Zərərçəkmiş: "Şəxsən Vaqifin iştirakı ilə beş nəfər diri-diri yandırıldı" - YENİLƏNİB + VİDEO
Azərbaycanlılara qarşı soyqırımında ittiham olunan Vaqif Xaçatryanın məhkəmə prosesi davam etdirilir.
Oxu.Az-ın məlumatına əsasən, məhkəmə prosesində zərərçəkmiş Fazil Hacıyev ifadə verib.
O bildirib ki, Vaqif Xaçatryanın törətdiyi cinayətlərin şahidi olub.
"Şəxsən Vaqifin iştirakı ilə beş nəfər diri-diri yandırıldı", - deyə o əlavə edib.
10:25
Azərbaycanlılara qarşı Xocalının Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryanın məhkəmə prosesində zərərçəkmişlərin və zərərçəkmişlərin varislərinin ifadələri dinlənilir.
Oxu.Az-ın məlumatına əsasən, Bəsti Behbud qızı Behbudova zərərçəkmişin nümayəndəsi kimi danışıb.
O bildirib ki, Vaqif Xaçatryanın adını böyüklərdən, Meşəli kəndinin sakinlərindən eşidib.
"Meşəli kəndində məlum hadisələr baş verəndə mən uşaq idim. Amma erməni silahlılarının törətdikləri cinayətlərdən əziyyət çəkmişəm. Tələb edirəm ki, Vaqif Xaçatryana ən ağır cəza verilsin", - deyə o əlavə edib.
10:11
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb.
Oxu.Az-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilir.
09:10
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə məhkəmə iclası bu gün davam etdiriləcək.
Oxu.Az-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək.
İş üzrə dövlət ittihamını baş prokurorun köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov müdafiə edəcək.
Məhkəmədə Vaqif Xaçatryanın hüquqlarını isə vəkil Radmila Abılova müdafiə edəcək.
Qeyd edək ki, məhkəmə prosesində hazırlıq iclası oktyabrın 13-də, ikinci iclas isə oktyabrın 17-də keçirilib, zərərçəkmişlər dindiriliblər.
Ümumilikdə iş üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, 29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezoviç Xaçatryan səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub.
Həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib.
Sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bildirək ki, Vaqif Xaçatryan qanunsuz erməni silahlı birləşmələrinin üzvləri ilə 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərə qarşı törədilmiş soyqırımı və deportasiyada iştirakda ittiham olunur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Azərbaycanda dörd qanun ləğv ediləcək
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video