Rusiya sülhməramlıları Qarabağda niyə möhkəmlənir? - Deputat səbəbini açıqladı

Rusiya sülhməramlıları Qarabağda niyə möhkəmlənir? - Deputat səbəbini açıqladı"Mən Rusiya sülhməramlılarının Qarabağda yeni postlar qurması ilə bağlı məlumatları oxudum".

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Millət vəkili Rusiya sülhməramlılarının 48 saat ərzində Qarabağın dağlıq hissəsində daha 10 müşahidə məntəqəsi açması haqqında yayılan məluamta münasibət bildirib.

Deputatın fikrincə, rusların bölgədə sülhməramlı kimi qalmasına artıq ehtiyac yoxdur:

"Çünki onlar regionda atəşkəsi qorumaq üçün orada qalmışdılar. Doğrudur, rusların 2025-ci ilin sonuna qədər müddətləri var. Ola bilər ki, postların qurulması məsələsi də bununla əlaqədardır. Bildiyimə görə, onlar yollarda postlar qururlar ki, gediş-gəlişdə narazılıq olmasın".

Müsahibimiz xatırladıb ki, sülhməramlı kontingentin Şuşa, Ağdərə, Xocavənd və digər ərazilərdəki postları ləğv edilib:

"Zənnimcə, əgər orada heç bir problem yoxdursa, onlar yavaş-yavaş çıxıb getməlidir. Çünki ruslar müəyyən texnikalarını Qarabağdan kolon şəklində çıxarmışdı. Ona görə də onların bölgədə qalmasına ehtiyac yoxdur. Ola bilər ki, müəyyən danışıqlar var ki, vaxtları qurtarana qədər qalsınlar".

"Dünən qondarma rejimin "prezidenti" Samvel Şahramanyan İrəvanda oturub artıq-əskik danışmağa başlayıb. Hansı ki, "DQR" faktiki olaraq ləğv olunub və Şahramanyanın özü buna qol çəkib. Yəni ermənilər yenə də sakitləşmir və başa düşmürlər ki, artıq bu məsələ bitib, Azərbaycan ərazi bütövlüyünü təmin edib. Orada yeganə problem isə rus sülhməramlılarının bölgədən çıxarılmasıdır.

Mən də dəfələrlə demişəm ki, birdən-birə yox, tədricən rusları ərazimizdən çıxarıb postları ləğv etmək lazımdır ki, problem yaranmasın. Bununla bağlı narahatlıq var və suallar verilib. Hiss edirəm ki, bu məsələ də yekunlaşacaq", - fikirlərini tamamlayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1958   Tarix: 21 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr