Bütün ərazilərimizdə suverenliyimiz bərpa olunub, 15 oktyabr Azərbaycan Günü elan edilsin

Bütün ərazilərimizdə suverenliyimiz bərpa olunub, 15 oktyabr Azərbaycan Günü elan edilsinTarix xalqların və dövlətlərin tarixi qələbə və məğlubiyyətlərilə zəngindir.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Qarabağda böyük qələbəni Prezident İlham Əliyevin yüksək zəkası ilə yönəltdiyi Azərbaycan dövləti qazanıb: "Ancaq qələbəni cəmiyyət möhkəmləndirməlidir. İndi Azərbaycan cəmiyyətində müxtəlif məsələlərə baxışların dəyişməsinə çox ciddi ehtiyac var. Biz müsbət addımlara şahid oluruq, şəhid dəfnlərində xüsusilə bunu görə bilirik".

Deputat Ceyhun Məmmədov qeyd edib ki, bu gün artıq Azərbaycan bayrağı bütün tarixi torpaqlarımızda qürurla dalğalanır: "Azərbaycan xalqı uzun illərdir səbirsizliklə bu günü gözləyirdi. Bu gün biz artıq 200 illik tariximizdə, sovet dövründə nəzarətimizdə olmayan ərazilərə nəzarət edirik, həmin ərazilərə sərbəst gedə bilirik. Bütün bu uğurlara Azərbaycan xalqı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin böyük uzaqgörənlik və müdrikliklə davam etdirdiyi siyasət nəticəsində nail olub.

Prezident İlham Əliyev buradan həm Ermənistana, həm də onun havadarlarına da çox ciddi mesajlar verdi. Təəssüflə qeyd etmək lazımdır ki, hələ də Azərbaycanın öz ərazisində anti-terror tədbirləri həyata keçirməsini həzm edə bilməyən dövlət və beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli və ikili standartlarla yanaşmalarını davam etdirirlər. Bu gün onları narahat edən həm də məkrli planlarının və xəbis niyyətlərinin qarşısının Prezident İlham Əliyev tərəfindən alınmasıdır".

Deputat hesab edir ki, son hadisələr bir sıra dövlət və beynəlxalq təşkilatların nə qədər riyakar və ikiüzlü olduğunu bir daha göstərdi: "30 il ərzində xalqımızın başına gətirilən müsibətləri görməməzlikdən gələn, siz müharibə edə bilməzsiniz, işğalla barışın deyən bu dövlət və təşkilatlar indi Azərbaycan əleyhinə bəyanat verməkdə növbəyə düzülüblər. Görünən odur ki, çox narahatdırlar. Bəs bizim torpaqlar 30 il ərzində işğal altında olanda, yaşayış məskənlərimiz, mədəniyyət abidələrimiz və məscidlərimiz dağıdılanda bu dövlət və təşkilatlar niyə bu qədər narahat deyildilər? Bu gün həm də Gəncənin ermənilər tərəfindən növbəti dəfə bombalanmasından 3 il ötür. Həmin terror hadisəsi baş verərkən onlar niyə heç bir reaksiya vermədilər? Ermənistan niyə cəzalandırılmadı? Niyə bu ölkəyə qarşı sanksiya tətbiq edilmədi? Bütün bu təzyiq cəhdlərinə və təxribatlara baxmayaraq Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün hədəf və məqsədlərinə nail olacaq".

Deputat Kamal Cəfərov 15 oktyabrın Azərbaycan Günü elan edilməsini təklif edib: "Bir neçə gün sonra Azərbaycan müstəqilliyinin bərpasının 33-cü ilinə qədəm qoyacaq. 33 il mühüm yaşdır və böyük gələcəyin başlanğıcıdır. Məşhur Amerika sosioloqu Rendal Kollinsin irəli sürdüyü nəzəriyyə əsasən dövlətlərin inkişaf tarixi 100 illiklərlə deyil, 33 illə müqayisə olunmalıdır. Çünki tarixi araşdırmalar göstərib ki, hər 33 ildən bir nəsil dəyişimi, intellekt dəyişimi baş verir, 33 yaşında olan dövlət də hazırlıqdan yaradıcılığa başlayır. Məhz 2023-cü il 15 oktyabr tarixində Müzəffər Sərkərdə İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə bayrağımızı ucaltması ilə Azərbaycan bütövləşdi. İkincisi, biz Cümhuriyyət qurucuları tərəfindən İrəvanın güzəştə gedildyini, AXC-Müsavat cütlüyü və ermənilərin xalqımızın başına gətirdiyi faciələri unutmamalıyıq. Fəxrlə deyə bilərik ki, Azərbaycançılıq ideologiyası, Azərbaycanın əsl müstəqilliyi və Böyük Zəfərimizin siyasi, iqtisadi, hərbi və hüquqi təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycanı və xalqımızı uca və əzəmət sahibi edən İlham Əliyev olub. Xalq olaraq çıxarmalı olduğumuz ən mühüm nəticə ondan ibarətdir ki, Azərbaycanın rifahı həmişə Əliyev irsi ilə bağlı olub. Prezident İlham Əliyev Xankəndidə çıxışında qeyd etdi ki, Azərbaycan xalqı elə bir qələbə qazanıb ki, bu qələbə əbədi bizimlə olacaq. Bu tarixi günü əbədi olaraq rəmziləşdirmək üçün təklif edirəm ki, 15 Oktyabr Azərbaycan günü elan edilsin, bayram olsun. Biz də hər il övladlarımızla 15 Oktyabr – Azərbaycan Gününü Xankəndidə, Xocalıda, Xocavənddə, Şuşada Azərbaycanın hər bir diyarında bayram günü kimi qeyd edək".

Deputat Bəhruz Məhərrəmov indi bizim əbədi olaraq Xankəndində olduğumuzu vurğulayıb: "Amma unutmayaq ki, qalibiyyətin davamlılığının yeganə qarantı Heydər Əliyev siyasi kursudur və bu kursa münasibətdə ikinci bir səhvi tarix Azərbaycana bağışlamaz. Tarixi qaliblər yazır və İlham Əliyevin işğala, separatizmə son qoyub Xankəndidə bayrağımızı ucaltması məhz qalibin yazdığı tarixdir. Təsis olunduğu gündən üçrəngli bayrağımız Xankəndidə dalğalanmamışdı. Nə Cümhuriyyət tarixində, nə Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırıldığı dövrdən bəri heç bir Azərbaycan rəhbəri Xankəndinə getməmişdi, daha doğrusu nə Vəzirov, nə Mütəllibovu Xankəndi maraqlandırmırdı, AXC-Müsavat iqtidarı isə ümumiyyətlə paytaxtdan çıxmağa qorxurdu. Bu mənada Prezident İlham Əliyevin Xankəndi triumfu dövlətçilik tariximizin ən önəmli prosesləri ilə bərabər tutulacaq hadisədir. Sabah 18 oktyabr Müstəqilliyimizin Bərpası Günüdür. Bizim üçün çox önəmli təqvimdir, amma unutmayaq dövlət müstəqilliyimizin bərpası, sadəcə Sovet İttifaqında gedən, SSRİ-nin dağılmasına gətirib çıxaran ictimai-siyasi proseslərin zəruri nəticəsi idi. Ona görə də biz müstəqilliyin bərpası prosesinə yanlış prizmadan baxmamalıyıq. Azərbaycanın dövlət suverenliyi 1969-1982-ci illərdə təməli qoyulmuş potensiala əsaslanır, həmin illər görülən işlər - miqyasına və xarakterinə görə keyfiyyətcə yeni mərhələyə - müstəqilliyə aparan yol idi, sadəcə, bu keçidi təmin etmək lazım idi. Heydər Əliyevin siyasi hakimiyyətdən kənarlaşdırıldığı şəraitdə, Azərbaycan Xalq Cəbhəsi - Vəzirov - Mütəllibov tandemi bu keçidi nə təmin edə bilmədi, nə də etmək istəmədi. Prezident İlham Əliyev Xankəndindən bəyan etdi ki, "Biz bu qələbəyə layiqik". Bu qələbə Ulu Öndər ideologiyasının və şəxsən cənab İlham Əliyevin qələbəsidir".

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, müstəqillik bizim ən böyük sərvətimizdir: "Müstəqilliyin ən böyük şərti isə ərazi bütövlüyüdür: "Dövlət başçısı Xankəndidən çox ciddi mesajlar verdi. Birinci qeyd etdi ki, mən bu meydanda olanda siz hələ heç doğulmamışdınız. İkinci mesajı isə ondan ibarət idi ki, ətrafdakıların əksəriyyətini mənim atam tikib, atamın qurduğu şəhərə gəlmişəm. Bu, çox böyük mesaj idi. Ramiz Rövşənin çox gözəl sözü var, deyir ki, 44 günlük Vətən müharibəsində tarixi Prezident İlham Əliyev yazıb, daha mən nə yazım. Yəni heç bir söz bu qələbəni ifadə edə bilməz. Allah Prezidentimizi qorusun!".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 902   Tarix: 17 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"İnex" şirkəti ilə lazeroloqlar arasında qalmaqal - Şirkət Taleh Heydərovun adını hallandırır

Tibbi, estetik və dental avadanlıqlarının satışını həyata keçirən "İnex" şirkətindən epilyasiya cihazı alan lazeroloqlar aldadıqlarını iddia edir. Beyləqan rayonunda fəaliyyət göstərən lazeroloq Mədinə Əsədzadə Qaynarinfo-ya bildirib ki, "İnex" şirkətindən kredit yolu ilə 65 00 manat

23 aprel
.

Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanda bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə (Daşkəsən, Gədəbəy) qar yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 25-i saat 12:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, düşən yağıntının miqdarı Ağstafa və Tovuzda 5, Balakən və Şəmkirdə 2, Culfa

25 aprel
.

Kimlər dövlət hesabına mənzil ala bilər? - Şərtlər açıqlandı

Mənzil təminatı sahəsində tətbiq olunan yeni sosial yanaşmalar cəmiyyətdə geniş müzakirələr doğurub. Qanunvericiliyə əsasən, xüsusi kateqoriyaya aid vətəndaşlar dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilirlər. Bəs kimlər dövlət hesabına mənzil ala bilər?. xəbər verir ki, məsələ ilə bağlı hüquqşüna

25 aprel
.

Bu tarixlərdə şagirdlər distant təhsil alacaq - Balacaların tətil vaxtı dəyişdirildi

Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb. xəbər verir ki, Əmrə əsasən, WUF13-ün keçiriləcəy

23 aprel
.

Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb. "Report" xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Kazım Qubad oğlu Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılı

25 aprel
.

VII sinif şagirdi məktəbdə özünə xəsarət yetirdi - SƏBƏB

Bakıda yerləşən 145 nömrəli tam orta məktəbdə VII sinifdə oxuyan qız şagirdin özünə xəsarət yetirməsi hadisəsi baş verib. apa tv-yə istinadən xəbər verir ki, hadisə aprelin 23-də qeydə alınıb. Yeniyetmə məktəbin sanitar qovşağında kəsici alətdən istifadə edərək özünə xəsarətlər yetirib. Hadisəni görə

24 aprel
.

"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"

Xanımı Nərgiz aparıcı Cavid Güllə tanışlıqları haqda sualı cavablandırıb. Axşam.az xəbər verir ki, izləyicilərinin sualını cavablandıran Nərgiz restoranda tanış olduqlarını bildirib:. "Cavidlə tanışlığımız haqqında çox soruşursunuz, ona görə qərara gəldim ki, daha ətraflı yazım. 2019-cu il idi

25 aprel
.

Bakının mərkəzində tikinti həyata keçirən MTK-dan ŞİKAYƏT (VİDEO)

Bir ailənin 7 üzvü evsiz qalıb.Nə kirayə pul ödənilir, nə də kompensasiya verilir. xəbər verir ki, 2021-ci ildə Nəsimi rayon Azadlıq prospekti 104 ünvanındakı çıxarışlı mənzilinin və mağazasının söküldüyünü iddia edən vətəndaş deyir ki, düz üç ildir "Olympus Park" tikinti şirkəti ona verilə

24 aprel
.

Azərbaycan XİN-dən Nyu-York merinin "erməni soyqırımı" iddialarına SƏRT CAVAB

"Nyu-York şəhərinin meri Zohran Mamdani, ictimai şəxslər məsuliyyətli davranmalı, yanlış məlumat yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan əsassız bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər". xəbər verir ki, bunu Xarici işlər Nazirliyinin mətbua

25 aprel