DİQQƏT: Sökülən mənzilə görə BU QƏDƏR kompensasiya alacaqsınız
Bakıda pilot layihə kimi binalar və fərdi evlərin söküntüsü zamanı əhaliyə yeni tikiləcək binalardan mənzillər və ya kompensasiya təklif olunur. Vətəndaşlar istəkdən asılı olaraq daşınmaz əmlaklarına görə sökülən evləri qarşılığında kompensasiya alırlar.
Bəzən vətəndaşlara təqdim olunan kompensasiyanın həcmi böyük narazılıq doğurur. Belə ki, tikinti şirkəti ilə razılaşmayan sakinlər onlara təqdim edilən pulun az olmasını əsas gətirərək evlərini tərk etməkdən imtina edirlər.
Bəs sökülən evə görə mənzil sahibinə nə qədər kompensasiya ödənilməlidir?
Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Referans.az-ın sorğusunu cavablandıran əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Bakıda inşa olunan pilot layihələrdə vətəndaşların narazı qaldığı əsas məsələlərdən biri kompensasiyanın ödənişidir:
"Nazirlər Kabinetinin 86 saylı qərarına əsasən Bakıda pilot layihələr üzərindən köhnə, istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların sökünütüləri başlanıldı. Bu günə qədər onlarla köhnə çoxmənzilli yaşayış binaları sökülərək yeni tikili binalarla əvəzləndi. Hazırda söküntü işləri sürətlə davam edir ki, burada sökünütü işlərini aparan öz sektordur ki, həmin binaları sökür, onların yerində yeni binalar inşa edir və mənzil sahiblərinə sökdükləri gündən etibarən kirayə pulu verir, köç xərclərini verir".
Ekspert qeyd edib ki, daha sonra həmin sakinlərə sökdükləri binaların yerindən 20 faizdən artıq sahəsi olan mənzillər təhvil verilir. Onun sözlərinə görə, vətəndaşa ödənilən kompensasiya təqribən həmin 20 faiz ümumi artıq sahədir: "Bu da vətəndaşın təqribi 2-3 il müddətində gözlədiyinə görə olan kompensasiyalardır. Bundan əlavə həmin ərazilərdə sökülən evlərin əvəzinə vətəndaşa yeni tikili binadan verilən mənzillərin satış qiymətindən vətəndaşın köhnə mənzilinin satış qiymətindən demək olar ki, 2 dəfəyə qədər baha qiymətə bazarda dəyərləndirilir".
Bəzi ərazilər də var ki, özəl şirkətlər həmin əraziləri sökərək yerində hər hansısa bir tikinti işləri aparır, o zaman isə vətəndaşa verilən məbləğ ərazi üzrə qiymətləndirilir və bazar qiymətinə uyğun olaraq vətəndaşlara kompensasiya verilir - deyə Elnur Fərəzliyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1386 Tarix: 18 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabrBu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabr