Bu silahlardan əvvəl Azərbaycan zərbəsini alacağıq

Bu silahlardan əvvəl Azərbaycan zərbəsini alacağıqRusiya siyasəti 2012-2013-cü illərdən bəri köklü şəkildə dəyişdi və Ukrayna müharibəsi başlayandan sonra çox aydın dəyişikliklərə məruz qaldı. Ukrayna müharibəsi və Qərbin sanksiyaları nəticəsində Rusiya daim sanksiyaların təsirini yumşaltmağın yollarını axtarır. Və bu məntiq çərçivəsində Türkiyə və Azərbaycan Rusiya üçün son dərəcə əhəmiyyətli ölkələrdir. Bilirsiniz, çox dərin dəyişikliklər baş verir. Əgər yaxın vaxtlara qədər bu region və ya onun təhlükəsizlik sistemi müstəsna olaraq Rusiya faktoru üzərində qurulmuşdusa, indi o, Rusiya və Türkiyə üzərində qurulub, yəni Türkiyənin təsiri artıb və indi bu bölgədə təhlükəsizlik sistemimizin iki sponsoru var: Rusiya və Türkiyə.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

"Ən azı bu bir faktdır ki, Cənubi Qafqazda artıq təkcə Rusiya deyil, Rusiya-Türkiyə təsiri var. Bu kontekstdə Qərbin ciddi təsiri açıq-aydın yoxdur. Bir halı da diqqətinizə çatdırmaq istəyirəm. Deməli, Rusiya, Türkiyə və İranın çoxlu ziddiyyətləri olsa da, mütləq nəzərə çarpan odur ki, onların arasında bu regiona xarici oyunçuların girişini əngəlləməklə bağlı yazılmamış konsensus var, "3+3" formatı məhz belədir. Qlobal mənada Qərb bütün dünyada zəifləyir. Bu aydındır. Qərb qlobal cənub uğrunda mübarizəni uduzdu və dünyada sadəcə olaraq Qərb hegemonluğunu tanımayan ölkələrin sayı artır. Unutmayaq ki, Ərəb-İsrail müharibəsindən əvvəl baş tutan və ölkələrin az qala yarısı Qərb dövlətləri olan son G-20 sammitində Ukrayna məsələsində Rusiyanı qınayan qətnamə qəbul edə bilmədilər. Harada görmüsünüz ki, Qərb Ermənistanın ərazi bütövlüyünü və təhlükəsizliyini praktiki olaraq müdafiə etməyə hazırdır? Almağı planlaşdırdığımız silahlara gəlincə, Fransanın silahlarını alandan sonra nəticə çıxaracağıq. Təbii ki, biz onları almaya da bilərik. Bu hərbi texnika Ermənistana hansı logistik marşrutla gətiriləcək?

Bu sazişi müsbət qiymətləndirirəm, amma deyə bilərsinizmi ki, Ermənistana hansı marşrutla daşınacaq? Gürcüstan 44 günlük müharibə zamanı və ondan sonra bir neçə dəfə öz ərazisində Ermənistana silah daşınmasını qadağan edib. İran öz ərazisində Qərb silahlarının tədarükünə icazə verməyəcək, bu, göz qabağındadır. Bəs Türkiyə və Azərbaycan bu silahların Ermənistana verilməsinə niyə icazə verməlidir? Bu əməliyyatı təhlükəsizliyin təminatı kimi qəbul etməyin. Fransanın öz məqsədləri var, onları ermənilərin problemləri maraqlandırmır. Bu gün Makronun hara getdiyinə baxsanız, hər şey aydın olacaq. Effektiv hərbi-texniki əməliyyatlar səssizcə baş verir. Bu səs-küyə görə Bakı getdikcə daha çox Ermənistana qabaqlayıcı zərbə endirməyə meyillənir, yəni bu səs-küyə görə biz bu silahlardan əvvəl Azərbaycan zərbəsini alacağıq. Əlavə edim ki, onlar bu müqavilənin siyasi və təhlükəsizlik əhəmiyyətini çox şişirdirlər", - o bildirib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1111   Tarix: 05 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr