Ölkəmizdə elektromobil sahibləri hansı problemlərlə üzləşirlər? - ARAŞDIRMA

Ölkəmizdə elektromobil sahibləri hansı problemlərlə üzləşirlər? - ARAŞDIRMADünyada və Azərbaycanda elektromobillərə maraq artır. Hər il ölkəyə idxal olunan elektriklə işləyən avtomobillərin sayında sürətli artım müşahidə edilir. Lakin şarj aparatları (enerji doldurma aparatları) ilə bağlı problemlər hələ də qalmaqdadır. Bəzi küçələrdə səkilərə belə aparatlar quraşdırılıb. Lakin yolun kənarında saxlanılan maşınlar elektrik avtomobillərinə şarj aparatından istifadə etməyə imkan vermir. Bəs enerji doldurma aparatları harada quraşdırılmalıdır? Ölkəmizdə elektromobil sahibi olanlar başqa hansı problemlərlə üzləşirlər?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bakıda problemlər həllini tapır

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının nümayəndəsi Eyyub Əliyev bildirib ki, bu sahədə əsas problem rayonlardadır:

"Ən böyük problemlərdən biri enerji doldurma məntəqələri ilə bağlıdır. Bakıda ticarət mərkəzlərində, bir çox restoranlarda, hətta yeni yaşayış komplekslərinin dayanacaqlarında özəl sektor nümayəndələri tərəfindən şarj məntəqələri quraşdırılıb. Yanacaqdoldurma məntəqələrində enerji doldurma stansiyaları da fəaliyyət göstərir. Əsas problem bölgələrə gedərkən yolüstü məntəqələrin olmaması, yaxud məhdudluğudur. Bakıda bu problem həllini tapır. Yanacaqdoldurma məntəqələrinin demək olar ki, hamısında bu aparatlar var".

E.Əliyevin sözlərinə görə, küçədə quraşdırılan aparatlara nəzarət etmək mümkün deyil:

"Elektrikli avtomobillərin çox istifadə olunduğu xarici ölkələrə baxdıqda, orada da küçələrdə kiçik şarj məntəqələri quraşdırılır. Ticarət mərkəzilərində, böyük tikinti layihələrinin dayanacağında xüsusi yerlər ayrılıb. Kənar maşınların orada saxlamamasına nəzarət olunur. Amma küçədə quraşdırılan aparata nəzarət mexanizmi bir az çətindir".

Özəl sektor daha çox maraqlı oldu

E.Əliyev bildirib ki, aparatların sayı ilə bağlı rəsmi statistika yoxdur:

"Bu iş tam dövlət tərəfindən həyata keçirilmir. Ona görə, qurumlarda statistika da olmur. Kimsə bina tikib, kompleksin dayanacağına aparat yerləşdiribsə, heç bir quruma məlumat təqdim etmir. Aparatların quraşdırılmasını dövlətdən gözləyirdik. Amma özəl sektor daha çox maraqlı oldu".

Müsahibimiz qeyd edib ki, dövlət tərəfindən də layihələndirmə işləri gedir:

"Gələn ilin əvvəllərində artıq dövlət tərəfindən quraşdırılan məntəqələri də çox sayda görə bilərik. Layihələndirən qurum qərar verəcək ki, harada yerləşdirmək lazımdır. Əsas məqsəd kifayət qədər doldurma məntəqəsinin olmasıdır".

"Vətəndaş aldığı avtomobillə problem yaşamaq istəmirsə..."
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, ölkəmizdə heç bir ehtiyat hissəsi, servis xidməti olmayan maşınları gətirməyə ehtiyac yoxdur:

"Elektromobil doldurma məntəqələrinin azlığı problemini həll etmək üçün ötən il dövlətin qərarı ilə ölkəmizə idxal olunan enerji doldurma məntəqələrində istifadə olunan avadanlıq və cihazlar bütün gömrük rüsumlarından azad edildi. Bu qərar sahibkarlar həmin aparatları alsınlar, məntəqələrin sayı artsın deyə verilib. Əgər vətəndaş aldığı avtomobillə problem yaşamaq istəmirsə, ilk növbədə ölkəmizə gətirilməsinə icazə verilən, servisi, ehtiyat hissələri olan nəqliyyat vasitəsini almalıdır".

Ən çox problem rayonlardadır

Elektromobil və onun avadanlıqlarını satan Fəxri Axundov isə bildirib ki, elektrik mühərrikli avtomobil sürən şəxslər texniki olaraq 2 problemlə üzləşirlər:

"Birincisi, elektrik xəttinin parkinq yerinə çəkilməsi ilə bağlıdır. Ya parkinq yeri yoxdur, ya da yer var, amma elektrik çəkilməsinə MTK-lar icazə vermir. Maşın rahat enerji yığa bilsin deyə, parkinq yeriniz olmalıdır. Çünki elektromobil yanacaqdoldurma məntəqələri daimi istifadə üçün nəzərdə tutulmayıb. Hər binada isə belə şərait olmur. Bəzisində isə şərait var, lakin bina rəhbərliyi xəttin çəkilməsi ilə razılaşmır. Xarici ölkələrin qanunvericiliyində belə bir qayda var ki, yeni tikilən binalarda elektromobillərin enerji doldurması üçün yerlər olmalıdır. Həmçinin, qanun yanacaqdoldurma məntəqələrini də məcbur edir ki, maşınların enerji şarjı üçün şərait yaratsınlar. Bizdə isə bunlar mövcud deyil. İkinci problem isə rayonlarda doldurma məntəqələrinin olmamasıdır. Bakıda isə çatışmazlıq stansiyaların az olmasıdır".

Stansiyalarda növbə gözləmək çətinliyi

F.Axundov bildirib ki, insanlar cüzi bir xərc çəkərək özlərinə doldurma stansiyası yarada və maşınlarını rahatlıqla şarj edə bilərlər:

"Maşınların sayına görə aparatlar yetərli deyil. Həmin stansiyalara axşam getsəniz, görəcəksiniz ki, hamısında növbələr olur. Bəzi elektromobil istifadə edənlər buna məcburdurlar, çünki başqa şəraitləri yoxdur. Elə insanlar var ki, 3-5 gündən bir gedib stansiyalarda saatlarla maşınlarının şarj olmasını gözləyirlər. İkinci bir variant isə, əgər parkinq yeriniz varsa, özünüzə stansiya yaratmaqdır. Amma bir çox sürücülər bunun üçün pul xərcləmək istəmirlər. Elektromobilin doldurma üsulu fərqlidir. Benzin kimi tez doldurub, sürüb getmək mümkün deyil. Çünki bu maşınların batareyası böyük enerji tələb edir. O enerjini heç bir doldurma məntəqəsindən almaq mümkün deyil. Bu, saatlarla vaxt tələb edir. Dünya ölkələrində də bu maşınları istehsal edən şirkətlər tövsiyə edir ki, parkinq yerlərində stansiyalar quraşdırın. Burada özünüzə doldurma məntəqəsi yaratmış olursunuz. Axşamdan səhərə qədər maşınınız enerji yığır".

50 manat cərimə tətbiq edilsin

Parklanma yerlərində quraşdırılan aparatlara da toxunan müsahibimiz qeyd edib ki, cərimələr olsa, belə hallar yaşanmaz:

"Əgər parklanmaya icazə verilirsə, orada aparatın quraşdırılması mümkündür. Lakin bu, qanunvericilik ilə tənzimlənməlidir. Elektromobil doldurma aparatlarının qarşısında daxili yanma mühərrikli maşınların saxlanılması qadağan edilməlidir. Adi parkinq qaydalarının pozulması 20 manatdırsa, o qadağa üçün cəza 50 manat olmalıdır".

F.Axundovun sözlərinə görə, Azərbaycanda olan yanacaqdoldurma məntəqələrində əgər hərəsində heç olmasa, 2 tapançalı 1 stansiya olsa, bu, bütün elektromobil istifadəçilərinə artıqlaması ilə kifayət edər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 682   Tarix: 15 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr