Ağdamda konsert verdiyi hərbçilərin hamısı şəhid olan aktrisa - VİDEO
Birinci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində əsgərlər üçün təşkil edilən konsert proqramlarında iştirak edən Adil İsgəndərov adına Xalq teatrının aktrisası Güldərən Azayeva Baku TV-yə danışıb.
O, Ağdamda konsert verdiyi hərbçilərlə bağlı üzücü xatirəsindən bəhs edib:
"Dəfələrlə sosial şəbəkələrdə elan vermişdim ki, oradakı hərbçilərdən sağ qalan varsa, onunla görüşmək istəyirəm. Bir dəfə Ağdamdan bir oğlan gəlib məni tapdı. Dedi ki, sən gördüyün hərbçilərdən sağ qalanı yoxdur".
G.Azayeva Füzulidən qayıdarkən yaşadığı təhlükəli anlardan da söz açıb:
"Gecə pəncərəni açanda səslər eşitdim. Sürücüyə dedim ki, maşını saxla, yolu səhv gəlmişik. Ermənilər bir-birini çağırır, mahnı oxuyurdu. Hiss olunurdu ki, sərxoş vəziyyətdədirlər. Elmana dedim ki, işıqları söndürüb keçək. Görsən ki, ermənilər bizə tərəf gəlir, özümü atacağam, üstümdən maşınla keçərsən".
Daha ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1330 Tarix: 22 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb
İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"
14 aprel 2024Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı
BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqların
9 mart 2024Müharibə başlayandan bəri Qəzzada ölən fələstinlilərin SAYI AÇIQLANDI
İsraillə Fələstin arasında münasibətlərin kəskinləşməsindən bəri indiyədək 32 782 fələstinli həlak olub. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. "Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı 32 782 nəfərə çatıb, ən azı 75 298 nəfə
31 mart 2024Həcc ziyarəti zamanı 577 zəvvar həyatını itirib
Səudiyyə Ərəbistanına Həcc ziyarəti zamanı həyatını itirən zəvvarların sayı 577-yə çatıb. "Report" xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi mənbələrə istinadən məlumat yayıb. Adının açıqlanmasını istəməyən iki ərəb diplomat bildirib ki, ölənlərin 323-ü misirli, 60-
19 iyun 2024İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV
İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb
14 aprel 2024