Laçın dəhlizi bağlanır? - "Geri gəlsələr, onları Xaçatryanın taleyi gözləyir"

Laçın dəhlizi bağlanır? - "Geri gəlsələr, onları Xaçatryanın taleyi gözləyir""Məncə, "Laçın" sərhəd-keçid məntəqəsinin digər sərhəd qapılarımız kimi bağlanması təklifini Azərbaycanda mövzu qıtlığından əziyyət çəkən müxalifət irəli sürə bilər. İnanmıram ki, normal düşüncəsi olan və radikal mövqedə olmayan müxalifət belə bir şey fikirləşsin".

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.

Müsahibimiz 2020-ci ilin mart bəri bağlı olan Azərbaycanın digər dövlət sərhədləri kimi, "Laçın" sərhəd-keçid məntəqəsinin də bağlanması ilə bağlı sosial şəbəkələrdə ortaya çıxan təkliflərə münasibət bildirib.

Qeyd edək ki, bəzi şəxslər digər sərhəd qapıları kimi "Laçın" sərhəd-keçid məntəqəsinin də koronavirus pandemiyası ilə əlaqədar bağlanması haqqında fikirlər irəli sürsə də, digər bir kəsim Qarabağı könüllü tərk edən ermənilərin geri qayıtmaması üçün dövlətin bu yola getməsini vacib hesab etdiyini bildirib.

Öz növbəsində, C. Nuriyev söyləyib ki, Azərbaycan sərhədlərini ona görə bağlamayıb ki, onun sərhəd problemi var, yox, Azərbaycan pandemiya ilə bağlı bunu bağlamışdı:

"İndi sərhədlər 2024-cü ilin yanvarın 2-nə qədər bağlanıb ki, bundan sonra açılmaq ehtimalı çox yüksəkdir. Bu müddət ərzində də Azərbaycan həm müharibəyə hazırlaşdı, həm də 3 il ərzində 30 illik işğala son qoydu. Eləcə də 3 il ərzində dövlət terrorçuların ölkəyə quru yolu ilə gəlməsinin qarşısını aldı. Bunun həm hərbi-siyasi, həm də tibbi əhəmiyyəti mövcud idi".

Sabiq deputat söyləyib ki, "Laçın" sərhəd-keçid məntəqəsinin digərləri kimi bağlanmasını irəli sürmək daha çox Avropaya lazımdır və erməni dəyirmanına su tökmək bir şeydir:

"Onsuz da bilirik ki, Qarabağa artıq erməni gələsi deyil, çünki onların bir hissəsi Ermənistandan üçüncü ölkəyə köç ediblər. Onlar hansı üzlə geri qayıdacaqlar? Çünki əksəriyyəti əliyalın azərbaycanlıları qanına qəltan edənlərdir. Yəni ailə başçılarıdır və bilirlər ki, geri gəlsələr, onları Vaqif Xaçatryan və digərlərinin taleyi gözləyir".

Müsahibimiz əmindir ki, bu gün Qarabağdan gedənlərin arasında əli azərbaycanlıların qanına batmış 3-4 min erməni döyüşçüləri var ki, bunlar da geri gələsi deyil:

"Ona görə də "Laçın" sərhəd-keçid məntəqəsinin bağlanılması məsələsini gündəmə gətirmək bir az təhlükəlidir. Həm də ki, bu, Azərbaycan dövlətinin maraqlarına ziddir. Çünki dövlət nə vaxt istəsə, onu qapatmaq onun üçün bir şey deyil. Onsuz da gəlib-gedən yoxdur. Əgər gün ərzində 1-2 nəfər gəlib keçirsə, niyə biz sərhədi bağlayaraq dünyaya şərait yaradaq?"

"Onsuz da bizi etnik təmizləmədə ittiham edirlər, lakin Qarabağ ermənilərinin çoxu könüllü çıxıb gediblər. İndi biz sərhədi bağlasaq, görün nə ola bilər? Bu fikirlər Fransa tərəfindən ötürülən fikirlərdir və təəssüf ki, bunu bizimkilər də tirajlayır. Bu gün Fransa başda olmaq bəzi avropalı rəsmilərə sərhədin bağlanması lazımdır ki, hüquqi müstəvidə Azərbaycanı ittiham etsinlər. Çünki Azərbaycan belə bir qərarı qəbul etsə, başlayacaqlar ki, "biz etnik təmizləmə var deyəndə kimsə inanmırdı. Baxın, Azərbaycan yolu bağlayıb və geri qayıtmaq istəyənlərə imkan vermir", – deyə o, əlavə edib.

Mütəxəssis onu da bildirib ki, ümumiyyətlə, bu ideyanı gündəmə gətirməyin özü çox təhlükəli və xətalı bir fikirdir:

"Burada bir dövlətin strateji maraqları mövcuddur, bir də ümumi maraqlar. Biz bu gün ölkənin strateji maraqlarının təminatı ilə maraqlanmalıyıq. Çünki ölkəyə qarşı olan təhdidlər hələlik qurtarmayıb, yəni ölkənin milli təhlükəsizliyinə xarici təhdidlər var. Əgər biz sərhədlərimizin hamısı açsaq, xarici təhdidlərdən sığortalana bilməyəcəyik".

"Mən istəyərəm ki, Azərbaycan daxildəki siyasi sabitliyi tam bərpa edən qədər sərhədləri açmasın və yəqin ki, elə də olacaq. Bu tendensiyalar Azərbaycan Milli Təhlükəsizlik Konsepiyasında belə var ki, ölkə öz təhlükəsizliyini qorumalıdır. Azərbaycan Milli Təhlükəsizlik Konsepiyasında dövlət 3 səviyyədə öz təhlükəsizliyini təmin etməlidir: şəxsiyyət, cəmiyyət və dövlət səviyyəsində. Bəli, dövlət səviyyəsində təhlükəsizliyi təmin edə bilirik, cəmiyyət və şəxsiyyət səviyyəsində isə hələlik müəyyən problemlərimiz var. Bu, o deməkdir ki, biz bu dəqiqə sərhədləri açaq və ermənilərin tapşırığı ilə müəyyən adamlar gəlib Bakıda terror törətsin, bunu fikirləşmək lazımdır", – təkliflərini verib.

"Bu tendensiyaları fikirləşənlər ağıllı adamlardır, dövlətin yaxşı və savadlı strateqləri, analitikləri var ki, bunu fikirləşirlər. Ona görə də inanmıram ki, yaxın zamanlarda o biri sərhədlər açılsın, yaxud "Laçın" sərhəd-keçid məntəqəsi qapadılsın. Proseslər indiki kimi davam edəcək və heç nə dəyişməyəcək", – fikirlərini tamamlayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1080   Tarix: 21 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr