"Erməni əsilli sakinlərin Azərbaycan dilində təhsil almaq hüququ təmin olunacaq" - EKSPERT
Qarabağ bölgəsindən uğurlu antiterror əməliyyatarı ilə separatçıların təmizlənməsi nəticəsində regionda böyük yeniliklər və dəyişikliklər gözlənilir. İlk olaraq artıq Xankəndi ərazisində müvafiq dövlət qurumlarının fəaliyyəti başlayıb və bu istiqamətdə bir sıra mütəxəssislər birlikdə çalışır. Bununla yanaşı, əsas məqsəd Ermənistanla yekun son sülh müvaqiləsinin bağlanması, bölgədə əməkdaşlıq və əmin-amanlığın tam təmin olunmasıdır.
Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən erməni əsilli sakinlərə ərazimizdə yaşan digər xalqların nümayəndələri kimi bərabər hüquqlar verilir. Bölgədə təhlükəsizlik məsələləri və bərpa quruculuq işləri tam təm edildikdən sonra erməni əsilli sakinlərin təhsil məsələləri necə tənzimlənəcək?
Bununla bağlı BiG.AZ-a danışan Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, zamanında Qarabağda yaşamış erməni əsilli sakinlərin qayıtmaq hüququ dövlətimiz tərəfindən tanınır və hörmət edilir:
" Kim oranın sakini olubsa onların qayıtmaq hüququ özündə qalır. Dövlət başçımız dəfələrlə bununla bağlı münasibətini bildirib. Biz o hüququ tanıyırıq. Kim bizim vətəndaşlığımızı qəbul edəcəksə onlar ilə bağlı məsələlər müsbət həll olunacaq. Amma söhbət ondan gedir ki bu insanlar Azərbaycan dövlətinin qanunlarına hörmət etməlidir. Ölkənin ana qanunu olan konstitusiyanın qayıdacaqları təqdirdə onlara verəcəyi hüquqlardan biri təhsildir. Bu hüquq təbii ki təmin olunacaq. Mən düşünürəm ki onların Azərbaycanda yaşayan digər xalqlar kimi dövlət dilində təhsil almaq hüququ təmin olunacaq. Bununla bağlı hər hansı problem ola bilməz. Orada Azərbaycanın digər ərazilərində, rayonlarında təhsil hansı formada təşkil edilirsə işğaldan azad olunmuş ərazilərdə əgər ermənilər Azərbaycan ərazisində yaşamaq istəyirlərsə təbii ki həmin təhsil prosesi həmin bölgələrdə təmin olunacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb