Prezident İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışında və təməlqoyma mərasimlərində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıtda olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənayesi Parkında "Çinar-Servis" İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlini qoyub, "Novus Plastica" MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin, "Universal Qablaşdırma Sənayesi" QSC-nin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin, "Azərbaycan Vanhong Ceramics Co." MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışında iştirak edib, "Kartaş Kimya" MMC-nin müxtəlif Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməlini qoyub.
Sonra dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 926 Tarix: 23 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrBu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr