"İnanıram ki, cənab prezident İlham Əliyevlə bundan sonra da müstəqil dövlət olaraq yeni uğurlara və zəfərlərə imza atacağıq" - DEPUTAT

"İnanıram ki, cənab prezident İlham Əliyevlə bundan sonra da müstəqil dövlət olaraq yeni uğurlara və zəfərlərə imza atacağıq" - DEPUTAT"Artıq 3 ildir ki, 18 oktyabr - Müstəqillik Gününün Bərpası gününü qalib dövlətin vətəndaşları kimi qeyd edirik".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, 18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir:

"Belə ki, 32 il əvvəl yəni 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. 3 ildir ki, bütün bayramlar kimi bu günü də tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib dövlətin xalq kimi qeyd edir. Bugünkü dövlət dövlət müstəqilliyimizi ulu öndər Heydər Əliyevə borcluyuq. Əgər ulu öndər Heydər Əliyev xalqımızın istəyi ilə zamanında Azərbaycana qayıtmasaydı bəlkədə bu gün ölkəmiz yenidən hansısa dövlətin müstəmləkəsinə çevrilmişdi".

Deputat vurğulayıb ki, 1993-cü ildə hakimiyyətə geri qayıdan Ulu Öndər Heydər Əliyev atdığı uğurlu addımlar nəticəində ölkəmizdə hökm sürən xaos və özbaşınalığa son qoyuldu:

"Ümummilli liderimiz Heydər Əliyev o dövrün bütün çətinliklərə baxmayaraq xalqın dəstəyi ilə Azərbaycanı inamla irəliyə apardı. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qıa müddət ərzində ölkədə bütün sahələrin inkişafı üçün lazım olan addımları atdı. Ulu öndər hər zaman xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Bir sözlə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmtləri var. Hələ o dövrdə ulu öndər Heydər Əliyev nə vaxtsa işğal olunmuş torpaqlarımızın geri qaytarılacağına inanırdı. Bunun üçündə güclü ordunun formalaşması mütləq idi. Ulu öndər Heydər Əliyev bugünkü güclü ordunun formalaşması istiqamətində lazım olan bütün addımları atdı. Ümumilli lider Heydər Əliyevin bu istiqamətdə başladığı siyasət 20 il ərzində Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Məhz Ali Baş Komandanın dəmir iradəsi və gələcəyə hesablanmış uğurlu siyasəti nəticəsində bu gün Xocalıda, Xankəndində, Şuşada və işğaldan azad olunmuş bütün şəhər və rayonlarda, qəsəbələrdə Azərbaycan bayrağı dalğalanır. İnanıram ki, bundan sonra da cənab prezident İlham Əliyevlə müstəqil dövlətimiz yeni uğurlara və zəfərlərə imza atacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 763   Tarix: 18 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki

2 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili

2 oktyabr
.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr
.

Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?

Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs

2 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr