"Ölkə sərhədlərinin toxunulmazlığının gücləndirilməsi üçün maliyyə təminatı yaradılacaq" - Nazir
Növbəti ilin dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən biri olan müdafiə, milli təhlükəsizlik xərcləri artırılır. Bu vəsait müzəffər ordumuzun daha da peşəkarlaşması, ordunun maddi-texniki təchizatının daha da yaxşılaşdırılması üçün maliyyə təminatının yaradılması üçündür. Ölkə sərhədlərinin toxunulmazlığının gücləndirilməsi üçün maliyyə təminatı yaradılacaq.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi"nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, azad edilmiş ərazilərə Böyük Qayıdışın təmini üçün 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur: "Bununla yanaşı azad edilmiş ərazilərdə sosial iqtisadi təminatın yaradılması üçün 10 il müddətinə dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının göstərilməsi üçün vəsaitin ayrılması proqnozlaşdırılır".
Samir Şərifov qeyd edib ki, icbari tibbi sığorta fondunun öz gəlirləri istisna olmaqla, büdcədən vəsait ayrılması da proqnozlaşdırılır: "Cari illə müqayisədə bu vəsait 112 milyon manat çox olacaq. Həmçinin, gələn ilin büdcəsində ölkəmizin buğda ilə özünü təminetmə səviyyəsinin artırılması üçün 60 milyon manat vəsaitin ayrılması proznozlaşdırılır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 620 Tarix: 02 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabrBu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabr