"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar ƏrturanBakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır.

Bəs sovetlər birliyindən qalan binaların hamısı niyə sökülmür, onların sökülməsi hansı şərtlərdən asılıdır və bu proses nə vaxt sürətlənə bilər?
"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar ƏrturanMövzu ilə bağlı şəhərsalma və inşaat məsələləri üzrə ekspert, novator memar Muxtar Ərturan Sonxeber.az-a açıqlamasında bildirdi ki, inşaat məsələləri üzrə ekspert olaraq bildirirəm ki, Sovet dövründə tikilmiş binaların hamısına eyni yanaşmaq düzgün deyil. Binanın yaşı onun avtomatik sökülməsi üçün əsas olmamalıdır. İlk növbədə konstruktiv vəziyyət, seysmik dayanıqlıq və istismar təhlükəsizliyi üzrə texniki audit aparılmalıdır. Bərpası mümkün bina bərpa edilməli, gücləndirilə bilən bina gücləndirilməli, real təhlükə yaradan bina isə yenilənməlidir. Əsas məsələ bundan sonra başlayır. 5 mərtəbəli binanı söküb yerində 16-20 mərtəbəli bina tikəndə yalnız bina dəyişmir, həmin ərazinin infrastruktur yükü bir neçə dəfə artır. Daha çox sakin, avtomobil, su və elektrik istehlakı, kanalizasiya yükü, parklanma, məktəb, bağça və ictimai nəqliyyat tələbi yaranır.
Bu gün Bakı-Abşeronda, o cümlədən Sumqayıtda güclü yağışlardan sonra yaranan subasmalar yağış sularının idarə olunması və mühəndis şəbəkələrinin imkanlarının nə qədər vacib olduğunu göstərir. Bakıdakı tıxac problemi də eyni məntiqi ortaya qoyur: tikinti sıxlığı artdıqca yol və mühəndis infrastrukturu paralel gücləndirilməlidir.

Bir memar kimi hesab edirəm ki, düzgün ardıcıllıq belədir: əvvəl ərazinin daşıma qabiliyyəti hesablanmalıdır - yol neçə avtomobil qəbul edir, kanalizasiya və yağış suyu sistemi əlavə yükü götürürmü, su və elektrik təminatı kifayətdirmi, parklanma və sosial infrastruktur varmı? Yalnız bundan sonra yeni tikilinin sıxlığı və mərtəbəliliyi müəyyən edilməlidir.

"VR Standartları 2026" yanaşmasında da bina ayrıca obyekt kimi deyil, insan-məkan-infrastruktur sisteminin bir hissəsi kimi qiymətləndirilir. Yeni tikinti yalnız öz sakinləri üçün komfort yaratmamalı, mövcud məhəllənin yaşayış keyfiyyətini də aşağı salmamalıdır.

Mənim mövqeyim belədir: köhnə binanı yenisi ilə əvəz etmək inkişaf ola bilər. Amma köhnə infrastruktura dəfələrlə artıq yük gətirən yeni bina tikmək inkişaf deyil - gələcəyin problemini bu gündən tikməkdir.

Şəhərsalmanın əsas prinsipi "əvvəl bina, sonra yol və kanalizasiya" deyil; əvvəl infrastrukturun daşıma qabiliyyəti, sonra tikinti olmalıdır.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 108   Tarix: 02 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?

Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs

2 oktyabr