" Ailələr fərdlərdən, cəmiyyətlər ailələrdən formalaşır" - DEPUTAT
Hər gün xəbər saytlarına baxarkən rastlaşdığımız xəbərlərdən biri də məişət zorakılığı zəminində baş verən hadisələrdir. Ərin arvadı və ya arvadın əri qətlə yetirməsi demək olar ki, hər gün baş verən hadisələrdəndir. Əlavə olaraq zaman-zaman qaynana ilə gəlin və ya qayınata ilə gəlin arasında münaqişələrin baş verməsi halları da az deyil.
"Cəmiyyətdə ictimai münasibətlər zəminində qarşıdurma halları artmaqdadır. Məsuliyyətə gəldikdə isə hesab edirəm hadisələrin baş vermə səbəblərindən asılı olaraq günah və ya səhv yalnız bir tərəfdə olmur. Əvvəlki dövrlərdə qayınata ilə gəlin arasında münaqişə demək olar ki, yox səviyyəsində idi. Gəlinlər öz qayınatalarına öz ataları kimi, qayınatalar isə gəlinlərinə öz qızları kimi yanaşardılar. İndi isə sanki qayınatalar qayınanalar ilə münasibətlərin kəskinləşməsində yarışa giriblər.Əvvəllər valideynlər qızlarına deyərdilər: "Getdiyin evdən yalnız meyitin çıxa bilər". İndi isə ən kiçik anlaşılmazlıq baş verdikdə hamıdan əvvəl valideynlər prosesə qoşularaq neçə-neçə ailənin dağılmasına səbəb olurlar".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, görünən isə odur ki, cəmiyyətdə bir çox sahələrdə müşahidə olunan mənəvi aşınma özünü ailə münasibətlərində də göstərir.
"Kimsə deyə bilər ki, hər zaman bütün cəmiyyətlərdə belə hadisələr olub olacaq. Ancaq düşünürəm ki, ölkəmizdə belə hallar və hadisələr sürətlə artmaqdadır. Baş verənlər gələcəkdə vəziyyətin daha pisləşəcəyini, ictimai münasibətlərin daha da gərginləşəcəyini göstərir. Bunu hamımız bilir və görürük. Hesab edirəm bu böhranın daha da dərinləşməməsi üçün hər birimiz daha çox çalışmalı, ailələr təlim-tərbiyə işinə daha çox önəm verməlidirlər. Ailələrdə, məktəblərdə bu mövzularda geniş təbliğat, maarifləndirmə işləri aparılmalıdır.
Bu gün hər bir Azərbaycan ailəsinin övladının təhsilli olmasına önəm verməsi çox sevindirici və qürurvericidir. Ancaq hesab edirəm biz təhsil qədər tərbiyə işinə də önəm verməliyik. Təhsillə bərabər tərbiyə işi də çox önəmlidir. Bizə yalnız təhsilli yox, həm də tərbiyəli gənclik lazımdır. Cəmiyyətləri ayaqda saxlayan həm də onların dəyərləridir. Ailələr fərdlərdən, cəmiyyətlər ailələrdən formalaşır. Dəyərlərini itirən cəmiyyətlər gələcəyə nikbin baxa bilməzlər. Dəyərlərimizi və ailələrimizi göz bəbəyimiz kimi qorumalıyıq".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 635 Tarix: 17 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların
2 oktyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrMəktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı
Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey
2 oktyabrBu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabr