Bakıda müəllimi yandıraraq qətlə yetirdi - cəzası məlum oldu - FOTO

Bakıda müəllimi yandıraraq qətlə yetirdi - cəzası məlum oldu - FOTOBakıda orta məktəb müəllimini yandıraraq qətlə yetirməkdə təqsirli bilinən Orxan Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az APA-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən təqsirləndirilən Orxan Novruzov 18 il azadlıqdan məhrum edilib.

Prokuror Orxan Novruzovun 20 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Qeyd edək ki, bu il mayın 27-də Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində yanıq xəsarəti izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, qətlə yetirilən Xuraman Həsənova orta məktəbin müəllimi olub.
Bakıda müəllimi yandıraraq qətlə yetirdi - cəzası məlum oldu - FOTO


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2855   Tarix: 25 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hamlet Musayevin qızı həbsdən azad edildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq qərar qəbul edilib. M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyev

20 may
.

Əhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ

"Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb". xəbər verir ki, bu barədə Baş Prokurorluq məluma

21 aprel
.

"Məni narkomanlarla evdə tək qoyurdular" - Bıçaqlanan ana oğlunu bağışlamadı...

Ötən ilin noyabrında Abşeronun Saray qəsəbəsində anasını 13 bıçaq zərbəsi ilə qətlə yetirməyə çalışan 2001-ci il təvəllüdlü Balaəli Cavadovun məhkəməsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona hökm oxunub. Bildirilib ki, hadisə ail

7 may
.

Anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI

67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-də Sabunçu rayonu, Ramana qəsəbəsi, "Gülçülük sovxozu" ərazisində baş verib

12 may
.

Həmin 15 yaşlı məktəbli saxlanıldı

Aprelin 18-i sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfl

21 aprel
.

Ərini güllələyərək həyətdə basdırmaqda təqsirləndirilən qadın: "Səhərə qədər yer qazmışam"

Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin hüquqi varisi Cəmil

2 aprel
.

Fidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi

Son dövrlərdə müxtəlif qalmaqallarla gündəmə gələn, özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb - red.) Fidan Loğman qızı Abbasova ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb. "Qafqazinfo"y

16 aprel
.

25 yaşlı oğlan bıçaqlandı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, 1996-cı il təvəllüdlü Anar Lətiflinin mübahisə zəminində həmyerlisi 2001-ci il təvəllüdlü Anar Əkbərovu bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı araşdırma başlanılıb

1 iyun
.

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Respublika Perinatal Mərkəzində körpələrin öldüyü yanğınla bağlı açılan cinayət işi üzrə ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva 7 il 3 ay müddətə azadlıqdan məhrum edilib. "Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı

4 iyun