Prezident Ələt azad iqtisadi zonası ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Bu barədə President.az xəbər verir.
Sərəncamla "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncamın əlavəsindəki yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 23,74 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilir.
Sərəncamdan irəli gələn məsələlərin həlli İqtisadiyyat Nazirliyi, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Metroda oğurluq anı kameralara düşdü: Şübhəli saxlanıldı
Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriləcək
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
Yeni doğulan körpənin çəkisi onun gələcək intellektinə necə təsir edir? - ARAŞDIRMA
Bu ölkəyə getmək üçün viza lazım olmayacaq
Bakının bir qəsəbəsində SÖKÜNTÜ BAŞLADI: Kompensasiya veriləcək
7 gün qarpız yedi: orqanizminə necə təsir etdi?
Tribunada gözlənilməz anlar: telefonu aşağı düşdü - VİDEO
"Gecə evimə basqın edib maşını tələb etdilər" - Vətəndaşların avtomobilini əlindən alan dələduzluq şəbəkəsi - VİDEO
Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO
Oğlan uşaqlarına bu sözləri qətiyyən deməyin
Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı
Elvin Cəfərquliyev İngiltərə Premyer Liqasında?
Toyda şampanla rəqs etmək istəyən bəy, gəlini yerə yıxdı - VİDEO
Cenifer Lopes bu kostyumu ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