Azərbaycanda DƏHŞƏT: Qızı başqası ilə qaçdığına görə oğlunu QƏTLƏ YETİRDİ

Azərbaycanda DƏHŞƏT: Qızı başqası ilə qaçdığına görə oğlunu QƏTLƏ YETİRDİXırdalan şəhərində 1965-ci il təvəllüdlü Həmid oğlu Samiri (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Həmid qızı Sevilin başqa şəxslə uzun illər ər-arvad münasibətində olmasına baxmayaraq, əslən Beyləqan rayonundan olan hərbi qulluqçu Vasiflə yaxın münasibət saxlamasından, qızının sonuncuya ailə qurmaq niyyəti ilə qoşularaq getməsindən xəbər tutub.

Həmid qızını Beyləqan rayonundan geri qaytarmasına baxmayaraq, Sevilin yenidən Vasifə qoşularaq qaçmasına əngəl olmaq üçün oğlunun lazımi səy göstərməməsi qənaətinə gəlib.

19 iyun 2022-ci il saat 22 radələrində yüngül dərəcəli sərxoş vəziyyətində evə gəlmiş oğlu ilə bu zəmində mübahisə edən zaman anası və arvadı ona tərəfkeşlik edib.

Həmid oğlu Samiri öldürmək qərarına gəlib. Mətbəxdən bıçaq götürüb və yataq otağına getmək istəyən Samirin əvvəlcə kürəyinə bir, ona tərəf dönən oğlunun boyun nahiyəsinə daha bir xəsarət yetirib. Samir aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Həmidin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həmid ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qızı Sevilin ailəsi ilə problemləri olub: "Qızım Sadiqlə evli olub. Daha sonra rəfiqələrindən birinə aldanaraq Beyləqana getdi. Onu Beyləqandan yaşadığımız evə geri gətirdilər. Evdə Samirədən qızımın harada olduğunu soruşdum. Gəlin qızımın yenindən evdən getdiyini, oğlum Samirin onu yola saldığını bildirdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, oğlu Samirə zəng edib, bacısını evdən göndərməyinin yanlış hərəkət olduğunu, ailənin adına ləkə gətirdiyini deyib:

"Telefonda oğlumla mübahisə etdim. Telefon danışığından mənimlə Samirdən başqa heç kimin məlumatı olmayıb. Samir qızımın əri Sadiq və qardaşının axşam bizə gələcəyini bildirdi. Bir qədər sonra oğlum yenidən zəng edərək yalan danışdığını, Sadiqgilin axşam gəlməyəcəyini dedi, mənə öz bildiyini etməyə imkan vermədiyimə görə tənqid etdi. Oğlumla telefonda mübahisə etdikdən sonra evə gəldim.

Axşam saat 21:20-də Samir evə sərxoş halda gəldi. Heç ayaq üstdə belə dayana bilmirdi. Əyləşdikdən sonra mənə qarşı nalayiq təhqiramiz ifadə işlətdi. Mən də ona həddini aşmamasını söylədim".

Həmidin sözlərinə görə, Samir bayırda olarkən dörd nəfər tərəfindən döyüldüyünü, mobil telefonunun da əlindən alındığını deyib: "Ona inanmadım. Avtomobilimin açarlarını götürərək arvadımla birlikdə alışqanın işığında avtomobilin içərisini axtarmağa başladıq. Lakin telefonu avtomobildə tapa bilmədik.

Samir mənim telefonumdan öz mobil nömrəsini yığdı. Nömrəyə zəng çatmadı. Samir əsəbiləşərək anasına doğru yaxınlaşdı və anasını vurdu. Beləcə ara qarışdı".

Təqsirləndirilən şəxs qeyd edib ki, istintaq zamanı da ifadəsində bıçağı divandan tulladığını və Samirə dəydiyini bildirib: "Əsəbi olduğumdan bıçağı divandan Samirə doğru atdım. Əgər oğlumu bıçaqla qəsdən vursaydım, özüm hüquq-mühafizə orqanlarına müraciət etməzdim.

Samirə atdığım əşyanın heç bıçaq olduğunun fərqində olmamışam. Bıçağı mobil telefonu zənn etmişəm. Yalnız bıçağı atdıqdan sonra əlimdəki əşyanın bıçaq olduğunu bilmişəm".

Təqsirləndirilən ifadəsində göstərib ki, Samiri bıçaqla iki dəfə yox, bir dəfə vurub. Onun sözlərinə görə, Samir evə girəndə boğazı cırılıb, dörd nəfərlə dalaşaraq evə gəlib.

Həmid törətdiyi əməldən peşman olduğunu söyləyib.

O deyib ki, əvvəllər oğluyla münasibəti yaxşı olub: "Qızım Sevillə bağlı Samirlə aramızda problem yaranana kimi nə qızım, nə də oğlumla heç bir problemim olmayıb. Hadisəyə kimi evimizdə söz-söhbət olmayıb. Mən hadisə günü yox, hadisədən bir gün qabaq yeyib-içmişəm. Hadisə günü alkoqollu içki qəbul etməmişəm".

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, həyat yoldaşı Samirənin sözlərinə görə, hadisədən əvvəl də bir dəfə Samiri evdən götürərək gedib: "Həmid onda Samiri bıçaqlayaraq öldürmək istəyib. Bu səbəbdən biz bir müddət kirayədə qaldıq. Təxminən üç aydan sonra Samir valideynlərinə yazığının gəldiyini, evin tək oğlu olduğunu bildirdi və biz Həmidgilin yanına qayıtdıq.

Həmid həmişə Samirə zülm edib, kim ona nə deyirdisə, gələndə Samirlə münaqişə yaradırdı. Samirin harasa gedib-gəlməyini belə həmişə problem edib".

Hüquqi varis qeyd edib ki, hadisə gününə gəldikdə Samirin heç bir təqsiri olmayıb: "Axşam Samir evə çox sərxoş vəziyyətdə gəldi. Elə sərxoş idi ki, heç danışa bilmədi, o ki qaldı kiməsə cavab qaytarsın və ya onu təhqir etsin.

Münaqişə zamanı qayınatam Həmid qızı Sevilə görə əvvəlcə ərim Samirə fiziki xəsarətlər yetirdi. Onun başını qapı taxtasının üzərinə qoydu və başının üzərinə çıxdı. Samirə çox ağır fiziki bədən xəsarətləri yetirdi. Mənimlə qayınanam da Samiri onun əlindən ala bilmədik. Bəlkə bıçaqlanmasaydı belə, çox ağır şəkildə döyüldüyü üçün öləcəkdi.

Samiri birtəhər Həmidin əlindən alıb otağımıza doğru apardıq. Onu otağa doğru aparanda Həmid arxadan gələrək onu bıçaqla vurdu. Özü də arxadan iki dəfə vurdu. Samir Həmidə doğru çevriləndə boğaz nahiyəsinə bıçaqla xəsarət yetirdi".

Zərərçəkmiş bildirib ki, əri Samir spirtli içkiyə meyilli olmayıb: "Sadəcə, hadisə günü Samir davamlı olaraq Həmid tərəfindən təhqir olunduğu üçün çox içki içmişdi".

Samirə deyib ki, münaqişə Sevil evdən çıxaraq getməsinə görə yaranıb. O, təqsirləndirilən şəxslə barışmadığını qeyd edib: "Həmidin nə səbəbə Samirlə yola getmədiyini tam bilmirəm. Sevilin məsələsinə gəldikdə, o, ailəsi ilə birlikdə yaşamaq istəmirdi. Başqasına qoşulub qaçmışdı.

Daha sonra atası onu evə gətirdi. Bir neçə gün Sevil evdə qaldıqdan sonra Samirə evdən gedəcəyini, iki gün rəfiqəsinin uşaqlarına baxacağını bildirdi. Samir də bacısının getmək istədiyini görərək onu saxlamağın mümkün olmadığını başa düşdü. Bacısına icazə verməsə, onun evdən qaçacağını anladı. Bu səbəbdən də Samir Sevilə iki gün sonra evə qayıtması şərtilə evdən getməsinə razılıq verdi".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Həmid 17 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3002   Tarix: 16 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüat açıqlanıb. -a istinadən xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış:. "9 yaşlı bacısı is

29 oktyabr
.

Həmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş...

Dünən İsmayıllı rayonununun Balik kəndində ölümlə nəticələnən yol qəzası avtomobillərdən birinin nasaz vəziyyətdə olması səbəbindən baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Göyçay rayon sakini Yasər Mustafayev "VAZ"

17 oktyabr
.

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd

7 oktyabr
.

Ötən gün qəzada yaralanan sürücü vəfat etdi

Ötən gün Xəzər rayonunda baş verən qəzada yaralanan sürücü vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, Elmar Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobus Elçin Qədimovun idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub

8 oktyabr
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

1 oktyabr
.

Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq

Zaqatalada gübrə satışı ilə məşğul olan böyük firmalardan birinin anbardarı həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Anbarda

31 oktyabr
.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

5 oktyabr
.

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var

Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda

21 oktyabr
.

Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı

Abşeron rayonunda 21 yaşlı oğul anasını yandıraraq öldürüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli atası, anası və iki bacısı ilə bir evdə yaşayıblar. Məlumata görə, onun valideynləri arasında mütəmadi mübahisələr olub

5 noyabr