Dava yorğan davasıdır: İrəvandakı etirazların pərdəarxası - ŞƏRH

Dava yorğan davasıdır: İrəvandakı etirazların pərdəarxası - ŞƏRHDünən Ermənistanın paytaxtı İrəvanda Qarabağ erməniləri separatçı rejimin binasına hücum ediblər. Binaya daxil olan etirazçılar özünü hələ də quldur rejimin "rəhbəri" sayan Samvel Şahramanyanla görüşüblər. Şahramanyan Qarabağ ermənilərini sakitləşdirməyə çalışsa da, etirazlar səngiməyib. Açıqlamaya görə, Qarabağ erməniləri onları maraqlandıran suallara cavab tələb ediblər. Şahramanyan üzə çıxıb açıqlama versə də, onun dedikləri etirazçıları sakitləşdirməyib. Bir müddət sonra isə ara qarışıb, məzhəb itib. Etirazçılar Samvel Şahramanyanın qardaşı Karen Şahramanyanı əməlli-başlı əzişdiriblər. Bütün bunlar medalın görünən üzüdür. Bəs əslində Qarabağ ermənilərini separatçı rejimə qarşı qızışdırmaq kimə lazımdır? Bu kimi hallar nəyə xidmət edir?

Etirazlar ilk başlayan dəqiqələrdən qızışdırıcı faktor kimi separatçı rejimin "təhlükəsizlik şurası"nın keçmiş sədri Samvel Babayanın adı hallanır. Deyilənlərə görə, Samvel Babayan bir qrup Qarabağ ermənisini Samvel Şahramanyana qarşı qızışdıraraq binaya göndərib. Bunun isə əsasən iki səbəbi var. Birincisi, Babayan mühacirətdə "fəaliyyət" göstərən qondarma rejimə rəhbərliyi ələ almaq, Qarabağdan gətirilən maliyyə resurslarını və xaricdən göndərilən ianə, yardımları idarə etmək niyyətindədir. Qısacası, az müddətə varlanaraq, aradan çıxmağı planlaşdırır. Çünki Arayik Arutyunyan, Ruben Vardanyan kimi separatçıların həbsindən sonra gec-tez növbənin ona çatacağını gözəl anlayır. Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyanın ifadələri yaxın aylarda mənzərəni dəyişə bilər. Bu isə təkcə Babayanın yox, həm də separatçı rejimin digər tör-töküntülərinin yuxusuna haram qatıb. Ona görə də bu resurslar vasitəsilə varlanıb aradan çıxmaq yolu Samvel Babayan üçün yeganədir.

İkincisi, Samvel Babayan Nikol Paşinyana yaxın adamdır və onun diqtəsi ilə hərəkət edir. O səbəbdən də bu aksiyanın əsas sifarişçisinin Nikol Paşinyan olduğunu söyləmək olar. Ermənistan hakimiyyətinə qarşı böyük narazılığın günü-gündən artdığı bir dövrdə Qarabağ ermənilərinin də artan problemləri ciddi ictimai narazılığa çevrilə bilər. Dövlətin ayırdığı yardımın azlığı, Qarabağ ermənilərinə soyuq münasibət, sığortasız avtomobil idarə edənlərin 100 min dram cərimələnməsi kimi faktorlar da narazılığı get-gedə artırır. Bu hadisələrin fonunda narazılığı qondarma rejimin "liderlərinə" yönəltmək daha məqsədəuyğun sayılıb. Çünki bu narazılıqlar bir gün şişərək İrəvanın mərkəzində Nikol Paşinyana qarşı partlaya bilər.

