"Azərbaycan bu zəfəri qazanmaqla son 200 ilik tariximizn yeni bir səhifəsini yazdı"-Azər Badamov

"Azərbaycan bu zəfəri qazanmaqla son 200 ilik tariximizn yeni bir səhifəsini yazdı"-Azər Badamov"8 noyabrda ordumuzun qəhrəman oğulları Şuşada bayrağımızı dalğalandırmaqla Zəfərə imza atdı. Azərbaycan bu Zəfəri qazanmaqla son 200 ilik tariximizn yeni bir səhifəsini yazdı. Bu, qalib Azərbaycan səhifəsi idi".

Bu sözləri Milli Məclisin deputatı Azər Badamov Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, son 30 ildə biz torpaqlarımızın işğal günlərini böyük niskil içində qeyd edirdiksə, bu gün xalqımız şəhər və kəndlərimizin işğaldan azad olunması günlərini böyük sevinclə qeyd edir. Son üç ildə işğaldan azad olunmiuş ərazilər yenidən qurulub bərpa olunur:

"2003-cü ildə Prezident seçiləndə İlham Əliyev qarşısına qoyduğu əsas hədəflər Azərbaycan dövlətini inkişaf etdirmək, xalqın rifahını yaxşılaşdırmaq, milli birliyi möhkəmlətmək, ordunu gücləndirmək və torpaqları erməni işğalından azad edərək bütün ərazilərdə suverenliyi bərpa etməklə bağlı olmuşdur. Bu məqəsdlərə çatmaq üçün 17 illik uzun bir yol getməli olduq. Dövlət başçımızın qarşıya qoyduğu əsas məqsədlərdən biri Azərbaycanı güclü orduya malik ölkəyə çevirmək olmuşdur. Çünki, güclü ordusu olan ölkələr öz suverənləyini qoruyub saxlaya bilirlər. Bu məqsədlə dövlət büdcəsində ən çox xərclər ayrılan hissə ölkənin müdafiə qabiliyyətinin artırılması ilə bağlı olmuşdur. Ordumuza müasir silahlar alındı, mütəmadi təlimlər keçirlməklə peşəkarlıq artırıldı, müdafiə sənayesi quruldu və vacib silah sursatı özümümz istehsal etməyə başladıq və hərbiçilərin maddi və həyat şəraiytinin yaxşılaşdırlaması diqqət mərkəzində saxlanıldı. Məhz ordumuza dövlət dəstəyinin artırılması sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu.
Ordusunun gücləndirilməsi üçün ölkənin güclü iqtisadiyyatı olamlı idi. Dövlət başçısının rəhbərliyi altında ölkəmizdə aparılan iqtisadi islahatlar Azərbaycanı iqtisadi müstəqilliyə qovuşdurdu. Belə ki, transmilli beynəlxalq layihələri reallaşdırdıq, ölkəmizin beynəlxalq əhəmiyyəti artaraq Azərbaycan dünya siteminin nüfuzlu aktoruna çevrildi. İqtisadi müstəqlliyimizin əldə olunması bizi siyasi müstəqilliyə qovuşdurdu. Azərbaycan dünya siyasi arenalarında heç nədən çəkinməyərək öz qətiyyətli mövqeyini ortaya qoyur və dünuya birliyi Ermənistanın özbaşınalıqlarına son qoydurulmasına birləşməyinə çağırışlar edirdi. O cümlədən Azərbaycan sözünün imzası qədər möhkəm olduğunu sübut etdi. Ona görə də 2012-213-cü illərdə 155 ölkənin dəstəyi ilə Azərbaycan BMT TŞ-na qeyri daimi üzvü seçilərək sədrilik etdi. O cümlədən Azərbaycan 2019-cu ildən böyüklüyünə görə dünyanın ikinci təşkilatı olan Qoşulmama Hərəkatına 120 ölkənin dəstəyi ilə sədrilik etməyə başladı. Azərbaycan bütün tribunalardan xalqımız ərazilərimizdə erməni işğalı ilə heç vaxt barışmayacağını bəyan edir və haqq səsimizi beynəlxalq platformalarda qəbul etdirdi. Düzdür, BMT TŞ-nın 4 qətnaməsinin icrası ilə bağlı ATƏT-in Minsk qrupu yaradıldı. Amma Minsk qrupun həmsədrləri riyakarlıq nümayiş etdirərək torpaqlarımızda erməni işğalını əbədiləşdirməyə çalışdılar. Bu dözülməz vəziyyətin şahidi olan Azərbaycan öz gücü ilə pozulmuş hüquqlarının bərpasına qərar verdi. Belə ki, düşmənin mütəmadi keçirdiyi dözülməz çox saylı təxribatlarına cavab vermək və əraziılərini işğalçılardan azad etmək üçün 27 sentyabrda ordumuza irəli komandası verildi. Xalqımız 30 ildə Ali Baş Komandanın bu əmrini intizarla gözləyirdi. İnsanlar hərbi komissarlıqlara axın etdi və hamı könüllü şəkildə ordu sılralarına yazılaraq müharibəyə göndərilməyini xahiş edirdi. Arxa cəbhədə olan insanlar milli birlik və həmrəylik nümayiş etdirərək hər şey ordu üçün çağırışı altında biləşdilər. Ölkəmizdəki demək olar ki, bütün siyasi partiyalar öz fərqli siyasi baxışlarını kənara qoyaraq dövlətlə həmrəy olduğunu nümayiş etdirdilər. Milli, dini, etnik mənsubiyyətindən asıllı olmayaraq hamı silaha sarıldı. Son illərdə vətənpərvər gənc nəsil yetişdi. Hamının arzusu torpaqları işğaldan azad etmək və üçrəngli dövlət bayrağımızı Şuşada dalğalandırmaq idi. Belə bir birlik və həmrəylik dünya tarixində görünməmiş bir hal idi. Xalq birləşərək Ali Baş Komandanın Dəmir yumruquna çevrildi".

