Yaqutu qətlə yetirən ərinin qardaşı danışdı - VİDEO
Xəbər verdiyimiz kimi, Yaqut Nəriman adı ilə tanınan 38 yaşlı müğənni ötən gün həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilib.
Axşam.az-ın məlumatına görə, Yaqutun bacısı, jurnalist Şəlalə Nəriman "Bizimləsən" verilişinə telefonla bağalanaraq, qətlin səbəbini açıqlayıb. O iddia edib ki, bacısının həyat yoldaşı narkotik aludəçisi olub:
"Deyirlər, başını kəsib. Bıçaq bir alnına, böyrünə dəyib. Əri narkotikə qoşulmuşdu, pis vərdişləri var idi, evə gəlmirdi. Aralarında işləmədiyinə görə söz-söhbət olurdu. Danışmırdılar, evə necə gəlib heç bilmirik".
Mərhumun qaynı Rasim isə "Günə son" proqramında qardaşı ilə bağlı iddiaları yalanlayıb:
"Qardaşım siqaret belə çəkmir, mümkün deyil narkotik istifadə etməsi. Əvvəl münasibətləri yaxşı idi, son vaxtlar yola getmirdilər. Qardaşım qısqanc idi, deyirdi, filan toya, şənliyə getmə. O da sözə baxmırdı. Məcburdular ki, desinlər qardaşım narkotik istifadə edir. Gedib öz səhvlərinə baxsınlar. Qardaşımın hər zaman pulu olub, qəşəng qazanıb. Onları başa saldıq, amma anlamadılar".
Qeyd edək ki, mərhum "Azəristar" yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 39 yaşlı Həşimov Anar Malik oğlu könüllü olaraq polisə gələrək təslim olub. O, saxlanılıb. İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2250 Tarix: 17 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüat açıqlanıb. -a istinadən xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış:. "9 yaşlı bacısı is
29 oktyabrHəmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş...
Dünən İsmayıllı rayonununun Balik kəndində ölümlə nəticələnən yol qəzası avtomobillərdən birinin nasaz vəziyyətdə olması səbəbindən baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Göyçay rayon sakini Yasər Mustafayev "VAZ"
17 oktyabrBakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd
7 oktyabrÖtən gün qəzada yaralanan sürücü vəfat etdi
Ötən gün Xəzər rayonunda baş verən qəzada yaralanan sürücü vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, Elmar Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobus Elçin Qədimovun idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub
8 oktyabrAnbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Zaqatalada gübrə satışı ilə məşğul olan böyük firmalardan birinin anbardarı həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Anbarda
31 oktyabrLerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda
21 oktyabrƏr-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı
Abşeron rayonunda 21 yaşlı oğul anasını yandıraraq öldürüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli atası, anası və iki bacısı ilə bir evdə yaşayıblar. Məlumata görə, onun valideynləri arasında mütəmadi mübahisələr olub
5 noyabr