Aksiyanın əsas sifarişçisinin Nikol Paşinyan olduğunu sübuta yetirən digər faktorlar da var. Etirazçılar saatlarla qondarma rejimin qarşısında şüar səsləndirsələr də, Nikol Paşinyana qarşı heç bir tələb və tənqidi fikir səsləndirilməyib. Bütün hədəflər separatçı rejimin "rəhbərliyi"nə qarşı olub. Əksinə, aksiya iştirakçılarının əksəriyyəti baş nazirdən razı olduqlarını dilə gətiriblər. İşsizlik, qida çatışmazlığı, evsiz qalan, günü-gündən süni şəkildə artan kirayə qiymətləri qarşısında çarəsiz qalan Qarabağ ermənilərinin birdən-birə baş nazirdən razı və məmnun qalmaları aksiyanın idarə edildiyini və müəyyən tezislərlə həyata keçirildiyini sübut edir. Bununla yanaşı, aksiya iştirakçıları qeyd ediblər ki, separatçı rejim illərdir onları qarət edib və bu pullara bahalı evlər, maşınlar alırlar. Hətta bəziləri təklif ediblər ki, bu evlər onların əlindən alınmalı və Qarabağ ermənilərinə verilməlidir. Əgər Ermənistanın hər il separatçı rejimə 100 milyardlarla dram, yəni bir neçə yüz milyon dollar göndərdiyi faktını nəzərə alsaq, bu açıqlamaların yaxın gələcəkdə korrupsiya və talançılıq maddəsi ilə yeni cinayət işlərinin açılmasına səbəb olacağını söyləmək mümkündür. Şübhəsiz ki, dünənki aksiyadan sonra və əvvəl də qondarma rejimin bir sıra məmurlarının Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə dəvət olunaraq dindirilməsi də bu məqsədə xidmət edir. Sentyabrın sonlarından bu yana bir sıra "eks-məmur" dindirilir, barələrində cinayət işi açılır. Yəqin ki, yaxın vaxtlarda növbə Samvel Şahramanyana da çatacaq. Artıq Samvel Babayanın verdiyi açıqlamalar fonunda cinayət işinə start verilib. Ermənistan cinayət məcəlləsinin 550-ci maddəsi (hərbi vəziyyət və müharibə dövründə komandirin və ya vəzifəli şəxsin öz səlahiyyətlərini yerinə yetirərkən vicdansız və səhlənkar münasibət sərgiləməsi, öz vəzifələrini layiqincə yerinə yetirməməsi) ilə açılan cinayət işinə görə, bir sıra məmurun dəmir barmaqlıqlar arxasına keçəcəyi gün elə də uzaqda deyil.

Paşinyanın separatçı rejimin tör-töküntülərinə qarşı ögey münasibəti ilk gündən özünü büruzə verir. Təsadüfi deyil ki, Qarabağ ermənilərinin könüllü köçündən bir ay ötsə də, hələ də Paşinyan quldur rejimin "məmurları" ilə görüş keçirməyib. Görüş keçirməməklə yanaşı, onların görüşmək üçün təkliflərini rədd edib, geri çevirib. Əvvəlki mənzərəyə görə, bir çoxları elə düşünürdü ki, Paşinyan separatçı rejimin tör-töküntülərinə Ermənistan hökumətində iş verəcək, tez-tez görüş və müzakirələr aparacaq. Amma baş nazir gözləntiləri doğrultmadı və anladı ki, belə bir addımı həm Azərbaycanın qəzəbinə səbəb ola bilər, həm də beynəlxalq ictimaiyyətdə separatçı rejim kimi tanınan qurumun məmurlarını dövlət idarələrinə doldurmaqla separatçı rejimi dəstəkləmə damğası ilə vurula bilər. Təsadüfi deyil ki, Ermənistan parlamentində üç çağırış millət vəkili olan və sonradan separatçılara qoşulan Alyoşa Qabrielyan da Nikoldan şikayətlənib. Qondarma rejimdə Əsgəran şəhərinin "meri vəzifəsini" tutan Alyoşa bildirib ki, Ermənistanda özünü erməni kimi yox, əcnəbi kimi hiss edir.

Ermənistanda separatçı rejimin fəsadları bununla da bitmir. Yaxın günlərdə hakim "Mülki müqavilə" partiyasında qızğın müzakirələr aparılıb. Məlum olub ki, uzun illər Ermənistan hökuməti separatçı rejimə maliyyə dəstəyi göstərib, istiqrazlarla bağlı da pul axını olub. Separatçı rejimin buraxdığı istiqrazlar keçmiş prezident Serj Sarqsyanın da yeyinti mənbələrindən biri olub. Serj Ermənistanda fəaliyyət göstərən bankları məcbur edib ki, qondarma rejimin buraxdığı istiqrazları alsınlar. Bu gün isə bir sıra banklar Ermənistan hökumətindən istiqrazlar üçün ödənilmiş pulun kompensasiyasını tələb edirlər. Ortada olan vəsait isə 800 milyon dollardır. Bu, hər il büdcə kəsiri və xarici dövlət borcu artan Ermənistan üçün kifayət qədər böyük rəqəmdir. Bu səbəbdən də ötən həftə hakim fraksiyanın bəzi deputatları baş nazirin müavini Mher Qriqoryan və Ermənistanın Mərkəzi Bankının sədri ilə qapalı görüş keçiriblər. Məsələ isə getdikcə böyüyür. Bu məbləğ Ermənistan hökumətinin boğazına ilişən ilan sümüyünə çevrilib. Hökumət pulu ödəməkdən imtina edə bilmir. Çünki belə bir qərar ölkədə yeni qalmaqala və etiraza səbəb ola bilər. Paşinyan isə faktdan yararlanmaq qərarına gəlib. Çünki qurulan sxemə görə, Serj Sarqsyan banklar vasitəsilə əməlli-başlı pul qazanıb. Buna görə də ona qarşı açılan cinayət işlərinə biri də əlavə edilə bilər. Bəlkə də bu səbəbdən Sarkisyan son günlər "Qarabağ mövzusu mənim üçün bağlanmayıb" açıqlamasını səsləndirir.

Yuxarıda sadalananların qısa izahına gəldikdə, el misalında deyildiyi kimi, dava yorğan davasıdır. Ortada maliyyə faktoru var və nə Qarabağın separatçı rejimi, nə də Nikol Paşinyan bu resursa nəzarəti itirmək istəmir. Hər iki tərəf maliyyəyə təkbaşına yiyəlik etmək qərarına gəlib. Baş nazir artıq əlindəki rıçaqlardan istifadə etməyə başlayıb, "piroqu" separatçı rejimə qapdırmaq niyyətində olmadığını açıq-aşkar bildirir.

"Report" İnformasiya Agentliyi


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 720   Tarix: 21 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

The Guardian: "ABŞ-da hakim televiziya kanalına qarşı cinayət işi başlatmağa çalışıb"

ABŞ-ın Luiziana ştatında bir hakim onun daşınmaz əmlak sövdələşməsi barədə yayımlanan araşdırmadan sonra televiziya kanalından şikayət edib. The Guardian yazır ki, hakim Kimya Holmes yerli CBS filialı WWL Louisiana barədə polisə müraciət edib. Mübahisə jurnalist David Hammerin hakimlə bağlı apardığ

30 sentyabr
.

Netanyahu: "Flydubai"nin pilotu həbs olunub, Səudiyyə Ərəbistanı onu dindirir

"Flydubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarədə pilotlardan biri işçi heyəti bıçaqla təhdid edib. "Ynet"in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib. "Mən israilli sərnişinlərin biri ilə danışmışam. O, mənə dedi ki, pilot kabinəsin

30 sentyabr
.

ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi

ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl

30 sentyabr
.

İrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb

İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl

30 sentyabr
.

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını

30 sentyabr
.

Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür

İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl

1 oktyabr
.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

1 oktyabr
.

Yəmən Hərbi Hava Qüvvələri Taiz əyalətində Husilərin hədəflərinə 20 hava hücumu həyata keçirib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü cümə günü bildirib ki, hava qüvvələrinin döyüş təyyarələri son üç saat ərzində Taiz əyalətindəki husi hərəkatlarına, gücləndirmə qüvvələrinə, toplanışlarına, şəxsi heyətinə, nəqliyyat vasitələrinə və hərbi texnikaya 20 dəqiq zərbə endirib. The Jerusalem Post-a istinadə

2 oktyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr