yaxınlaşıblar
23 sentyabrBakıda valideynləri dalaşan qız ölümdən döndü
Bakıda valideynlərinin dalaşdığını görən yeniyetmə qız kimyəvi maddə içib. -ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki mənzillərdən birində baş verib. 1968-ci il təvəllüdlü Mahir Əsədov (ad və soyad şərtidir) içkili vəziyyətdə evə gəlib. O, evdə həyat yoldaşı ilə mübahisə edib
26 sentyabrQadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
İzmirin Karşıyaka rayonunda fəaliyyət göstərən idman salonunun duş bölümündə gizli kamera obyektivi aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə "SlimShape" adlı idman salonunda baş verib. Duşdan istifadə edən H.C. adlı qadın müştəri ərazidə gizli kamera obyektivini görərək on
21 sentyabrSabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrİtkin düşən 5 nəfər ötən gün tapılıb
İtkin düşən 5 nəfər ötən gün tapılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirib ki, sentyabrın 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfə
26 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrCəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır
17 sentyabrLaçında traktor minaya düşdü
İşğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində sentyabrın 25-də mina partlayışı hadisəsi baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili
26 sentyabr