Azər Badamov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixdə ilk dəfə olaraq öz torpaqlarını işağldan azad edərək xaqlımıza yeni bir imic yaratdı:
"27 sentyabrda başlayan Vətən müharibəsinin davam etdiyi 44 günün hər bir günü qəhrəmanlıq səlnaməsi oldu. Ordumuz bir addım geri çəkilmədi. O cümlədən, bir nəfər belə olsun müharibəyə getməkdən qaçmadı və fərarilik etmədi. Döyüşlərin başlandığı ilk gündən rəşadətıli ordumuz ancaq irəliləməyə başladı. Qorxu içində olan düşmən ordusunun hərbiçiləri silahlarını ataraq döyüş mövqelərindən qaçmağa başladılar. Ermənistan 44 günlük döyüşlərdə 11 min hərbişçinin fərarilik etdiyini etiraf etdi. 44 günün hər bir günündə xalqımız qələbə sevincini yaşayırdı. Hamı axşamı gözləyirdi və Ali Baş Komandanın qələbə tvitlərini böyük sevinclə qarşılayırdı. Nəhayət 8 noyabrda ordumuzun qəhrəman oğulları Şuşada bayrağımızı dalğalandırmaqla Zəfərə imza atdı. Azərbaycan bu Zəfəri qazanmaqla son 200 ilik tariximizn yeni bir səhifəsini yazdı. Bu, qalib Azərbaycan səhifəsi idi. Çünki, son 200 ildə biz torpaqlarımızı ancaq itirə-itrə gəlirdik. Amma Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixdə ilk dəfə olaraq öz torpaqlarını işağldan azad edərək xaqlımıza yeni bir imic yartdı. Bu, qalib imicidir.
Qələbənin qazanılmasında qardaş Türkiyənin verdiyi siyasi dəstəyi xüsusilə qeyd olunmalıdır. Müharibənin başlandığı ilk gündə Türkiyə Prezidenti Rəceb Tayıb Ərdoğanın hər türlü yardımla Azərbaycan qardaşlarımızın yanındayıq ifadəsini bəyan etməsi ölkəmizə düşmən gözü ilə baxaraq haqq işimizə müdaxilə etmək istəyən dairələri öz çirkin niyyətlərindən yayındırdı. Türkiyənin yanımızda olması bizə yeni bir güc verdi və haqq işimizi inamla başa çatdırmağımıza yol açdı. Zəfər paradında Prezidentlər İlham Əliyev və Ərdoğanın çiyin-çiynə dayanması dünyaya bir mesaj oldu və bu, məğlub edilməz yeni bir gücün bu günün yeni bir reallğını olduğunun nümyiş idi.
Nəhayət, 19 sentyabr 2023-cü ildə keçirlən lokal xarakterli antiteror tədbirləri ilə Xankəndində bayraımızı dalğalandıraraq bütün ərazilərdə suverənliyi bərpa edərək düşmən silahlıların ərazilərimizdə mövcudluğuna birdəfəlik nöqtə qoydu.
Son 30 ildə biz torpaqlarımızın işğal günlərini böyük niskil içində qeyd edirdiksə, bu gün xalqımız şəhər və kəndlərimizin işğaldan azad olunması günlərini böyük sevinclə qeyd edir. Son üç ildə işğaldan azad olunmiuş ərazilər yenidən qurulub bərpa olunur. Böyük qayıdışa dair Dövlət proqramı sürətlə icra olunur və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Şəhər və kəndlərin baş planları təsdiq olunaraq tikinti işləri yüksək keyfiyyətlə aparılır. İşğaldan azad olunmuş ərazilərdə ucalan yeni şəhərləriin günlərini bayram təntənəsi ilə qeyd olunur. Xalqımız və ordumuz Ali Baş Komandanın rəhbərliyi altında düşmənləri ərazilərimizdən qovmaqla onların çirkin planlarına birəfəlik son qoyuldu. Bu gün qalib Azərbaycan var və regionda icra olunan bütün layihələr ölkəmizin iştirakı ilə həyata keçirlir.
Sonda zəfərin qazanılmasında öz sinəsini düşmən gülləsinə sipər edərək canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazılarımıza can sağlığı diləyirəm. Azərbaycan öz qəhrəman övladları ilə fəxr edir, qürur duyur və heç vaxt unutmayacaqdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 711   Tarix: 03 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr