"Xankəndində bayrağımızın ucaldılmasını seyr edən hər bir şəxs qürur və sevinc hisləri keçirir" - DEPUTAT

"Xankəndində bayrağımızın ucaldılmasını seyr edən hər bir şəxs qürur və sevinc hisləri keçirir" - DEPUTAT"15 oktyabrda Xankəndində Azərbaycan dövlət bayrağının dalğalandırılması xalqımızın son 30 illik arzusunun həyata keçməsidir. 20 il əvvəl həmin tarixdə öz çiyninə məsuliyyətli və şərəfli bir vəzifəni götürən ölkə başçımız bu günü vəd etmişdi. 20 ildən sonra eyni gündə ölkə başçımız vədinə sadiq qalaraq bayrağımızı Xankəndində ucaltdı".

Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.

Deputat qeyd edib ki, dünən cənab prezidentin İlham Əliyevin xalqımıza yaşatdığı sevinc hissləri sözlə ifadə olunası deyil:

"Xankəndində bayrağımızın ucaldılmasını seyr edən hər bir şəxs qürur və sevinc hisləri keçirir. Bayrağımızın Xankəndində dalğalandırılması Ulu Öndər Heydər Əliyevin 100 illiyində baş verir. Ümumimilli Lider Heydər Əliyev Qarabağa qayıdacağımızı hər zaman deyirdi. 1 oktyabr 2003-cü ildə xalqa çağırış edərək "Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev baş çatdıra biləcək" demişdi. 15 oktyabrda Xankəndində bayrağımız dalğalandırması Ümummili Liderin ən böyük arzusunun reallaşması deməkdir".

Deputat vurğulayıb ki, bayrağımızın Xankəndində dalğlanadırılması üçün çətin, əzablı və şərəfli bir yol keçməli olduq:

"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi və siyasi müstəqilliyə nail olunması bu günki qələbəni yaşamağımıza yol açdı. Azərbaycan inkişaf etdi, gücləndi, dünyada mövqelərini möhkəmlətdi, haqq sözünü dünyaya qəbul etdirdi və döyüş meydanında torpaqlarını erməni işğalında azad etdi. Bu gün Azərbaycanın bütün ərazilərində suverənlik təmin edilmişdir. Hər yerdə bayrağımız dalğalanır. Azərbaycan bayrağı sülh, inkiaf və intibah gətirir. Üç ildir ki, bayrağımız işğaldan azad olunmuş ətrazilərdə dalğalandıqca bu ərazilərə sülh inkişaf və yenidən həyat qayıdır. Artıq ərazilərimizdə boz zonalar yoxdur. Xankəndi də bayrağımızın altında sülh və sabitlik məkanı olacaq. Xankəndi də inkişafa qovuşacaq və vətəndaşlarımız qayıdaraq təhlükəsizlik şəraitində həyatlarına davam etdirəcəklər. Bütün bu uğurlara "Nəyi, necə və nə zaman etməyi yaxşı bildiyi" Prezident İlham Əliyevin sayəsində nail olmuşuq. Allah Prezidentimizi qorusun! Yaşasın müstəqil, gücül Azərbaycan!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 764   Tarix: 16 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr