"Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması Zəfərimizin ən şanlı səhifəsidir" - DEPUTAT
"Azərbaycanda Qarabağdakı silahlı erməni birləşmələrinə qarşı lokal anti-terror əməliyyatlarını uğurla başa çatdırmaqla və bölgədəki qondrama rejimin təslim edilməsinə nail olmaqla Xankəndinin tamamilə mərkəzi hakimiyyətə tabe olmasını təmin etdi".
Bunu Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, artıq Xankəndində Azərbaycanın inzibati sturukturlarının, icra və idaretmə qurumlarının fəaliyyətinin bərqərar edilməsidə təmin edilir:
"Prezident İlham Əliyevin Xankəndi şəhərinə səfər etməsi Azərbaycanın Dövlət Bayrağını ucaltması 3 il əvvəl qazanılmış Zəfərin ən şanlı səhifəsidir. Bu gün təsadufi deyil və Prezident İlham Əliyev Xankəndiyə, Xocalıya, Əsgərana, Xocavəndə və Ağdərəyə bayraq sancaraq, Azərbaycanın suverenliyinin tam bərpa edilməsini rəsmiləşdirməsinin 15 oktyabra təsadüf etməsi siyasi məna daşıyır. Bu gün Azərbaycanın suverenliyinin bərpası günü olaraq tarixə düşdü.
Oktybarın 15-i tarixi bir gün kimi Azərbaycanın şanlı və qürurulu səhifəsidir. 20 il əvvəl Azərbaycanının dövlət başçısı seçilən Cənab İlham Əliyev bu tarixi günü Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırmaqla tamamilə ərzai bütövlüyünü və legitim suverenliyini təmin etmiş Azərbaycanın yenilməz sərkərdəsi olduğunu bir daha təsdiq etdi. O, bununla da 20 il ərzində verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri layiqincə icra etdiyini sübuta yetirdi.
A.Hüseynov söyləyib ki, Cənab İlham Əliyevin tarixdə əbədi qalacaq bu addımları separatçı rejimlərin sonununu da gətirib və indi Xankəndi, Ağdərə, Əsgəran və s. ərazilərimizdə sülh və dinc həyat, əmin-amanlıq başlayıb. Bölgədə yaşayan ermənilər Azərbaycan vətəndaşları kimi eyni hüquq və təminatlarla əhatə olunurlar. Onlar üçün yaşadıqları ərazilərdə zəruri infrastrukturların bərpası, komminikasiyalarn yenidən qurulması, müxtəlif sosial və iqtisadi obyektlərin inşası həyata keçiriləcək. Azərbaycan vətəndaşları olan ermənilərin yaşadığı ərazilərdəki problemlərin həlli, o cümlədən bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi təmin edilir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Azərbaycanda dörd qanun ləğv ediləcək
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video