Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMAKənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağı qiymətə satmağa məcbur qalırlar. Nəticədə kəndlidən ucuz qiymətə alınan məhsul bazar və marketlərdə dəfələrlə baha qiymətə istehlakçıya təqdim olunur.

Problem illərdir mediada gündəmə gətirilsə də, kəndlinin məhsulunu öz qiymətinə satmasına imkan verən effektiv mexanizmlərin formalaşdırılması məsələsi hələ də müzakirə mövzusudur. Bəs kəndlinin zəhmətlə yetişdirdiyi məhsulun qiymətini müəyyənləşdirməsinə mane olan əsas amil nədir? Soyuducu anbarların çatışmazlığı, vasitəçilər, satış kanalları, yoxsa bazardakı digər amillər?
Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, burada söhbəti bir nəfərdən və ya konkret qurumdan çox, kəndlidən istehlakçıya qədər formalaşmış bazar zəncirindən getdiyini düşünürəm. Kəndlinin məhsulunu birbaşa marketə çıxara bilməməsinin əsas səbəbləri soyuducu və anbar infrastrukturunun çatışmazlığı, logistika xərcləri, məhsulun standartlaşdırılması və qablaşdırılması, market şəbəkələrinin təchizat tələbləri, həmçinin kəndlinin bazarlıq gücünün zəif olmasıdır.

Kəndlinin əsas problemi odur ki, məhsulu yetişəndə satmalıdır. Onun məhsulu uzun müddət saxlamaq üçün soyuducusu yoxdursa, alıcının qarşısında seçim imkanları azalır. Bu vəziyyətdə məhsulu tez satmağa məcbur olur və vasitəçi onun bu zəif mövqeyindən istifadə edərək qiyməti aşağı sala bilir. Məhsul şəhərə çatdıqda isə nəqliyyat, çeşidləmə, itki, anbar, topdansatış və pərakəndə marjaları qiymətin üzərinə əlavə olunur. Nəticədə kəndlinin ucuz satdığı məhsul Bakıda istehlakçıya xeyli baha başa gəlir.

Ona görə kəndlinin öz məhsulunu marketə istədiyi qiymətə çıxara bilməməsinin arxasında mütləq "gözəgörünməz bir güc" axtarmaq düzgün yanaşma deyil. Burada daha çox fermerin bazara çıxış imkanlarının zəifliyi və təchizat zəncirində bazarlıq gücünün qeyri-bərabər bölüşdürülməsi problemi var. Kəndli pərakəndə satış bazarına birbaşa çıxmaq istəyirsə, məhsulun həcmi, keyfiyyət standartları, qablaşdırma, fasiləsiz tədarük və logistika kimi tələbləri də yerinə yetirməlidir. Tək bir fermerin bunları təmin etməsi isə çox vaxt çətin olur.

Problemin illərlə həll olunmamasının əsas səbəblərindən biri də kənd təsərrüfatında istehsalın artırılmasına daha çox diqqət verilməsi, məhsulun istehsaldan sonrakı mərhələsinin isə eyni səviyyədə inkişaf etdirilməməsidir. Fermerə "daha çox istehsal et" deməklə məsələ bitmir. Məhsulun saxlanması, çeşidlənməsi, qablaşdırılması, daşınması və satışının təşkili də istehsal qədər vacibdir.

Əgər məqsəd kəndlinin məhsulunu daha əlverişli qiymətlə satmasını təmin etməkdirsə, rayonlarda soyuducu anbarların və logistika mərkəzlərinin genişləndirilməsi, fermer kooperativlərinin gücləndirilməsi, elektron fermer-bazar platformalarının yaradılması və market şəbəkələrinin yerli istehsalçıdan birbaşa alış imkanlarının artırılması daha real həll yollarıdır. Əks halda kəndli məhsulu yetişdirir, amma qiyməti müəyyən edən tərəf çox vaxt məhsulu istehsal edən deyil, onu sonrakı mərhələlərdə bazara çatdıran iştirakçılar olur.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 275   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Mənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

30 sentyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr