Paradoksal VƏZİYYƏT – Ət, buğda bahalaşır, çörək və kolbasa isə UCUZLAŞIR...

Paradoksal VƏZİYYƏT – Ət, buğda bahalaşır, çörək və kolbasa isə UCUZLAŞIR...Son vaxtlar Azərbaycanın istehlak bazarında qəribə təzadlıq müşahidə olunur. Bu da özünün əsasən də bir-biri ilə əlaqəli olan ərzaq və kənd təsərrüfatı məhsullarında göstərir.

Belə ki, bir neçə gündür mal və qoyun ətlərində bahalaşma var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin avqustundan indiyədək mal əti 19-20 faiz bahalaşıb.

Ötən il kiloqramı 11-13 manata təklif olunan mal əti bu il 14-16 manat, qoyun əti isə 17-19 manatdır. Sürətli bahalaşma çəkilmiş mal əti, eləcə də qoyun ətində də baş verib. Ancaq ətdən hazırlanan kolbasa və sosiska məhsulları xeyli ucuzlaşıb.

Bu paradoksallıq taxıl-un, süd və digər məhsullarda da özünü büruzə verir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, bunun təəccüb doğurduğunu bildirdi.

Durumun ölkədəki çoxsaylı neqativ halların olması ilə bağlı olduğunu deyən Komitə sədri, bununla bağlı araşdırmaların aparılmasına ciddi ehtiyacın olduğunu dilə gətirib:

"Bu gün ət bahalaşır, amma ondan hazırlanan məhsullar ucuzlaşır. Un ucuzlaşır, amma çörək və digər məmulatlar bahalaşır, yaxud da əksi baş verir. Mən bunu normal hal hesab etmirəm".

Ətdən hazırlanan kolbasa və digər məhsulların ucuz olmasına gəlincə, deputat bunu, həmin məhsulların tərkibinə əlavə edilən qatqılarla əlaqələndirib:

"Bəllidir ki, kolbasa və sosislər sırf ətdən hazırlanmır və çox sayda nişastalar, dadlandırıcılar və digər qatqılar əlavə edilir. Bu da onun qiymətinə təsir edir. Yaxud da, ola bilər ki, istehsal qaydalarına düzgün əməl olunmur və başqa proseslər həyata keçirilir".

Müsahibimiz vurğulayıb ki, əgər bu gün dünya üzrə ərzaq qiymətlərində bahalaşma müşahidə olunursa, bu, bizdə normal hesab olunmalıdır:

"Ona görə ki, Azərbaycan dünyanın bir çox ölkələri ilə iqtisadi və ticarət əlaqələrinə malikdir. Bu da istər-istəməz yaşayış tərzimizə və və istehlak bazarımıza öz təsirini göstərir".

İqtisadçı-ekspert Akif Nəsirli isə son illər Azərbaycanın istehlak bazarında saxta məhsulların daha geniş yayıldığını bildirib:

"Bu baxımdan götürsək, Azərbaycanda kolbasa və sosis məhsulları çox keyfiyyətsiz ətdən hazırlanır. İstehsalçılar əslində məhsulu keyfiyyətsiz etməklə maya dəyərini aşağı salmağa çalışırlar ki, bu da qiyməti ucuzlaşdırmağa imkan verir. Reallıq isə odur ki, bazarda quzu əti 18 manatdan, cavan dana əti isə 15 manatdan satılır. Əgər kolbasa və sosis məhsulları məhz bu ətlərdən hazırlanarsa, o zaman onlar da baha qiymətə satılacaq.

Unun və çörəyin qiymətlərinə gəlincə, bir faktı diqqətə çatdırım:

Apardığım hesablamalara görə, 650 qramlıq çörəyin maya dəyəri təxminən 28 qəpiyə başa gəlir. Ancaq istehsalçılar 60 qəpiyə satırlar ki, bunun da 50 faizi istehsalçının mənfəəti olur. Bir neçə gün əvvəl qiyməti 5 qəpik ucuzlaşdırdılar. İstehsalçılar bunu etməklə, əslində əhali arasında müəyyən xal qazanmağa çalışdılar".

Buğda qiymətlərində axırıncı iri sıçrayışlı bahalaşmanın 2021-ci ilin yanvar ayında baş verdiyini xatırladan ekspertin sözlərinə görə, 3-cü sort 1 ton buğda 350 dollara satılırdı:

"Hazırda isə Rusiyadan aldığımız 3-cü sort 230 dollara, 4-cü sort isə 215-220 dollara başa gəlir. Bir sözlə, hər tonda 120-130 dollar ucuzlaşma var ki, bu da təxminən 30 faiz edir. Çörəyin hazırlanmasında istifadə olunan xammal və yarımfabrikatların dəyəri 30 faiz, çörək isə cəmi 10 faiz ucuzlaşıb.

Əgər bazar rəqabətli olsaydı, ucuzlaşma daha çox olardı, yəni buğdanın və unun qiymətinə adekvat olardı. Bir müddət əvvəl 40-50 kq-lıq un 40 manat, indi isə 25-26 manatdır. Bunun fonunda çörəyin cəmi 5 qəpik ucuzlaşması elə böyük əhəmiyyət kəsb etmir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1614   Tarix: 05 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda ətin qiyməti 19 manat oldu

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin

22 sentyabr
.

Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA

Rusiyada neft emalı müəssisələrində yaranan problemlər və yanacaq istehsalının azalması regionun yanacaq bazarına da təsir göstərə biləcək amillərdən biridir. Bəs, Rusiyada neft emalı və yanacaq istehsalında yaranan problemlər Azərbaycanda benzin qiymətlərinə hansı formada təsir göstərə bilər və xüsusil

29 sentyabr
.

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,

1 oktyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Taxtakörpü su anbarında istehsal edilən enerjinin həcmi açıqlanıb

Şabran rayonu ərazisində Samur çayı, Taxtakörpü su anbarının üzərində tikilən "Taxtakörpü" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin sentyabrın 1-nə 675,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə -a Energetika Nazirliyindən məlumat verilib. Bildirili

28 sentyabr
.

Azərbaycanda dörd qanun ləğv ediləcək

Azərbaycanda dörd qanun ləğv ediləcək. -ın məlumatına əsasən, "Aqrar sahə haqqında" yeni qanun layihəsi qüvvəyə mindikdən sonra aşağıdakı qanunlar ləğv olunacaq:. - "Taxıl haqqında" Azərbaycan Respublikasının Qanunu;. - "Çayçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu;

2 oktyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

Qızılın son qiymətləri bəlli oldu

30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5

30 sentyabr