Gəlinini güllələyib qətlə yetirmişdi - Həbsdə öldü

Gəlinini güllələyib qətlə yetirmişdi - Həbsdə öldü2021-ci ildə Şəmkir rayonunun Yeni Həyat qəsəbəsində gəlini, 1985-ci il təvəllüdlü Səma Qasımovanı güllələyərək qətlə yetirən Sahib Həsənov cəzaçəkmə müəssisəsində vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, diz nahiyəsinin irinləyən yarası, fleqmona, septiki toksiki şok diaqnozu ilə Penitensiar Xidmətin Müalicə müəssisəsinə daxil olan 1959-cu il təvəllüdlü S.Həsənov orada dünyasını dəyişib.

Oktyabrın 18-də Gəncə Ağır Cinayətlər Məhkəməsində S.Həsənov barəsində açılmış cinayət işi üzrə məhkəmənin son iclasında onun vəfat etməsi səbəbindən cəza təyin edilməyib.

Sahib Həsənov xüsusi amansızlıqla adam öldürməkdə, həmçinin iki və ya daha çox şəxsi öldürməyə cəhddə təqsirləndirilib. Belə ki, hadisə vaxtı o, oğlu Nicat Həsənovu qətlə yetirməyə çalışıb və ilk olaraq övladına atəş açıb. Lakin birinci güllə Nicatın başını sıyıraraq keçib və ona ciddi zərər vurmayıb. S.Həsənov ikinci dəfə atəş açarkən oğlunun arvadı Səma Qasımova özünü güllənin qarşısına atıb və qarın nahiyəsindən xəsarətlər alıb. O, xəstəxanaya çatdırılıb və daha sonra Bakıdakı klinikaya köçürülüb. Əməliyyat edilsə də, S.Qasımova 3 gün sonra vəfat edib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1665   Tarix: 24 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tut ağacından yıxılıb öldü

Gəncə sakini ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 ünvanında baş verib. Belə ki, 62 yaşlı Bəhram Aslanov tut ağacından yıxılıb və hadisə yerində vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb

13 iyun
.

Həmin sürücü 30 sutka həbs edildi

Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü barəsində məsuliyyət tədbirləri görülüb. "Qafqazinfo"nun məlumatına görə, müəyyən edilib ki, axtarışda olan, atasına məxsus "Hyundai" markalı, 99-QP-750 dövlət qeydiyya

3 iyun
.

Masazırda 2 qadın qətlə yetirildi - Adları məlum oldu - Yenilənib

Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfində

11 aprel
.

Hamlet Musayevin qızı həbsdən azad edildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq qərar qəbul edilib. M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyev

20 may
.

Saleh Səmədov 200 min manat mənimsəyibmiş

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib. İttihamda yazılıb ki, Saleh Səmədov cinayət baş verən dövrd

20 may
.

Fidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi

Son dövrlərdə müxtəlif qalmaqallarla gündəmə gələn, özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb - red.) Fidan Loğman qızı Abbasova ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb. "Qafqazinfo"y

16 aprel
.

10 yaşlı məktəblini dərsə gedərkən it qapdı

Biləsuvar rayonunda məktəbli oğlan sahibsiz itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Belə ki, 10 yaşlı Q.Y. məktəbə gedərkən yolda it ona hücum edib. Uşaq ayaq nahiyəsindən xəsarət alıb. Yaralı dərhal rayon xəstəxanasına çatdırılıb, ona zərur

2 aprel
.

Salyanda çətənə kolları yetişdirən keçmiş məhkum saxlanıldı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvan

28 may
.

Armatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər - T.Bədəlov, P.Qurbanov, S.Xəlilov və K.Fətəliyev saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, bu haqda DİN məlumat yayıb. Araşdırmalarla məlum olub ki, onla

11 may