TÜRKSOY-un Baş katibi: "Şuşa bütün Türk dünyasının diqqət mərkəzindədir"
"Şuşa bütün Türk dünyasının diqqət mərkəzindədir".
Bunu "Report"un Ankara bürosuna Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev Şuşada keçirilən I Türk Dünyası Mədəniyyət Forumunu dəyərləndirərkən bildirib.
Baş katibin fikrincə, hazırda dünyadakı geosiyasi durumu, həyəcanları, qarşıdurmaları, müharibələrin baş verdiyini nəzərə alsaq, türk xalqları üçün məhz mədəniyyət amili böyük əhəmiyyət kəsb edir:
"Türk xalqlarının xarakterində mənəviyyat, mədəniyyət hər zaman ön planda olduğu üçün Şuşada əsası qoyulan Forum başqa türkdilli ölkələrdə də davam etdirilməlidir. Xalqın milli ruhu ön planda olanda bu, ən güclü silahlardan da güclü olur. Necə ki, Qarabağ uğrunda mübarizədə qalib olan hər şeydən öncə Azərbaycan xalqının milli iradəsi idi. Ona görə də biz bu nümunəni əsas götürüb bütün türk dünyasına yaymalıyıq. Mədəniyyət silahdan daha güclüdür. Bu baxımdan, Azərbaycanda keçirilən Mədəniyyət Forumu böyük əhəmiyyət kəsb edir. Azərbaycan tərəfinə bu ideyasına görə çox təşəkkür edirik. Forum çərçivəsində mədəniyyətdən humanitar məsələlərə qədər müzakirələr apardıq. Hər il keçirilməsi nəzərdə tutulan forum gələcəkdə də inkişaf etdirilməlidir. Növbəti belə forumun Almatıda keçirilməsini planlaşdırırıq".
Baş katib əlavə edib ki, Azərbaycan hazırda dünyanın mədəniyyət və humanitar məsələlərinin mərkəzinə çevrilib:
"Azərbaycanın təşəbbüsləri dəyərlidir. Bütün bunlarda Azərbaycan Prezidenti İlham Əliyevin böyük rolu var. İl ərzində keçirilən tədbirlər silsiləsi ilə Şuşa Türk dünyasının diqqət mərkəzində yer almaqdadır. Türk dünyasının bütün bayraqları və səsi Bakıda və Şuşada cəmlənmişdi. Biz sübut etdik ki, bir araya gəldikdə çox güclü oluruq".
Xatırladaq ki, 13-14 oktyabr tarixlərində Şuşa şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə I Türk Dünyası Mədəniyyət Forumu keçirilib. Forum iştirakçıları tərəfindən Şuşa Bəyannaməsi qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb