Yaddaşlarda və tarixdə yaşayacaq gün

Yaddaşlarda və tarixdə yaşayacaq günİkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı, 30 ilə yaxın düşmən əsarətində qalan ərazilərimiz işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu qələbələri xalqa böyük qürurla çatdırırdı, xalq bu qələbələri böyük qürurla yaşayırdı.
Tarixi Zəfərimiz yeni tarixlər yaratdı. Artıq işğaldan azad edilən şəhərlərdə şəhər günlərinin keçirilməsinə başlanılıb. Bu günlər Azərbaycan Ordusunun qüdrətini tarixləşdirən günlər oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə oktyabrın 17-də işğaldan azad edilən digır şəhərlərlə yanaşı Füzuli şəhərinin də işğaldan azad olunduğu gün "Füzuli Şəhəri Günü" kimi qeyd edildi.
Füzuli 1993-cü avqustun 23-də işğal olunmuşdu. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin sərkərdəliyi ilə 1994-cü ilin yanvarında Horadiz əməliyyatı ilə rayonun 20-dən çox kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi.
Sülh danışıqlarından yayınan Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə müxtəlif miqyaslı təxribatlar törədirdi. 2020-ci il sentyabrın 27-də belə bir təxribat törətmək istədi. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu,  İkinci Qarabağ müharibəsinin,  mahiyyət baxımından Vətən müharibəsinin başlanğıcı oldu. Ordumuz düşmənin müdafiə sədlərini dağıtdı, ilkin mövqe qələbələri qazandı.
Qazanılan hər qələbə ordumuzun şəxsi heyətini Böyük qələbəyə aparırdı. Hər döyüşçü müharibənin son döyüşünün iştirakçısı kimi qaliblər sırasında olmaq istəyirdi, qəhrəman olmaq üçün deyil, qəhrəmanlıqla döyüşürdü.
Füzuli 2020-ci il oktyabrın 17-də işğaldan azad edildi. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə oktyabrın 17-si "Füzuli Günü" kimi qeyd olunmağa başlanıldı. əlamətdar haldır ki, ilk dəfə keçirilən "Füzuli Şəhər Günü"ndə ölkə başçımız özü şəxsə iştirak etdi.
Ölkə başçısı Füzuli sakinləri qarşısındakı çıxışında xüsusi olaraq vurğulayıb ki, bu gün füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verib. Bura köçən uşaq və yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Ona görə də bu çox böyük bir hadisədir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq.
Bildirildi ki, indi Füzulinin yeni siması göz oxşayır. İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Füzulidə də yenidənqurma işləri aparılır. Hazırda Füzulidə birinci şəhərsalma layihəsi icra edilir. Burada şəhər tamamilə yenidən qurulur. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir.
Tamamilə yenidən qurulan Füzulidə tikinti-quruculuq işləri böyük sürətlə davam edir. Artıq şəhərə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılıb. Bu gün artıq 800-dən çox insan öz evlərində yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan qayıdacaq. Bütövlükdə isə 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaqdır.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 923   Tarix: 18 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr